Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 1/4 s. 21—24
  • İlin ən mühüm hadisəsinə hazırsınızmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İlin ən mühüm hadisəsinə hazırsınızmı?
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • İldə neçə dəfə qeyd olunmalıdır?
  • Nə vaxt?
  • Bu günə necə hazırlaşmalı?
  • B12-B: İsanın yer üzündə son həftəsi (II hissə)
    Müqəddəs Kitab
  • Anma mərasimi ilə əlaqədar Müqəddəs Kitabın qiraəti cədvəli (2022)
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
  • Anma mərasimi ilə əlaqədar Müqəddəs Kitabın qiraəti (2023)
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • B12-A: İsanın yer üzündə son həftəsi (I hissə)
    Müqəddəs Kitab
Əlavə
Gözətçi qülləsi 2011
w11 1/4 s. 21—24

İlin ən mühüm hadisəsinə hazırsınızmı?

ÖLÜMÜNDƏN bir neçə saat əvvəl İsa Məsih onu anmaq üçün ‘Ağamızın şam yeməyi’ və ya ‘Rəbbin süfrəsi’ kimi tanınan bir mərasim təsis etdi (1 Korinflilərə 11:20, «İncil», 1996). Bu mərasimin vacibliyini vurğulayaraq İsa buyurmuşdu: «Xatirəmi yad etmək üçün bunu həmişə edin» (Luka 22:19). İsa peyğəmbərin sözlərinə əməl etmək istəyən insan onun ölümünün ildönümünə ilin ən vacib hadisəsi kimi yanaşmalıdır.

Onu nə vaxt qeyd etmək lazımdır? Bəs necə əmin olmaq olar ki, bu hadisənin vacibliyini tam mənada anlayırıq? Allahın hər bir xidmətçisi bu sualların üzərində dərindən düşünməyə təşviq olunur.

İldə neçə dəfə qeyd olunmalıdır?

Adətən, vacib hadisələr ildə bir dəfə qeyd olunur. Məsələn, 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda, Ümumdünya Ticarət Mərkəzində baş vermiş terror aktı həmin gün əzizlərini itirmiş insanların daim xatirələrindədir, ancaq onlar bu faciəvi günü ildə bir dəfə xüsusilə yad edirlər.

Buna bənzər tərzdə, Müqəddəs Kitab dövründəki mühüm hadisələr də ildə bir dəfə qeyd olunurdu (Ester 9:21, 27). Yehova Allah israillilərə Misir köləliyindən möcüzəvi şəkildə azad olunduqlarını ildə bir dəfə qeyd etmələrini buyurmuşdu. Müqəddəs Kitabda bu bayram Pasxa adlanır və israillilər həmin günü ildə bir dəfə, azad olunduqları gündə qeyd edirdilər (Çıxış 12:24—27; 13:10).

İsa peyğəmbər öz şagirdləri ilə Pasxa bayramını qeyd etdikdən sonra onun ölümünü necə yad etməli olduqlarını göstərərək xüsusi şam yeməyi təsis etdi (Luka 22:7—20). Pasxa bayramı ildə bir dəfə qeyd olunduğu üçün belə qənaətə gəlmək olar ki, onu əvəz edən yeni mərasim də ildə bir dəfə keçirilməlidir. Bəs hansı gün?

Nə vaxt?

Bu suala cavab vermək üçün biz iki şeyi bilməliyik. Birincisi, qədim İsraildə gün axşam günəş batandan sonra başlayır və növbəti günbatanadək davam edirdi. Beləliklə, gün axşamdan axşama hesablanırdı (Levililər 23:32).

İkincisi, həmin dövrdə bugünkü təqvimdən istifadə olunmurdu. Müqəddəs Kitaba əsasən, onlar mart və aprel aylarını adar və nisan adlandırırdılar (Ester 3:7). Yəhudilərdə bir təqvim ayı təzə ay çıxandan-çıxana hesab olunurdu. Onlar Pasxanı təqvimlərinin ilk ayı olan nisan ayının 14-də qeyd edirdilər (Levililər 23:5; Saylar 28:16). Ağamız İsa Məsih məhz həmin gün — 14 nisanda romalılar tərəfindən edam olunmuşdu. O, ilk Pasxanın qeyd olunmasından 1545 il sonra öldü. Həqiqətən də, 14 nisan tarixdə əlamətdar bir gündür!

Bəs müasir təqvimdə 14 nisan hansı günə düşür? Bunu hesablamaq o qədər də çətin deyil. Nisanın 1-i yaz gecə-gündüz bərabərliyindən (Şimal yarımkürəsində yazın başlanğıcı) qabaqkı axşam, günbatandan sonra Yerusəlimin üzərində təzə ay peyda olan zaman başlayırdı. Həmən gündən 14 gün hesablananda nisanın 14-ə düşür. Bu vaxt, adətən, bədirlənmiş ay müşahidə olunur. Qədimdə aparılan hesablama üsuluna əsasən, nisanın 14-ü 2011-ci ildə bazar günü, aprelin 17-si günbatandan sonra başlanacaqa.

