Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 9/14 s. 3
  • Xidmətdə jw.org saytından istifadə et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidmətdə jw.org saytından istifadə et
  • Müqəddəs ibadətimiz 2014
  • Oxşar material
  • Rəsmi veb-saytımız bizə və başqalarına fayda gətirmək üçün nəzərdə tutulub
    Müqəddəs ibadətimiz 2012
  • Xidmətdə veb-saytımızdan istifadə et. «Müqəddəs Yazılara aid suallara cavab»
    Müqəddəs ibadətimiz 2014
  • Həyati vacib suallara kim cavab verə bilər?
    Həyati vacib suallara kim cavab verə bilər?
  • Kömək tapa bilərsiniz
    Oyanın! 2020
Əlavə
Müqəddəs ibadətimiz 2014
km 9/14 s. 3

Xidmətdə jw.org saytından istifadə et

Saytımız xoş xəbəri «yerin ucqarlarınadək» çatdırmaqda əlimizdən tutan gözəl vasitədir (Həv. iş. 1:8). İnsanların əksəriyyətinin jw.org saytından xəbəri yoxdur. Təbliğçi məlumat verdikdən sonra onlar bilirlər ki, belə bir sayt var.

Bir səyyar nəzarətçi «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» videosunu saytdan telefonuna yükləyib və fürsət düşəndə başqalarına göstərir. Məsələn, o, evdən-evə xidmətə gedəndə belə deyir: «Mən insanlarla qısaca söhbət edib üç vacib suala cavab tapmağa kömək edirəm. Dünya nə üçün bu vəziyyətə düşüb? Allah bunları necə dəyişəcək? Və bugünkü çətinliklərin öhdəsindən necə gələ bilərik? Bu qısa videoda bu suallar qaldırılır». Sonra qardaş videonu göstərir və həmsöhbətinin reaksiyasına baxır. Həqiqətən də, video o qədər maraqlıdır ki, insanlar o bitənə kimi gözlərini ondan çəkə bilmirlər. Səyyar nəzarətçi əlavə edir: «Gördüyünüz kimi siz sayt vasitəsilə Müqəddəs Kitab öyrənməsini xahiş edə bilərsiniz. Elə gəlmişkən sizə qısaca olaraq Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini göstərə bilərəm». Ev sakini razılaşanda, qardaş «İlahi müjdə» broşürası vasitəsilə bunu göstərir. Yox əgər sakinin vaxtı yoxdursa, o, bunu gələn dəfə göstərmək üçün vaxt təyin edir. Həmçinin o, kofe içmək üçün hansısa kafedə əyləşəndə yaxında oturan insanla mehribancasına bir-iki kəlmə kəsəndən sonra bu üsulla təbliğ edir. Bəs sən xidmətdə jw.org saytından istifadə edirsən?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş