Nəğmə 25
Əsil şagirdlik
1. Yehova bir qanun buyurdu,
Adlanır o «şah qanunu».
Yaxınlarımızı sevərək,
Bu qanunu icra edək.
Ağamız məhəbbət göstərdi,
Canını fidyəmiz etdi.
Qoy belə nadir sevgi bəsləyək,
Məsihçiyik, sübut edək.
2. Əsil məhəbbət tükənməzdir,
Zəiflərə dəstək verir.
O, müqəddəs borcdur bizlərə,
Təşviq eyləyir xidmətə.
Nə gözəldir bizim qardaşlıq!
Xoşbəxt edir belə birlik.
Sevgidir ən üstün yol, bilirik.
Budur həqiqi şagirdlik.
(Həmçinin baxın: Rom. 13:8; 1 Kor. 13:8; Yaq. 2:8; 1 Yəh. 4:10, 11.)