Nəğmə 22
Yehova mənim Çobanımdır
1. Rəbb Yehova Çobanımdır.
Nədən qorxmalıyam ki?
Qoyunların qeydini çəkir,
Unutmaz heç birini.
Sakit sular kənarında
Mənə təravət verir.
Öz müqəddəs adı naminə
Doğru yolu göstərir.
Öz müqəddəs adı naminə
Doğru yolu göstərir.
2. Zülmət dərəsindən keçsəm,
Qorxmaram heç bir şeydən.
Yanımdasan, Böyük Çobanım,
Məni qoruyar əsan.
Sən başıma yağ çəkirsən,
Tam dolub daşır camım.
Səxavətlisən, lütfün çoxdur,
Qoy evində yaşayım.
Səxavətlisən, lütfün çoxdur,
Qoy evində yaşayım.
3. Sevən, müdrik Çobanımsan!
Sənə ucaldıram həmd!
Səmimi insanlara deyim
Sənin nəcib qayğından.
Kəlamından ayrılmaram,
Yolunda qalmaq əzmim.
Şərəfdir hər gün xidmət edib
Qulun olmaq, Allahım.
Şərəfdir hər gün xidmət edib
Qulun olmaq, Allahım.
(Həmçinin baxın: Məz. 28:9; 80:1.)