Nəğmə 5
Məsih bizim nümunəmizdir
1. Hədsiz məhəbbəti
Yehova göstərdi,
Bəşəriyyətçün Oğlunu verdi.
Sonsuz yaşa deyə
Əbədi Cənnətdə
Məsih həyatını qurban verdi.
2. Dualar etməyi
Məsih öyrədirdi,
Deyirdi: ‘Rəbbin adın ucaldın’.
Padşahlığı gəlsin,
Niyyəti doğrulsun,
Gündəlik ruzimizi qoy versin.
3. İsanın sözləri
Təskinlik verirdi
Onu sevən hər həlim insana.
Qoy biz də öyrədək,
Həqiqəti deyək,
Xoşbəxtliyimiz tükənməz əsla.
(Həmçinin baxın: Mat. 6:9-11; Yəh. 3:16; 6:31-51; Efes. 5:2.)