Bu il Yehovanın Şahidləri İsa Məsihin ölüm gününü yad etmək istəyənlərlə birlikdə qeyd etməyə hazırlaşırlar. Onlar sizi səmimi-qəlbdən həmin görüşə dəvət edirlər. Bu görüşün harada keçirildiyini və vaxtını Yehovanın Şahidlərindən öyrənə bilərsiniz. Bu görüş səhər yox, günorta yox, məhz axşam günbatandan sonra keçiriləcək. Nə görə? Çünki bu hadisə Müqəddəs Kitabda «şam yeməyi» adlanır (1 Korinflilərə 11:25). 1978 il əvvəl təsis olunan bu xüsusi günün ildönümü 2011-ci il 17 aprel, bazar gününün axşamına təsadüf edir. Həmin vaxt 14 nisan — İsanın öldüyü gün başlanır. Məsihin ölümünü yad etmək üçün bundan yaxşı gün ola bilməz.

Bu günə necə hazırlaşmalı?

Bu əlamətdar hadisənin qeyd olunmasına hazırlaşmaq üçün siz indidən nə edə bilərsiniz? Məsələn, İsa Məsihin bizim uğrumuzda etdikləri üzərində düşünmək olar. «Müqəddəs Kitab əslində nə öyrədir?»b kitabı milyonlarla insana İsanın ölümünün mənasını dərindən dərk etməyə kömək etmişdir (Matta 20:28).

Həmçinin İsa Məsihin yer üzündəki həyatının son günlərində baş verən hadisələri oxuyub üzərində düşünməklə ürəyimizi bu əlamətdar günə hazırlaya bilərik. Növbəti səhifələrdə olan cədvəlin sizə köməyi dəyə bilər. Sol tərəfdəki sütunda müasir təqvimə və Müqəddəs Kitab dövrlərində istifadə olunan təqvimə əsasən tarixlər göstərilir. İkinci sütunda hadisənin təsviri, üçüncü sütunda isə «İncil»dən ayələr, eləcə də hadisələrin izah olunduğu «İsa Məsihin həyatı və xidməti»c kitabından müvafiq fəsillər gətirilir. Sizi orada gətirilən ayələri hadisələrin baş verdiyi tarixlərə müvafiq olaraq Müqəddəs Kitabdan açıb oxumağa dəvət edirik. Bunun sayəsində siz ilin ən mühüm hadisəsinə hazırlaşa biləcəksiniz.

[Haşiyələr]

a Bu gün yəhudilərin qeyd etdikləri Pasxa bayramı həmin tarixlə üst-üstə düşməyə bilər. Nəyə görə? Çünki indi əksər yəhudilər bu günü 15 nisan tarixində qeyd edirlər. Onlar hesab edirlər ki, Çıxış 12:6 ayəsindəki əmr bu günə işarə edir (Baxın: «Gözətçi Qülləsi»nin keçmiş saylarından olan öyrənmə məqalələri, 1990-cı il, broşüra 2, səhifə 16, rus.). Ancaq Musanın qanunda verilən göstərişə əsasən, İsa Məsih onu 14 nisanda qeyd etmişdi. Bu tarixi müəyyən etməyə dair əlavə məlumat üçün «Gözətçi Qülləsinin» 1978-ci il 1 may sayının 14-cü səhifəsinə (rus.) baxın.

b Yehovanın Şahidləri tərəfindən dərc olunub. 47—56 və 206—208-ci səhifələrinə baxın. Siz bu nəşri www.watchtower.org saytına daxil olmaqla əldə edə bilərsiniz.

c Yehovanın Şahidləri tərəfindən dərc olunub.

[22-ci səhifədəki yazı]

Sizi İsanın ölümünün Xatirə Gecəsinə dəvət edirik bazar, 17 aprel 2011-ci il

[23 və 24-cü səhifələrdəki çərçivə/şəkillər]

(Çərçivəyə mətnin özündə baxın)

