Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwwd məqalə 9
  • Dəniz xiyarının dərisinin heyrətamiz quruluşu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dəniz xiyarının dərisinin heyrətamiz quruluşu
  • Təkamül, yoxsa yaradılış möcüzəsi?
  • Oxşar material
  • Akulanın dərisi
    Təkamül, yoxsa yaradılış möcüzəsi?
  • Pomelonun zərbəyədavamlı qabığı
    Təkamül, yoxsa yaradılış möcüzəsi?
  • Tikanlı əjdahanın dərisi
    Oyanın! 2015
Təkamül, yoxsa yaradılış möcüzəsi?
ijwwd məqalə 9
Dəniz xiyarı

Təkamül, yoxsa yaradılış möcüzəsi?

Dəniz xiyarının dərisinin heyrətamiz quruluşu

Dəniz xiyarları dənizin dibində və mərcan riflərində yaşayan heyvanlardır. Onların dərisi tikanlı, nahamar, kələ-kötür olur. Dəniz xiyarı heyrətamiz surətdə elastikdir, o, bir neçə dəqiqə, hətta bir neçə saniyə ərzində mum kimi yumşaq, taxta kimi sərt ola bilər. Bu cür elastiklik sayəsində dəniz xiyarları kiçik dəliklərdən keçə bilir, sonra isə yırtıcılar onları oradan çıxara bilməsinlər deyə bərkiyir. Dəniz xiyarının sirri onun heyrətamiz dərisindədir.

Düşünün: Dəniz xiyarının dərisi üç vəziyyətdə olur: sərt, orta və yumşaq. Bir vəziyyətdən o birisinə keçmək üçün dəniz xiyarı dərisindəki lifləri bir-biri ilə birləşdirir və ya ayırır. O bunu müxtəlif sərtləşdirici və yumşaldıcı zülalların vasitəsilə edir.

Sərtləşdirici zülallar birləşdirici toxumadakı liflər arasında xırda körpü, yaxud zəncir əmələ gətirərək dərini sərtləşdirir. Yumşaldıcı zülallar isə lifləri bir-birindən ayırır və beləliklə, dərini yumşaldır. Dəniz xiyarının dərisi, o qədər yumşala bilər ki, sanki əriyirmiş kimi görünür.

Alimlər dəniz xiyarının bu xüsusiyyətini əks etdirən materiallar hazırlamağa çalışırlar. Onların bir məqsədi beyin əməliyyatı üçün elə elektrodlar yaratmaqdır ki, bu elektrodlar həm bərk olsun və onları lazım olan yerə yerləşdirmək mümkün olsun, həm də sonradan yumşala bilsin. Çox ehtimal ki, bu cür elektrodları insan orqanizmi qəbul edə biləcək.

Necə fikirləşirsiniz? Dəniz xiyarının dərisi təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş