Nəğmə 118
Bir-birinizi məhəbbətlə qəbul edin
1. Bu görüşə siz xoş gəlmisiniz,
Haqqı tapmaqdır istəyiniz.
Rəbb səsləyir bizi həqiqətə,
Şükranla hay verək İlahi dəvətə.
2. Çox minnətdarıq bu birlik üçün
Gərək hər kəs mehriban olsun.
Gəl qədrini bilək qardaşlığın,
Bura gələnlərə biz deyək: «Xoş gəldin!»
3. Rəbb çağırır bax cümlə-bəşəri,
Sevir qəlbi saf insanları.
O cəlb edibdir hər birimizi,
Aramızda olsun qoy qardaş sevgisi.
(Həmçinin baxın: Yəh. 6:44; Filip. 2:29; Vəhy 22:17.)