Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/6 s. 19
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Yehova tezliklə nəyin baş verəcəyini açıqlayır
    Gözətçi qülləsi 2012
  • Peyğəmbərliklərdən öyrənin
    Gözətçi qülləsi 2023
  • Padşahlıq hakimiyyət sürür!
    Gözətçi qülləsi 2022
Gözətçi qülləsi 2012
w12 15/6 s. 19

Oxucuların sualları

İngiltərə-Amerika dünya imperiyası Müqəddəs Kitabda peyğəmbərlik edilən yeddinci dünya imperiyası nə vaxt oldu?

▪ Navuxodonosor padşahın yuxuda gördüyü nəhəng dəmir heykəl bəşər tarixində mövcud olan bütün imperiyaları təmsil etmir (Dan. 2:31—45). Bu peyğəmbərlikdə Danielin yaşadığı dövrdən etibarən mövcud olan və Allahın xalqı ilə münasibətdə əhəmiyyətli rol oynayan yalnız beş imperiyadan bəhs edilir.

Danielin metal heykəli təsvir etməsindən belə nəticəyə gəlirik ki, İngiltərə-Amerika dünya imperiyası Romanı işğal etməsi sayəsində yox, onun parçalanması nəticəsində əmələ gələcəkdi. Daniel görür ki, heykəlin baldırları dəmirdən ibarətdir, lakin aşağıda, yəni ayaq və ayaq barmaqlarında dəmir gillə qarışıra. Bu, onu göstərir ki, İngiltərə-Amerika dünya imperiyası dəmir baldırlardan peyda olacaqdı. Tarix bu peyğəmbərliyin son dərəcə dəqiq olduğunu təsdiqləyir. Əvvəllər Roma imperiyasının tərkib hissəsi olan Britaniya 18-ci əsrin sonlarına yaxın güclənməyə başladı. Sonralar Amerika Birləşmiş Ştatları sözükeçən güclü dövlətlərdən birinə çevrildi. Ancaq Müqəddəs Kitabda peyğəmbərlik olunan yeddinci dünya imperiyası hələ meydana gəlməmişdi. Nəyə görə? Çünki Britaniya və Birləşmiş Ştatlar hələ xüsusi şəkildə birgə fəaliyyət göstərmirdilər. Onların birgə fəaliyyəti Birinci Dünya müharibəsi zamanı başladı.

Artıq o vaxt «padşahlığın oğulları», əsas etibarilə, Birləşmiş Ştatlarda fəal idilər və onların ümumdünya mərkəzi idarəsi Bruklində (Nyu–York) yerləşirdi (Mat. 13:36—43). Məsh olunmuşlar sinfinin üzvləri Britaniya imperiyasının hökmranlıq etdiyi ölkələrdə fəal surətdə təbliğ edirdilər. Birinci Dünya müharibəsi zamanı Britaniya və Amerika ortaq siyasi düşmənlərinə qarşı mübarizə aparmağa başlayan zaman aralarında xüsusi münasibət yarandı. Həmçinin onlar müharibənin yaratdığı millətçiliyin artdığı bir vaxtda Allahın «qadınının» övladına aid olanlarla düşmənçilik edirdilər, yəni onların nəşr etdiyi ədəbiyyatlara qadağa qoyurdular və hətta təbliğ işinə rəhbərlik edənləri həbs edirdilər (Vəhy 12:17).

Beləliklə, Müqəddəs Kitabdakı peyğəmbərlikdən aydın olur ki, 1700-cü illərin sonlarında Britaniya nüfuz qazanmağa başlayanda yeddinci dünya imperiyası hələ də mövcud deyildi. O, bu səviyyəyə Ağanın günü başlayanda çatmışdıb.

[Haşiyələr]

a Dəmirlə qarışığı olan gil dəmirəbənzər İngiltərə-Amerika dünya imperiyasının təsir dairəsi çərçivəsində olan ünsürləri təmsil edir. Tədricən gil bu imperiyanın istədiyi güclə fəaliyyət göstərmək bacarığına əngəl törətdi.

b Bu peyğəmbərliyin köhnə izahatı «Danielin peyğəmbərliyi» kitabının 57-ci səhifəsinin 24-cü abzasında, eləcə də 56-cı və 139-cu səhifələrindəki (rus.) cədvəldə verilib.

[19–cu səhifədəki şəkil]

Mərkəzi idarədən səkkiz qardaş haqda 1918-ci ilin iyun ayında hökm qərarı çıxarılmışdı

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş