MƏSİHİ HƏYATI
Onları gülərüzlə salamlayın
Kimləri? Yığıncaq görüşünə gələn hər kəsi, görüşə yeni gələnlərdən tutmuş ta uzun illər tanıdığımız insanlara kimi (Rm 15:7; İb 13:2). Başqa ölkədən yığıncağımıza qonaq gələn dindaşlarımızı və bir neçə ildən sonra ilk dəfə görüşə gələn qeyri-fəal təbliğçiləri də eyni cür salamlamalıyıq. Özünüzü bu insanların yerinə qoyun. İstəməzdiniz, sizi gülərüzlə, mehriban şəkildə qarşılasınlar?! (Mt 7:12). Buna görə də gəlin yığıncağa gələndə bir yerdə oturub qalmayaq, çətin də olsa, görüşdən əvvəl və sonra gələnləri salamlayaq. Bu, ibadət evində xoş ab-hava yaradar və Yehova Allaha şərəf gətirər (Mt 5:16). Təbii ki, hər kəslə ünsiyyət etmək mümkün deyil, amma əlimizdən gələni edib hamını mehriban qarşılaya bilərika.
Biz yalnız anma mərasimi kimi xüsusi günlərdə deyil, hər zaman qonaqpərvər olmalıyıq. Yığıncağa yeni gələnlər aramızda məhəbbət görsələr, ola bilsin, onlar da Allahı ucaldar və həqiqi ibadətə qoşularlar (Yh 13:35).