Nəğmə 137
Bizə cəsarət ver
Cəsarətlə car çəkirik
Padşahlıq müjdəsini.
Təqiblər bizi sarsıtmır,
Ucaldırıq ismini.
Biz qorxmarıq insandan,
Tabe olarıq əmrinə.
Sənə əl açırıq, Yehova,
Ruhunu lütf et quluna.
(NƏQARƏT)
Rəbbimiz, cəsur ürək ver,
Qorxuya üstün gələk.
Dəyanətlə, mətanətlə
Müjdəni bəyan edək.
Möhtəşəm gün astanada,
Qurtuluş günü yaxında.
Rəbbimiz, cəsur ürək ver,
Xidmət edək.
Sən bilirsən, biz torpağıq,
Ey uca Xaliqimiz.
Ürəkdə qorxu olsa da,
Sarsılmaz imanımız.
Gör düşmən tənəsini,
Eşit, ya Rəbb, səsimizi.
Şəhadət verək qoy isminlə,
Yenilməz, cəsur et bizi!
(NƏQARƏT)
Rəbbimiz, cəsur ürək ver,
Qorxuya üstün gələk.
Dəyanətlə, mətanətlə
Müjdəni bəyan edək.
Möhtəşəm gün astanada,
Qurtuluş günü yaxında.
Rəbbimiz, cəsur ürək ver,
Xidmət edək.
(Həmçinin baxın: 1 Salon. 2:2; İbr. 10:35.)