Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • hdu məqalə 21
  • Tamamilə fərqli təlim vəsaiti

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Tamamilə fərqli təlim vəsaiti
  • İanələriniz hara xərclənir?
  • Başlıqlar
  • Oxşar material
  • Yeni kitab — fərqli materiallar
  • COVID-19 pandemiyası zamanı kitabın çapı
  • «Bu əsl incəsənət əsəridir»
  • Xidmətdə «Əbədi xoşbəxt həyat!» kitabından istifadə edin
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • «Əbədi xoşbəxt həyat!» kitabı ilə şagirdin Yehovaya və İsaya imanını möhkəmləndirin
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
İanələriniz hara xərclənir?
hdu məqalə 21
Hazır kitablar konveyer xətləri ilə göndərilir

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

Tamamilə fərqli təlim vəsaiti

1 APREL 2022

2021-ci ilin yanvar ayında Rəhbərlik Şurası «Əbədi xoşbəxt həyat!»a adlı yeni Müqəddəs Kitab dərsliyinin buraxılışını elan etdi. Bəs siz bu xəbəri necə qarşıladınız? Kanadada yaşayan Metyu deyir: «Bu vəsaitin necə ərsəyə gəldiyi və necə sınaqdan keçirildiyi haqda söylənilən nitqlərə qulaq asanda və göstərilən videolara baxanda sevincdən lap atlanıb-düşmək istəyirdim! Onu xidmətdə istifadə edəcəyim günü həsrətlə gözləyirdim».

«Əbədi xoşbəxt həyat!» vəsaitinin köməyilə indi biz Müqəddəs Kitabı insanlara yeni bir metodla öyrədirik. Amma bu, yeni təlim vəsaiti ilə əvvəlki təlim vəsaitləri arasındakı yeganə fərq deyil. Əgər siz «Əbədi xoşbəxt həyat!» kitabının çap versiyasından istifadə edirsinizsə, o zaman, yəqin, fikir vermisiniz ki, kağızı və üz qabığı da fərqlidir. Gəlin bu haqda bir az ətraflı danışaq.

Yeni kitab — fərqli materiallar

Daha qalın kağız. Nəyə görə bu kitabın istehsalında daha qalın kağızdan istifadə etməyə ehtiyac yarandı? «Əbədi xoşbəxt həyat!» kitabında 600-dən çox rəngli şəkil və illüstrasiya var. Bu, «Təlimlər» kitabında olanlarla müqayisədə on dəfə çoxdur. Bundan əlavə, yeni kitabda mətn və şəkil olmayan çoxlu boş yerlər var. Bu iki amil problem yaradırdı: kağız nazik olanda şəkillər vərəqin o biri tərəfində görünür. Bu problemin həllini tapmaq üçün Beynəlxalq çap şöbəsində (ABŞ, Nyu-York ştatı, Volkil) xidmət edən qardaşlar çapxanamızda istifadə olunan dörd növ kağızı sınaqdan keçirdilər. Rəhbərlik Şurasının Yazı komitəsi nümunələri bir-bir diqqətlə nəzərdən keçirdi və mətni və şəkilləri vərəqin digər üzünə daha az keçirən kağızı seçdi. Bu kağızın qiyməti digər nəşrlərimiz üçün istifadə olunan kağızın qiymətindən 16 faiz çoxdur. Amma bunun sayəsində «Əbədi xoşbəxt həyat!» kitabını oxuyanda vərəqin o biri tərəfindəki mətn və şəkillər insana mane olmur.

Kitabın iki müxtəlif kağızda çap olunan eyni səhifəsinin müqayisəsi. Kollaj: 1. Soldakı kağızda səhifənin əks tərəfindəki şəkillər və yazılar bu üzü keçir. 2. Şağdakı kağız isə daha qalın olduğu üçün əks tərəfdəki şəkillər və yazılar bu üzə keçmir

Sağda «Əbədi xoşbəxt həyat!» kitabı üçün istifadə olunan kağız göstərilib

Fərqli üz qabığı. Yeni kitabın üz qabığı da digər kitablarımızın üz qabığından fərqlənir, çünki onun laminasiyasında fərqli qoruyucu plyonkadan istifadə olunub. Yeni kitabın üz qabığına parlaq deyil, mat laminasiya plyonkası çəkilib, ona görə də üz qabığındakı şəkil daha aydın görünür. Laminasiya həmçinin kitabı tez köhnəlməyə qoymur. Amma mat laminasiya plyonkası parlaq laminasiya plyonkasından beş dəfəyədək daha baha ola bilər. Ona görə də bir neçə filial birlikdə daha ucuz mat laminasiya plyonkası axtarmağa başladı.

Maşın kitabın üz qabığına mat laminasiya plyonkası çəkir

Kitabın üz qabığına laminasiya plyonkası çəkilir

Nəyə görə daha baha materiallar seçildi? Beynəlxalq çap şöbəsində xidmət edən qardaş deyir: «Bu kitabdan xidmətdə geniş istifadə olunacaq, ona görə istəyirik ki, o, uzun müddət yaxşı vəziyyətdə qalsın». Braziliya filialındakı çapxanada işləyən Eduardo deyir: «Yehovanın təşkilatı bu kitabın çapında daha keyfiyyətli materiallardan istifadə edir ki, o, gözəl və davamlı olsun, amma eyni zamanda ianələrdən qənaətlə istifadə etməyə çalışır».

COVID-19 pandemiyası zamanı kitabın çapı

Biz «Əbədi xoşbəxt həyat!» kitabını 2021-ci ilin mart ayında, COVID-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda çap etməyə başladıq. Bu, çətinliksiz ötüşmədi. Beytel təcridolunma rejimində fəaliyyət göstərdiyinə görə çapxanada işləmək üçün nə könüllüləri çağıra, nə də Beytelə yeni qardaşları dəvət edə bilirdik. Nəticədə, bəzi çapxanalarda işçi qüvvəsi çatışmırdı, digər çapxanaları isə dövlətin qoyduğu məhdudiyyətlərə görə müvəqqəti bağlamalı olduq.

Qardaş çapdan çıxan kitabların keyfiyyətini yoxlayır

Bu çətinliklərin öhdəsindən necə gəldik? Çapxanaların fəaliyyəti bərpa olunanda Beytelin digər şöbələrində xidmət edən bacı-qardaşlar müvəqqəti olaraq çapxanaya təyin olundular. Beynəlxalq çap şöbəsində xidmət edən Coel deyir: «Məhz onların fədakarlığı və yeni bir şey öyrənməyə hazır olmaları sayəsində bu işin öhdəsindən gəldik».

Bütün bu çətinliklərə baxmayaraq, biz artıq «Əbədi xoşbəxt həyat!» kitabının milyonlarla nüsxəsini çap etmişik. Kitabları çap etmək üçün müxtəlif materiallar, məsələn, qəliblər, laminasiya plyonkası, kağız, mürəkkəb və yapışqan lazımdır. İlk beş ay ərzində təkcə materiallara 2,3 milyon ABŞ dolları xərclənmişdi. Pula qənaət etmək üçün biz yığıncaqların həqiqətən ehtiyac duyduğu qədər kitab çap etməyə çalışırıq.

İki qardaş kitabları qutulara yığır

«Bu əsl incəsənət əsəridir»

Bacı-qardaşlar və onların dərs keçdiyi adamlar yeni təlim vəsaiti haqqında nə fikirləşirlər? Avstraliyadan olan Pol adlı qardaş deyir: «“Əbədi xoşbəxt həyat!” kitabı ilə dərs keçmək çox xoşuma gəlir. Kitabın tərtibatına söz yoxdur, o həqiqətən də interaktivdir. Dəqiq məlumatlar, insanı düşündürən suallar, videolar, şəkillər və şagirdlər üçün məqsəd çərçivəsi bir-biri ilə çox gözəl əlaqələndirilib. Bu əsl incəsənət əsəridir və kitab çıxandan qarşıma təlim vermək qabiliyyətimi yaxşılaşdırmaq məqsədini qoymuşam».

Əlində kitab tutan bacı videokonfrans vasitəsilə qadına dərs keçir

ABŞ-dan olan bir şagird deyir: «Yeni kitab çox xoşuma gəlir. Şəkil və illüstrasiyalar sayəsində əsas fikirləri daha yaxşı başa düşürəm. Videolar düz ürəyimə təsir edir və məni hərəkətə təşviq edir». Bu şagird Müqəddəs Kitabı həftədə iki dəfə öyrənir və müntəzəm şəkildə ibadət görüşlərində iştirak edir.

«Əbədi xoşbəxt həyat!» kitabının hələ də müxtəlif dillərdə milyonlarla nüsxəsi çap edilməlidir. Rəhbərlik Şurası bu kitabın 710 dildə çap edilməsinə icazə verib, bu isə «Təlimlər» kitabı ilə müqayisədə 340 dil çoxdur.

Bu kitabın çap edilməsi ilə bağlı xərclər nəyin hesabına ödənilir? donate.jw.org saytı vasitəsilə və digər üsullarla ümumdünya işinə etdiyiniz ianələriniz hesabına. Sizin səxavətli ianələriniz sayəsində biz Yehova haqqında öyrənmək və əbədi yaşamaq istəyənlər üçün bu təlim vəsaitini çap edə bilirik. Buna görə sizə ürəkdən minnətdarıq (Zəbur 22:26).

a Kitabın buraxılışı haqqında JW Televiziyasında göstərilən illik görüşdə elan edilmişdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş