Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/7 s. 14—15
  • Allahın Müqəddəs adı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın Müqəddəs adı
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Allahın adı
    Oyanın! 2017
  • Allahın adı nədir?
    Gözətçi qülləsi (kütləvi) 2019
  • Yehovanın uca adını şərəfləndirin
    Gözətçi qülləsi 2013
  • Allahın adının mənası və istifadə edilməsi
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/7 s. 14—15

Allahın Kəlamından nə öyrənirik?

Allahın Müqəddəs adı

Bu məqalədə vacib suallar qaldırılır və Müqəddəs Kitab işığında müzakirə edilir. İstəsəniz, Yehovanın Şahidləri sizinlə bu suallar ətrafında məmnuniyyətlə söhbət edərlər.

1. Allah nə üçün Özünə ad verib?

Biz insanıq. İnsan anlayışı bizim zatımızı, yəni təbiətimizi göstərir. Bununla belə, hər bir insanın adı vardır. Allah xəlq etdiyi mələklərə də ad verib. Bəs Allahın Özü barədə nə demək olar? «Allah» sözü ən uca, ən böyük varlığın zatını əks etdirir. Üstəlik, Allaha «Külli-İxtiyar», «Yaradan», «Qadir Allah» kimi çoxsaylı sifətlərlə müraciət edilir (Yaradılış 17:1; Vaiz 12:1; Vəhy 11:17). Amma Onun tək bir adı var. Allahın adı hər dildə bu dilin tələblərinə uyğun tərzdə yazılır. İncilin 2010-cu ildə dərc edilmiş azərbaycanca tərcüməsində Allahın adı Yehova kimi işlənira. (Matta 22:37 ayəsini oxuyun.)

Müqəddəs Kitabda Allahın adı təxminən 7000 dəfə işlənir. Bu göstərir ki, Allah Onun müqəddəs adını bilməyimizi vacib sayır və Onu bu adla çağırmağımızı istəyir. (Yeşaya 12:4 ayəsini oxuyun.)

2. Allahın adını bilmək nə üçün vacibdir?

Qeyd edək ki, Allahın adını bilmək özünə çox şey daxil edir. Allahın adını bilmək Onu bu adla çağırmaq, Onunla yaxın münasibətdə olmaq deməkdir. Yehova adının mənası «olmağına səbəb olan»dır. Bu, o deməkdir ki, Allah müəyyən bir vəziyyətdə tələb olunan xüsusiyyəti təzahür etdirir, yəni həmin vəziyyətə müvafiq sifətdə olur. Bu ad özlüyündə bir zəmanətdir ki, Allah niyyət etdiyi istənilən şeyi mütləq həyata keçirir. Deməli, Allahın adını bilmək, həm də Onun Öz vədlərini yerinə yetirəcəyinə iman gətirmək deməkdir (Məzmur 9:10). Allahın adını həqiqətən bilən və onu çağıran adam Yehovaya etibar edir, Allahı həyatda hər şeydən üstün tutur. Allah bu cür adamları hifz edir. (Məzmur 91:14 ayəsini oxuyun.)

3. Nə üçün hamı Allahın adını bilməlidir?

Allahın niyyəti budur ki, insanlar Onu adı ilə tanısınlar, çünki bu, onların xeyrinədir. Bu, onlara Allahın dostu olmaq üçün yol açır və əbədi həyata ümid verir. Buna görə də Allah istəyir ki, Onun adını bütün insanlara bildirək. (Yəhya 17:3; Romalılara 10:13, 14 ayələrini oxuyun.)

Peyğəmbərlər Allahın yollarını, qanunlarını, vədlərini insanlara öyrədərək Onun adını əyan edirdilər. Bu gün Yehovanın Şahidləri həmin işi davam etdirir, bütün dünyada Allahın adını bəyan edirlər. Yehovanın Şahidləri dünya üzrə Allahın adını daşıyan bir xalqdır. (Həvarilərin işləri 15:14; Yəhya 17:26 ayələrini oxuyun.)

4. Allah Öz adını necə ucaldacaq?

İndi dünyada Allahın müqəddəs adına hörmətsizlik edilir. Misal üçün, bəziləri deyir ki, həyatın yaradanı Allah deyil və Ona tabe olmağa ehtiyac yoxdur. Digərləri isə Allahın biz insanları unutduğunu, dünyadakı zülm-sitəmin Ondan olduğunu deyir. Belə deyənlər Allahın adına böhtan atırlar. Lakin bu hal uzun sürməyəcək. Allah Onun müqəddəs adını ləkələyənləri məhv edəcək. (Məzmur 83:17, 18 b (YD) ayələrini oxuyun.)

Allahın Padşahlığı insan hakimiyyətlərini devirib dünyada əmin-amanlığı bərqərar edəndə Yehovanın adı ucalacaq (Daniel 2:44). Tezliklə bütün insanlar etiraf etməli olacaqlar ki, Allah var və O, Yehovadır! (Yezekel 36:23; Matta 6:9 ayələrini oxuyun.)

Bəs biz nə etməliyik? Allaha yaxınlaşmalıyıq. Bunun üçün Allahın Kəlamını oxumaq, Allahı sevən adamlarla ünsiyyət etmək lazımdır. Allah Öz adını ucaldanda sadiq bəndələrini unutmayacaq (Malaki 3:16).

[Haşiyələr]

a Bu ad «Azərbaycan Milli Ensiklopediyası»nda «Yəhva» formasında yazılıb (I cild, səh. 333).

b Məzmur 83:17, 18 (YD): «Rüsvayçılıq, çaşqınlıq girdabından qurtulmasınlar, rəzil olsunlar, məhv olsunlar. Qoy insanlar bilsin ki, adı Yehova olan Sən yer üzərində tək Uca Allahsan».

[14–cü səhifədəki şəkil]

Qədim ibrani əlyazmasında Allahın adı

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş