Nəğmə 29
Nöqsansızlıq yolu ilə yeriyək
1. Ey Allahım, yoxla imanımı,
Nöqsansız olmuşam, Sənədir güvəncim.
Sına məni, gör niyyətlərimi,
Ürəyimi saf et, razı salım Səni.
(NƏQARƏT)
Nöqsansızlıq yoluyla mən gedim,
əzmlidir ürəyim, budur tək diləyim.
2. Yalançıyla oturub-durmaram.
Saxtakar, zalımla əsla olmaz aram.
Rüşvət, qana batmışdır əlləri,
Onlarla canımı birgə alma, Rəbbim.
(NƏQARƏT)
Nöqsansızlıq yoluyla mən gedim,
əzmlidir ürəyim, budur tək diləyim.
3. Məskənini, evini sevirəm.
Calalını Sənin tərənnüm edirəm.
Məbədində hər gün şükr edilsin,
Yaxın-uzaq ellər eşitsin izzətin.
(NƏQARƏT)
Nöqsansızlıq yoluyla mən gedim,
əzmlidir ürəyim, budur tək diləyim.
(Həmçinin baxın: Məz. 25:2.)