Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/1 s. 12—15
  • Sosial şəbəkələr barədə nəyi bilməliyəm? II hissə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sosial şəbəkələr barədə nəyi bilməliyəm? II hissə
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • QAZANDIĞIN AD
  • Nə edə bilərsən?
  • DOSTLARIN
  • Nə edə bilərsən?
  • Sosial şəbəkələr barədə nəyi bilməliyəm? I hissə
    Gözətçi qülləsi 2011
  • Sosial şəbəkələrdə dostlarınız kimdir?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
  • Sosial şəbəkələrdən istifadə edərkən özünüzü gözləyin
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • Sosial şəbəkədə şəkil paylaşmaqla bağlı nəyi bilməliyəm?
    Gənclərin sualları
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/1 s. 12—15

Gənclərin sualları

Sosial şəbəkələr barədə nəyi bilməliyəm? II hissə

Aşağıda gətirilən siyahını sənin üçün vacib olan ardıcıllıqla nömrələ.

___ şəxsi məlumatım

___ vaxtım

___ qazandığım ad

___ dostlarım

BU SİYAHIDA nəyi özün üçün vacib sanıb birinci yerə qoydun? Əgər sosial şəbəkədən istifadə edirsənsə, həm seçdiyin birinci, həm də qalan üç sahə təhlükə altında ola bilər.

Sosial şəbəkədə şəxsi səhifə açmağa dəyərmi? Valideynlərinlə yaşayırsansa, bunu onlar qərara alırlara (Süleymanın məsəlləri 6:20). İnternetlə olduğu kimi, sosial şəbəkə də həm faydalı, həm də təhlükəli ola bilər. Əgər valideynlərin səhifə açmağına razı deyillərsə, onlara tabe olmalısan (Efeslilərə 6:1).

Bəs əgər valideynlərin sosial şəbəkədən istifadə etməyinə icazə verirlərsə, təhlükələrdən necə qaçına bilərsən? «Gözətçi qülləsi»nin 2011-ci il oktyabr—dekabr sayında «Gənclərin sualları» rubrikasında iki sahə müzakirə edilmişdi: şəxsi məlumat və vaxt. Bu məqalədə isə söhbət qazandığın ad və dostlarından gedəcək.

QAZANDIĞIN AD

Qazandığın adı qorumaq ehtiyatlı olub, başqalarının sənin haqqında pis düşünmələrinə əsas verməmək deməkdir. Misal üçün, təsəvvür et ki, heç bir yerində əziyi olmayan yağ içində bir maşının var. Onun bu cür qalmasını istəməzdinmi? Əgər öz ehtiyatsızlığın ucbatından qəzaya düşsəydin, hansı hissləri keçirərdin?

Buna bənzər tərzdə sosial şəbəkələr də adına ləkə gətirə bilər. 19 yaşlı Kara adlı bir qız deyir: «Nəticəsini düşünmədən sayta yerləşdirdiyin şəkil və ya şərh sənin adını rüsvay edə bilər». Məsələn, növbəti amillərin adına necə təsir edəcəyi haqqında düşün:

● Şəkillərin. Həvari Peter yazır: «Başqa millətlərin arasında... nümunəvi davranın» (1 Peter 2:12). Sosial şəbəkədəki şəkillərə baxarkən daha çox diqqətini nə cəlb edib?

«Haqqında yüksək fikirdə olduğum insan bəzən şəkillərində sərxoş kimi görünür» (Anna, 19 yaş).

«Elə qızlar tanıyıram ki, şəkillərində öz “fiqurasını” göstərməyə can atırlar. Saytda onlar həyatda olduqlarından tamamilə fərqli görünürlər» (Kara, 19 yaş).

Sosial şəbəkədə qoyduğu şəkillərində ədəbsiz geyimdə olan və ya sərxoş kimi görünən insan barədə nə fikirləşərdin?

1 ․․․․․

2 ․․․․․

● Şərhlərin. Efeslilərə 4:29 ayəsində deyilir: «Dilinizdən heç bir pis [çürük, haşiyə] söz çıxmasın». Bəziləri müşahidə ediblər ki, sosial şəbəkə saytlarında söhbət zamanı kobud danışıq, dedi-qodu, yaxud əxlaqsız mövzular yavaş-yavaş daxil olmağa başlayır.

