Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 160
  • Nəyə görə İsa peyğəmbər Allahın Oğlu adlanır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə İsa peyğəmbər Allahın Oğlu adlanır?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabın cavabı
  • İsa peyğəmbər yer üzündə doğulmazdan əvvəl göydə yaşayıb?
  • İsa peyğəmbər yer üzünə gəlməzdən əvvəl nələr edib?
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • İsa Məsih kimdir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab təlimləri
  • İsa Məsih kimdir?
    Allah bizdən nə tələb edir?
Əlavə
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 160
İsa Məsih səmavi Atasına dua edir

Nəyə görə İsa peyğəmbər Allahın Oğlu adlanır?

Müqəddəs Kitabın cavabı

Müqəddəs Kitabda İsa peyğəmbər haqda, adətən, «Allahın Oğlu» deyə bəhs edilir (Yəhya 1:49). «Allahın Oğlu» ifadəsi dəlalət edir ki, Allah bütün xilqətin, eləcə də İsa Məsihin Yaradanı, həyat mənbəyidir (Zəbur 36:9; Vəhy 4:11). Müqəddəs Kitabda Allahın insanlar kimi hərfi mənada uşaq sahibi olduğu deyilmir.

Müqəddəs Kitabda mələklər də «Allah oğulları» adlanır (Əyyub 1:6). Həmçinin orada yazılıb ki, ilk insan Adəm də «Allahın oğlu idi» (Luka 3:38). Amma İsa Məsih Allahın ilk yaratdığı və birbaşa yaratdığı varlıq olduğu üçün Müqəddəs Kitabda Allahın ilkin Oğlu deyə təsvir edilir.

  • İsa peyğəmbər yer üzündə doğulmazdan əvvəl göydə yaşayıb?

  • İsa peyğəmbər yer üzünə gəlməzdən əvvəl nələr edib?

İsa peyğəmbər yer üzündə doğulmazdan əvvəl göydə yaşayıb?

Bəli. İsa Məsih yer üzündə insan kimi doğulmazdan əvvəl göydə ruhani varlıq idi. O, özü demişdi: «Mən... göydən gəlmişəm» (Yəhya 6:38; 8:23).

Allah İsa Məsihi var olan hər şeydən öncə yaradıb. Müqəddəs Kitabda onun haqda deyilir:

  • «O,.. bütün xilqətin ilkidir» (Koloslulara 1:15).

  • O, «Allahın xilqətinin» ilkidir (Vəhy 3:14).

İsa Məsih «kökü çox qədimlərə, əzəl günlərə gedib» çıxan biri haqda deyilən peyğəmbərliyi yerinə yetirmişdi (Mikə 5:2; Mətta 2:4—6).

İsa peyğəmbər yer üzünə gəlməzdən əvvəl nələr edib?

İsa Məsih göydə yüksək mövqeyə sahib olub. O, dua edərkən bu mövqeyindən söz açmışdı: «Ata,.. dünya yaranmazdan əvvəl Sənin yanında olarkən sahib olduğum şərəflə məni şərəfləndir» (Yəhya 17:5).

İsa Məsih Atasına bütün xilqəti yaratmağa kömək edib. O, Allahın yanında usta kimi çalışırdı (Məsəllər 8:30). Müqəddəs Kitabda onun haqda deyilir: «Göydə və yerdə olan hər şey, görünən və görünməyən şeylər... onun vasitəsilə yarandı» (Koloslulara 1:16).

Allah İsa ilə birlikdə işləyərək bütün xilqəti yaratmışdı. Bu yaradılış bütün ruhani varlıqları, eləcə də fiziki kainatı da özünə daxil edir (Vəhy 5:11). Allahla İsa Məsih arasındakı bu əməkdaşlıq, müəyyən mənada, memarla ustanın arasındakı əməkdaşlığa bənzəyir. Memar dizayn yaradır, usta isə bu dizayndan istifadə edərək bina tikir.

İsa Məsih Söz kimi xidmət edib. Müqəddəs Kitabda Onun yer üzünə gəlməzdən əvvəlki həyatı haqda bəhs ediləndə, o, «Söz» adlanır (Yəhya 1:1). Görünür, bu, o deməkdir ki, Allah digər ruhani varlıqlara məlumat çatdırmağı və göstəriş verməyi Öz Oğluna buyurmuşdu.

İsa peyğəmbər həmçinin insanlar qarşısında Allahın nümayəndəsi kimi xidmət edirdi. Ehtimal ki, Allah Ədən bağında Adəmlə Həvvaya göstərişlər verməyi də İsa Məsihə buyurmuşdu (Yaradılış 2:16, 17). Ola bilsin, səhrada qədim israillilərin qarşısında gedən mələk İsa Məsih idi. İsraillilər bu mələyin səsinə mütləq tabe olmalı idiləra (Çıxış 23:20—23).

a Allahın sözünü çatdırmaq üçün istifadə etdiyi mələk təkcə İsa Məsih olmayıb. Məsələn, O, qədim israillilərə Qanun verəndə ilk oğlundan yox, başqa səmavi oğullarından istifadə etmişdi (Həvarilərin işləri 7:53; Qalatiyalılara 3:19; İbranilərə 2:2, 3).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş