Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/10 s. 5—6
  • Dürüst olmaq mümkündürmü?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dürüst olmaq mümkündürmü?
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Qorxmaz öncül
    Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016
  • Hər sahədə dürüst ol
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Dürüstlüyün xeyri
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Hər sahədə dürüst ol
    Allahın məhəbbətindən ayrılmayın
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/10 s. 5—6

Dürüst olmaq mümkündürmü?

«Hər sahədə dürüst olmaq istəyirik» (İBRANİLƏRƏ 13:18).

GÜNAHLI təbiətimizin, yaşadığımız dünyanın və İblisin bizə güclü təsir göstərməsinə baxmayaraq, bu təsirə müqavimət göstərmək mümkündür. Necə? Allaha yaxınlaşmaqla və zamanın sınağından çıxmış Müqəddəs Kitab prinsiplərini tətbiq etməklə. İki nümunəyə nəzər salaq.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Bu zəmanəyə uyğunlaşmayın» (Romalılara 12:2).

Həyatdan götürülmüş nümunə: Braziliyada yaşayan Gilyermo uğurlu iş adamıdır. O etiraf edir ki, dürüst olmaq elə də asan deyil. Gilyermo deyir: «İstənilən iş adamı çalışdığı şirkətin tələblərinə cavab vermək və ya rəqabətli dünyadan baş çıxarmaq üçün asanlıqla nadürüst üsulları mənimsəyə bilər. Bir çox insanlar rüşvət alıb-vermək məsələsinə normal baxırlar. Əgər sənin şəxsi biznesin və böyük maddi öhdəçiliklərin varsa, dürüst olmaq çox müşkül məsələdir».

Ancaq Gilyermo şirnikdirici təsirlərə baxmayaraq, dürüst qalmağı bacarır. O deyir: «Hətta nadürüstlüyə normal yanaşılan mühitdə belə dürüst olmaq mümkündür. Bunun üçün gərək insanın möhkəm mənəvi dəyərləri olsun. Müqəddəs Kitab mənə dürüstlüyün dəyərini başa düşməyə kömək etdi. Dürüst insan təmiz vicdana, qəlb rahatlığına və özünəhörmət hissinə sahib olur. Belə insan ətrafındakılara da müsbət təsir göstərə bilər».

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Varlanmaq istəyənlər şirniklənib tələyə düşürlər, insanı fəlakətə və məhvə aparan bir çox mənasız və zərərli xəyallara qapılırlar. Çünki hər cür pisliyin kökü pulpərəstlikdir» (1 Timoteyə 6:9, 10).

Həyatdan götürülmüş nümunə: Andre təhlükəsizlik sistemləri quraşdıran şirkət sahibidir. Onun şirkəti böyük bir futbol klubu ilə müqavilə bağlamışdı. Bir dəfə vacib oyundan sonra Andre göstərdiyi xidmətlərə görə hesabı təqdim etmək üçün klubun müdriyyətinin yanına getdi. Maliyyə şöbəsi hələ də kassalardan yığılan pulu hesablamaqla məşğul idi. Artıq gec olduğundan müdir, Andre də daxil olmaqla, bütün tədarükçülərlə tələm-tələsik hesablaşdı.

Andre deyir: «Evə gedərkən fikir verdim ki, müdir mənə artıq pul verib. Mən əmin idim ki, o, kimə lazımından artıq pul verdiyini heç vaxt bilməyəcəkdi. Üstəlik, bir anlıq həmin pulu öz cibindən verəcək yazığın halını fikirləşdim! Geri qayıtmaq qərarına gəldim. Güclə də olsa, izdihamı yarıb pulu yiyəsinə qaytardım. Müdir çox təəccübləndi. Hələ bu vaxta qədər ona pul qaytaran olmamışdı».

Andre davam edir: «Dürüst hərəkətim mənə müdirin hörmətini qazandırdı. Bu hadisədən illər keçib. Digər tədarükçülərdən fərqli olaraq, biz klubla müqaviləsi hələ də qüvvədə olan yeganə şirkətik. Necə də xoşbəxtəm ki, Müqəddəs Kitabın yüksək əxlaq prinsiplərini tətbiq etmək mənə yaxşı ad qazandırıb!»

Allahın köməyilə korrupsiyanın təsirinə qarşı durmağın mümkün olduğunu bilmək necə də ruhlandırıcıdır! Ancaq ayrı-ayrılıqda heç bir insan korrupsiyanın kökünü tamamilə kəsmək iqtidarında deyil. Bu problemin kökü çox dərindir — o dərəcədə dərindir ki, qeyri-kamil insanlar onu çıxarıb ata bilməz. Bəs bu o deməkdirmi ki, korrupsiyanın kökü heç vaxt kəsilməyəcək? Müqəddəs Kitabda bu sualın ümidverici cavabı var. Həmin cavabı bu silsilədən olan sonuncu məqalədə oxuya bilərsiniz.

[6–cı səhifədəki yazı]

«Necə də xoşbəxtəm ki, Müqəddəs Kitabın yüksək əxlaq prinsiplərini tətbiq etmək mənə yaxşı ad qazandırıb!» (ANDRE)

[6–cı səhifədəki yazı]

«Müqəddəs Kitab mənə dürüstlüyün dəyərini başa düşməyə kömək etdi» (GİLYERMO)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş