Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 89
  • Bütün dinlər eynidir? Hamısı Allaha aparır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bütün dinlər eynidir? Hamısı Allaha aparır?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Yazıların cavabı
  • Yalan dinlər Allahın adına kölgə salır
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Allah hansı ibadəti qəbul edir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allahın qəbul etdiyi ibadət
    Müqəddəs Kitab təlimləri
  • Yalan dindən kənar durun!
    Gözətçi qülləsi 2006
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 89
Dini rəmzlər ibadətin müxtəlif beynəlxalq yönünü ifadə edir

Bütün dinlər eynidir? Hamısı Allaha aparır?

Müqəddəs Yazıların cavabı

Xeyr. Bütün dinlər eyni deyil. Müqəddəs Kitabda Allahı razı salmayan bir çox dinlərdən danışılır. Bunlar iki əsas qrupa ayrılır.

1-ci qrup: Saxta allahlara ibadət

Müqəddəs Kitabda saxta allahlara ibadət «puç», «yararsız» kimi sözlərlə təsvir olunur (Ərəmya 10:3—5; 16:19, 20). Yehovaa Allah qədim İsrail xalqına əmr etmişdi: «Məndən başqa allahınız olmamalıdır» (Çıxış 20:3, 23; 23:24). İsraillilər yad allahlara sitayiş edəndə, «Yehovanın İsrailə qəzəbi tutdu» (Saylar 25:3; Lavililər 20:2; Hakimlər 2:13, 14).

Allah saxta tanrılara ibadətə bu gün də eyni cür yanaşır (1 Korinflilərə 8:5, 6; Qalatiyalılara 4:8). Allah Ona ibadət etmək istəyən insanlara yalan dinə ibadət edən insanlarla əlaqələrini kəsməyi əmr edərək demişdi: «Buna görə də onların arasından çıxın, ayrılın» (2 Korinflilərə 6:14—17). Əgər bütün dinlər eynidirsə və insanları Allaha tərəf aparırsa, onda nəyə görə Allah belə bir əmr vermişdi?

2-ci qrup: Həqiqi Allaha bəyənmədiyi tərzdə ibadət

Bir vaxtlar israillilər Allaha ibadət edərkən saxta allahlara edilən ibadət üsullarından istifadə edirdilər, amma Yehova saxta dinin həqiqi dinə qarışmaması üçün bunu rədd etmişdi (Çıxış 32:8; Qanunun təkrarı 12:2—4). Allaha bu cür ibadət etdiklərinə görə, İsa öz dövrünün din rəhbərlərini məzəmmət edirdi. Çünki onlar özlərini üzdən dindar kimi göstərirdilər, amma riyakarcasına «haqq-ədalətə, mərhəmətə və sədaqətə fikir [vermirdilər]» (Mətta 23:23).

Eynilə, indiki dövrdə də Allaha aparan yalnız bir həqiqi din var. Bu həqiqət Müqəddəs Kitabda yazılıb (Yəhya 4:24; 17:17; 2 Timutiyə 3:16, 17). Müqəddəs Kitaba zidd gedən təlimləri öyrədən dinlər insanları Allahdan uzaqlaşdırır. İnsanlar Üç üqnum, ölməz ruh və əbədi işgəncə kimi saxta allahlara ibadətdən gələn təlimlərin Müqəddəs Kitaba əsaslandığını fikirləşirlər. Bu kimi təlimlər boş şeylərdir, çünki onlar Allahın əmrlərini dini ənənələrə satıblar (Mark 7:7, 8).

Allah dini riyakarlığa nifrət edir (Titusa 1:16). İnsanlara Allaha yaxınlaşmağa kömək etmək üçün din onların gündəlik həyatlarına təsir etməli, yəni rituallardan ibarət olmamalı və ya formal xarakter daşımamalıdır. Misal üçün, Müqəddəs Kitabda deyilir: «Əgər kimsə dindar olduğunu düşünür, amma dilini cilovlamırsa, o, öz-özünü aldadır və onun dindarlığı boşdur. Atamız Allahın qarşısında pak və qüsursuz dindarlıq budur: çətinliklərlə üzləşən yetimlərə və dul qadınlara qayğı göstərəsən və özünü bu dünyada ləkəsiz saxlayasan» (Yaqub 1:26, 27). «Kral Yakovun Müqəddəs Kitabı»nda «pak dindarlıq» sözü qeyri-riyakar ibadət kimi verilir.

a Müqəddəs Kitaba əsasən Allahın adı.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş