Nəğmə 89
Yehova nəvazişlə çağırır: «Oğlum, hikmətli ol»
1. Ey gənc, sən Mənə ver bütün ürəyini,
Meydan oxuyan düşmənim görsün səni.
Mənə həsr edirsən gənclik çağlarını,
Görsün el-aləm vəfalı qaldığını.
(NƏQARƏT)
Əziz oğlum, sən hikmətli ol,
Gözəl qızım, şad et Məni.
Xidmət et Mənə öz xoşunla,
Qoy könüldən gəlsin həmdin.
2. Mənə ömrünü verdiyin üçün sevin,
Olaram dayaq, büdrəsə də ayağın.
Təqib olanda heç sarsılma, dur möhkəm,
Əmin ol, səni sevəcəyəm hər zaman.
(NƏQARƏT)
Əziz oğlum, sən hikmətli ol,
Gözəl qızım, şad et Məni.
Xidmət et Mənə öz xoşunla,
Qoy könüldən gəlsin həmdin.
(Həmçinin baxın: Qan. 6:5; Vaiz 11:9; Əşy. 41:13.)