«Sosial şəbəkədə insanlar özlərini daha sərbəst aparırlar. Danışıqda pis səslənən sözlər adama yazıda bir o qədər də pis görünmür. Söyüş söyməsən də, sözlərindən eşqbazlıq, kobudluq, hətta ədəbsizlik sezilə bilər» (Daniyel, 19 yaş).

Səncə, nəyə görə bir çox insan İnternetdə özünü daha sərbəst aparır?

․․․․․

․․․․․

Qoyduğun şəkil və şərhlərinin elə də böyük əhəmiyyəti varmı? Bəli, var! Ceyn adlı yeniyetmə bir qız deyir: «Məktəbdə daima bu haqda danışırlar. İşə götürən adamın ərizəçinin necə insan olduğunu bilmək üçün onun səhifəsinə daxil olduğunu müzakirə edirik».

«Valideynlər üçün Feysbuk» kitabında doktor Brayan Foqq deyir ki, kimisə işə götürəndə məhz belə davranır. «Bu, mənim borcumdur. Əgər ərizəçinin səhifəsinə girib nalayiq bir şey görürəmsə, bu, mənə yaxşı təəssürat bağışlamır. Mən belə insanı işə götürmərəm. Nəyə görə? Çünki mənimlə işləyən adam sağlam düşüncəli olmalıdır», — deyə o qeyd edir («Facebook for Parents»).

Əgər məsihçisənsə, şərhlərinin həmimanlılarına və başqa insanlara necə təsir bağışlayacağı haqqında düşünməlisən. Həvari Pavel deyir: «Biz... kimisə büdrədən bir iş görmürük» (2 Korinflilərə 6:3; 1 Peter 3:16).

Nə edə bilərsən?

Əgər valideynlərin sosial şəbəkədən istifadə etməyə icazə veriblərsə, saytda yerləşdirdiyin şəklə bax və özündən soruş: «Bu şəkil mənim haqqımda nə deyir? Doğrudanmı özümü belə təqdim etmək istəyirəm? Valideynlərim, yığıncaq ağsaqqalım və ya gələcək müdirim bu şəkilləri görsələr, xəcalət çəkəcəyəmmi?» Əgər axırıncı suala cavabın müsbətdirsə, dəyişikliklər et. 21 yaşlı Keyt adlı bir qız da məhz belə davranmışdı. O deyir: «Yığıncağımın ağsaqqalı saytıma yerləşdirdiyim şəkil haqqında mənimlə söhbət etdi. Buna görə ona minnətdaram, çünki başa düşürdüm ki, o, adıma ləkə gəlməsini istəmirdi».

Həmçinin səhifəndə həm özünün, həm də başqalarının şərhlərini yenidən diqqətlə nəzərdən keçir. «Axmaq söhbətlərə və nalayiq zarafatlara» yol vermə (Efeslilərə 5:3, 4). «Bəzən insanlar şərhlərində pis və ya ikibaşlı sözlərdən istifadə edirlər. Bunları özün yazmasan da, onlar sənin səhifəndə olduğu üçün sənin adına xələl gətirir», — deyə 19 yaşlı Ceyn qeyd edir.

Adına ləkə gəlməsin deyə səhifənə yerləşdirdiyin şəkil və şərhlərlə bağlı hansı şərtləri qoyardın?

․․․․․

․․․․․

․․․․․

DOSTLARIN

Tutaq ki, təptəzə maşının var, kimi gəldi mindirərdin? Valideynlərinin icazəsi ilə sosial şəbəkədən istifadə edəndə də eyni seçimlə qarşılaşırsan, yəni dost seçməyə və ya dostluq təklifini qəbul etməyə özün qərar verirsən. Bu seçimi necə edəcəksən?

«Bəzilərinin yeganə məqsədi daha çox dost yığmaqdır, yəni nə qədər çox dost olsa, bir o qədər də yaxşıdır. Onlar hətta tanımadıqları insanları dostlarının siyahısına daxil edirlər» (Naişa, 16 yaş).

«Sosial şəbəkələr keçmiş tanışlarınla yenidən əlaqə yaratmağa imkan verir. Lakin bəzən belə insanlar elə keçmişdə qalsalar, daha yaxşı olar» (Elen, 25 yaş).

Nə edə bilərsən?

Təklif: yoxla və düzəliş et. Dostlarının siyahısını yenidən nəzərdən keçir və lazım olan düzəlişləri et. Hər dəfə özündən soruş:

1. «Bu insanın real həyatda necə olduğunu bilirəmmi?»

2. «Bu insan öz səhifəsində necə şəkil və şərhlər yerləşdirir?»

3. «Bu dost mənə yaxşı təsir edirmi?»

«Adətən mən hər ay “dost siyahımı” nəzərdən keçirirəm. Əgər orada müəyyən şübhə oyadan və ya yaxşı tanımadığım adam varsa, onun adını silirəm» (İvana, 17 yaş).

Təklif: dost seçiminə ciddi yanaş. Həyatda olduğu kimi, kiminlə dost olub-olmayacağına dair müəyyən çərçivə qoy (1 Korinflilərə 15:33). Məsələn, Lian adlı 27 yaşlı gənc qadın deyir: «Mənim mövqeyim belədir: əgər səni tanımıramsa, dostluq təklifini qəbul etmirəm. Səhifəndə şübhəli bir şeyə rast gəlsəm, səni “dostlarımın siyahısından” siləcəyəm və bir daha qəbul etməyəcəyəm». Başqaları da bu cür davranır.

«Hər yetənlə dostluq etmirəm. Bu, təhlükəli ola bilər» (Erin, 21 yaş).

«Keçmiş sinif yoldaşlarımdan dostluq təklifləri alırdım. Əgər məktəbdə onlardan uzaq gəzirdimsə, indi onlarla əlaqə saxlamağın mənası varmı?» (Aleks, 21 yaş).

Aşağıda dost seçiminə dair öz qaydalarını yaz.

․․․․․

․․․․․

․․․․․

[Haşiyə]

a Bu jurnal heç bir sosial şəbəkəni nə dəstəkləyir, nə də mühakimə edir. Lakin İnternetdən istifadə edərkən məsihçilər əmin olmalıdırlar ki, Müqəddəs Kitab prinsiplərini pozmurlar (1 Timoteyə 1:5, 19).

[14-cü səhifədəki çərçivə]

VALİDEYNLƏRİNDƏN SORUŞ

Həm bu, həm də «Gözətçi qülləsi»nin 2011-ci il oktyabr—dekabr sayında «Gənclərin sualları» rubrikasını valideynlərinlə birgə nəzərdən keçir. İnternetdən istifadənin 1) şəxsi məlumatlarına, 2) vaxtına, 3) adına və 4) dost seçiminə necə təsir etdiyini müzakirə edin.

[15-ci səhifədəki çərçivə]

Valideynlərin Nəzərinə

Uşaqlarınız İnternet haqqında sizdən daha çox məlumatlı ola bilərlər. Lakin onlar sizin qədər dərrakəli deyillər (Süleymanın məsəlləri 1:4; 2:1—6). İnternet təhlükəsizliyi üzrə mütəxəssis Peri Aftab deyir: «Uşaqlar texnikanı, valideynlər isə həyatı daha yaxşı bilirlər».

Son illər ərzində sosial şəbəkə çox populyar olub. Bundan düzgün istifadə etmək üçün uşağınız kifayət qədər uzaqgörəndirmi? Bunu siz özünüz müəyyən etməlisiniz. Maşın sürmək, bankda hesab açmaq və ya kredit kartından istifadə etməklə olduğu kimi, sosial şəbəkənin də öz təhlükələri var. Bunlardan bəziləri hansılardır?

ŞƏXSİ MƏLUMAT. Bir çox gənclər İnternetdə özləri haqda həddindən artıq məlumat yerləşdirməyin nəticəsini anlamırlar. Onlar yaşadıqları ünvanı, hansı məktəbdə oxuduqlarını, yaxud evdə nə vaxt olub-olmadıqlarını yazmaqla bütün ailəni təhlükəyə atırlar.

Nə etmək olar? Uşaqlarınız balaca olanda onlara yolu keçmək qaydalarını öyrədirdiniz. İndi isə onlara İnternetdən düzgün istifadə etməyi öyrətməlisiniz. Şəxsi məlumat barədə «Gözətçi qülləsi»nin 2011-ci il oktyabr—dekabr sayında «Gənclərin sualları» rubrikasından oxuyun. Həmçinin «Oyanın!» jurnalının 2008-ci il oktyabr sayının 3—9-cu səhifələrinə (rus.) baxın. Sonra bu məqalələri uşaqlarınızla müzakirə edin. Onlara sağlam düşüncə və dərrakə aşılamağa çalışın (Süleymanın məsəlləri 3:21).

VAXT. Sosial şəbəkədə ünsiyyət asılılıq yarada bilər. 23 yaşlı Rik deyir: «Öz səhifəmi açdıqdan cəmi bir neçə gün sonra daima vaxtımı orada keçirmək istəyirdim. Şəkillərə baxıb məktubları oxumağa saatlarla vaxtım gedirdi».

Nə etmək olar? «Oyanın!» jurnalının 2011-ci il yanvar sayının «Gənclərin sualları» rubrikasında «Elektron yeniliklərə aludəyəmmi?» adlı məqaləni uşağınızla oxuyub müzakirə edin. 26-cı səhifədəki «Mən tələyə düşmüşdüm» adlı çərçivəyə (rus.) xüsusilə diqqət yetirin. Yeniyetmənizə kömək edin ki, «hər şeydə həddini bilən» olsun və ayırdığı vaxtdan artıq İnternetdə oturmasın (1 Timoteyə 3:2). Ona xatırladın ki, həyat yalnız İnternetdə ünsiyyətdən ibarət deyil!

QAZANDIĞIN AD. Müqəddəs Kitabda deyilir: «Uşaq... əməlləri ilə, işlərinin saf, doğru, yoxsa əksinə olması ilə tanınar» (Süleymanın məsəlləri 20:11). Bu məsəl İnternetdən istifadə edən uşaqlara da aiddir! Bundan başqa, sosial şəbəkə hamıya «ictimai forum» olduğu üçün, uşağınızın İnternetə yerləşdirdiyi məlumat tək onun deyil, hətta bütün ailənizin adına xələl gətirə bilər.

Nə etmək olar? Yeniyetmələr bilməlidirlər ki, İnternetə yerləşdirdikləri şeylər onların necə insan olduqlarından xəbər verir. Bir atalar sözündə deyildiyi kimi, «ağızdan çıxan söz, kamandan çıxan ox kimidir». Doktor Qven Şurqin O’Kiffi öz kitabında yazır: «Ola bilsin, uşaqlara İnternetdəki məlumatın dəyişməz olduğunu başa düşmək çətindir, amma onlar bunu bilməlidirlər. Onlara öyrədə bilərsiniz ki, adətən real həyatda kimə isə demədikləri sözləri İnternet səhifəsində də yazmasınlar» («CyberSafe»).

DOSTLAR. 23 yaşlı Tanya deyir: «Gənclərin bir çoxu sadəcə populyar olmaq xatirinə tanımadıqları və ya əxlaq normalarına riayət etməyən insanları dost kimi qəbul edirlər».

Nə etmək olar? Uşağınıza kömək edin ki, dostlarının siyahısına kimi qəbul edəcəyini hərtərəfli götür-qoy etsin. Məsələn, 22 yaşlı Alisiya, adətən, dostlarının dostunu öz siyahısına qəbul etmir. O deyir: «Əgər səni tanımıram və ya səninlə üz-üzə gəlməmişəmsə, sadəcə dostumun dostusan deyə səni qəbul etmərəm».

Tim və Culiya adlı bir ər-arvad sosial şəbəkədə öz səhifələrini açıblar və qızlarının kimlərlə dostluq etdiyinə və necə yazışdığına nəzarət edə bilirlər. Culiya deyir: «Qızımızdan tələb etdik ki, bizi dostlarının siyahısına əlavə etsin. Bunun sayəsində onun ünsiyyət etdiyi insanlar, sanki evimizin qonağı idilər. Onların kim olduğunu bilmək istəyirik».

[12-ci səhifədəki yazı]

Müqəddəs Kitabın bir məsəlində deyilir: «Yaxşı ad böyük sərvətdən... üstündür» (Süleymanın məsəlləri 22:1).

[13-cü səhifədəki şəkil]

Sürücünün ehtiyatsızlığı ucbatından maşın əzildiyi kimi, saytına yerləşdirdiyin ədəbsiz şəkillər və şərhlər də adını ləkələyə bilər

[14-cü səhifədəki şəkil]

Səndən xahiş etsə də, tanımadığın adamı maşınına mindirərdinmi? Onda nəyə görə tanımadığın insanı öz saytında dost kimi qəbul edəsən?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş