Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwwd məqalə 13
  • Pomelonun zərbəyədavamlı qabığı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Pomelonun zərbəyədavamlı qabığı
  • Təkamül, yoxsa yaradılış möcüzəsi?
  • Oxşar material
  • Akulanın dərisi
    Təkamül, yoxsa yaradılış möcüzəsi?
  • İşıq saçan canlılar
    Təkamül, yoxsa yaradılış möcüzəsi?
  • Dəniz xiyarının dərisinin heyrətamiz quruluşu
    Təkamül, yoxsa yaradılış möcüzəsi?
  • Çoxlu məhsul verin
    Gözətçi qülləsi 2003
Əlavə
Təkamül, yoxsa yaradılış möcüzəsi?
ijwwd məqalə 13
Pomelo ağacının meyvəsi.

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Pomelonun zərbəyədavamlı qabığı

Pomelo ağacda bitən böyük, şirin sitrus meyvəsidir. Meyvə 10 metrdən də çox hündürlükdən düşsə belə, əzilmir! Nəyin sayəsində bu meyvə zərbəyə davamlıdır?

Düşünün: Tədqiqatçılar görmüşlər ki, pomelonun qabığının ağ rəngdə olan daxili qatı hüceyrələrdən və hüceyrələrarası məsafələrdən ibarət süngərə bənzəyir. Meyvənin içərisinə getdikcə hüceyrələr arasındakı məsafələr böyüyür. Bu məsafələr hava, yaxud maye ilə dolu olur. Meyvə ağacdan düşüb yerə çırpılanda həmin maye yastıq rolunu oynayır. Bu zaman pomelonun qabığı sıxılaraq sərtləşir və beləcə, qabıq enerjini udduğu üçün partlamır.

Pomelo iki yerə bölünüb. Onun süngərəbənzər qabığı görünür. Onun hüceyrələri və hüceyrələrarası məsafələrin mikroskopik görünüşü.

Alimlər pomelonun qabığının quruluşundan ilham alaraq yaratdıqları zərbəyədavamlı metal köpükləri sınaqdan keçirirlər. Onların fikrincə, motosiklet dəbilqələrinin hazırlanmasında, həmçinin nəqliyyat vasitələrini zərbədən və kosmik stansiyaları meteoritdən müdafiə edən qoruyucu vasitələrin düzəldilməsində eyni strukturdan istifadə etmək olar.

Necə fikirləşirsiniz? Pomelonun zərbəyədavamlı qabığı təkamül nəticəsində əmələ gəlib, yoxsa yaradılış möcüzəsidir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş