Nəğmə 81
«İmanımızı artır»
1. Bilirsən, günahlıyıq, ey Yehova,
Biz daim meyilliyik pisliyə.
Əngəl olur günah yolumuzda bax
Sənə iman nuru sönür qəlbdə.
(NƏQARƏT)
Alovlandır, iman artsın, Yehova,
Yetiş qulun möhtac duyan zaman.
Ya Rəbb, lütf et, bizdə iman artır ki,
Şərəf versin bəndən Sənə hər an.
2. İmanla biz Rəbbi razı salırıq.
Əminik, alacağıq mükafat.
İmanımız qalxandır, bir sipərdir.
Qorxmaz qalaq, O verəcək nicat.
(NƏQARƏT)
Alovlandır, iman artsın, Yehova,
Yetiş qulun möhtac duyan zaman.
Ya Rəbb, lütf et, bizdə iman artır ki,
Şərəf versin bəndən Sənə hər an.
(Həmçinin baxın: Yar. 8:21; İbr. 11:6; 12:1.)