SONUNCU HƏFTƏ

2011 12 aprel, çərşənbə axşamı ▪ Şənbə Matta

2012 ․․․․․ Mark

2013 ․․․․․ Luka

□Yəhya 11:55—12:1

□gt 101, abz. 2—4d

9 NİSAN (günbatandan sonra)

Müqəddəs Kitabın yazıldığı ▪ Cüzamlı Şimonun □ Matta 26:6—13

dövrlərdə gün günbatandan evində şam yeməyi

sonra başlanır, ▪ Məryəm İsanı □ Mark 14:3—9

növbəti gün, günbatandan nardla yağlayır

sonra qurtarırdı ▪ Yəhudilər İsaya Luka

və Lazara baxmağa □ Yəhya 12:2—11

gəlirlər □ gt 101, abz. 5—9

2011 13 aprel, çərşənbə ▪ İsanın Yerusəlimə □ Matta 21:1—11, 14-17

2012 ․․․․․ təntənəli surətdə daxil olması

2013 ․․․․․ ▪ Məbəddə öyrədir □ Mark 11:1—11

□ Luka 19:29—44

□ Yəhya 12:12—19

□ gt 102

10 NİSAN (günbatandan sonra)

▪ Betaniyada

gecələyir

2011 14 aprel, cümə axşamı ▪ Səhər tezdən □ Matta 21:12, 13,

2012 ․․․․․ Yerusəlimə gedir 18, 19

2013 ․․․․․ ▪ Məbədi təmizləyir □ Mark 11:12—19

▪ Jehovah speaks □ Luka 19:45—48

göydən danışır □ Yəhya 12:20—50

□ gt 103, 104

11 NİSAN (günbatandan sonra)

2011 15 aprel, cümə ▪ Məbəddə □ Matta 21:19—25:46

2012 ․․․․․ nümunələrlə

2013 ․․․․․ öyrədir

▪ Fəriseyləri □ Mark 11:20—13:37

ittiham edir

▪ Dul qadının □ Luka 20:1—21:38

ianəsinə diqqət yetirir

▪ Yerusəlimin Yəhya

dağılmasını peyğəmbərlik edir

▪ Gələcək iştirakına □ gt 105—112, abz. 1

əlamət verir

12 NİSAN (günbatandan sonra)

2011 16 aprel, şənbə ▪ Şagirdləri ilə □ Matta 26:1—5, 14—16

2012 ․․․․․ Betaniyada

2013 ․․․․․ gün keçirir

▪ Yəhuda İsanı □ Mark 14:1, 2, 10, 11

satmaq haqda sözləşir

□ Luka 22:1—6

Yəhya

□ gt 112, abz. 2—4

13 NİSAN (günbatandan sonra)

2011 17 aprel, bazar günü ▪ Peterlə Yəhya □ Matta 26:17—19

2012 ․․․․․ Pasxa

2013 ․․․․․ hazırlayır

▪ Axşamüstü □ Mark 14:12—16

İsa □ Luka 22:7—13

10 həvarisi ilə Yəhya

gəlir □ gt 112, abz. 5 — 113, abz. 1

14 NİSAN (günbatandan sonra)

▪ Pasxanı □ Matta 26:20—35

qeyd edir

▪ Həvarilərin □ Mark 14:17—31

ayaqlarını yuyur

▪ Yəhudanı buraxır □ Luka 22:14—38

▪ Ölümünün Xatirə □ Yəhya 13:1—17:26

Gecəsini təsis edir □ gt 113, abz. 2 — 116

gecəyarısı ▪ Getsemani bağında □ Matta 26:36—75

2011 18 aprel, bazar ertəsi ələ verilir

2012 ․․․․․ və həbs olunur

2013 ․․․․․ ▪ Həvarilər qaçır □ Mark 14:32—72

▪ Sinedrionun □ Luka 22:39—62

qarşısında durur

▪ Peter İsanı □ Yəhya 18:1—27

inkar edir □ gt 117—120

▪ Yenidən □ Matta 27:1—61

Sinedrionun qarşısında durur

▪ Əvvəlcə Pilatın □ Mark 15:1—47

yanına, sonra Hirodun

və yenidən Pilatın yanına aparılır

▪ Ölümə məhkum □ Luka 22:63—23:56

edilir və edam olunur

▪ Təxminən □ Yəhya 18:28—40

günorta

saat 3-də ölür

▪ İşgəncə dirəyindən □ gt 121—127, abz. 7

endirilir və dəfn edilir

15 NİSAN (günbatandan sonra)

▪ Şənbə

2011 19 aprel, çərşənbə axşamı ▪ Pilat İsanın □ Matta 27:62—66

2012 ․․․․․ sərdabəsinin ağzına keşikçilər Mark

2013 ․․․․․ qoymağa razılıq verir Luka

Yəhya

□ gt 127, abz. 8, 9

16 NİSAN (günbatandan sonra)

2011 20 aprel, çərşənbə ▪ Dirildilir □ Matta 28:1—15

2012 ․․․․․ ▪ Şagirdlərinə □ Mark 16:1—8

2013 ․․․․․ görünür □ Luka 24:1—49

□ Yəhya 20:1—25

□ gt 127, abz. 10 —129, abz. 10

[Haşiyə]

d Burada gətirilən rəqəmlər «İsa Məsihin həyatı və xidməti» (gt) kitabının fəsillərinin nömrəsidir. İsa Məsihin xidmətinin son günlərində baş vermiş hadisələrin ətraflı təsvirini «İncil» kitabının «Əlavələr» bölməsinin 423—425-ci səhifələrindəki çərçivədən tapmaq olar. Bu kitab Yehovanın Şahidləri tərəfindən dərc edilir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş