Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 35
  • Yehova xalqına qanunlar verir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova xalqına qanunlar verir
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • İsraillilər Yehovaya söz verir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Yehovanın yollarını öyrənirik
    Gözətçi qülləsi 2005
  • Yanan kol
    Müqəddəs Kitab hekayələri
  • Yanar kol
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 35
Musa Sina dağında Allahdan qanunlar alır

Hekayə 35

Yehova xalqına qanunlar verir

İSRAİLLİLƏR Misiri tərk edəndən təxminən iki ay sonra Sina dağına gəlirlər. Bu dağ həm də Xorev adlanır. Yehova yanan kolun içindən Musa ilə məhz bu dağda danışmışdı. İsraillilər düşərgə salıb, bir müddət burada qalırlar.

Musa dağa qalxır, bu zaman xalq aşağıda qalıb onu gözləyir. Yehova Allah istəyir ki, israillilər Onun xalqı olub, Ona itaət etsinlər. Allah bu istəyini dağda Musaya bildirir. Musa qayıdanda Yehovanın dediklərini xalqa çatdırır. İsraillilər də Yehovanın xalqı olmaq istədikləri üçün, bir ağızdan Ona itaət etməyə hazır olduqlarını bildirirlər.

İndi Yehova qeyri-adi bir şey edir. Dağın başı tüstülənir və göydə güclü şimşək çaxır. O, xalqa deyir: ‘Mən sizi Misirdən çıxaran Allahınız Yehovayam’. Sonra əmr edir: ‘Siz məndən başqa heç bir allaha ibadət etməməlisiniz’.

Allah israillilərə daha doqquz əmr və ya qanun verir. Xalq vahiməyə düşür. Onlar Musaya deyirlər: ‘Bizimlə sən danış, çünki Allah bizimlə danışsa, qorxuruq ölərik’.

Daha sonra Yehova Musaya deyir: ‘Dağa, yanıma qalx. Sənə iki daş lövhə verəcəyəm. İstəyirəm ki, xalqım burada yazdığım qanunlara riayət etsin’. Beləliklə, Musa yenidən dağa qalxır və qırx gün qırx gecə orada qalır.

Allah, xalqına dediyi 10 əmri Öz əli ilə daş lövhələrin üzərinə yazıb Musaya verir. Bundan başqa, xalqına digər qanunlar da verir. Musa bu qanunları yazır.

On əmr adlanan qanunlar çox vacibdir. Amma Allahın israillilərə verdiyi digər qanunlar da az əhəmiyyətli deyil. Bu qanunlardan biri belə səslənir: ‘Allahın Yehovanı bütün ürəyinlə, bütün düşüncənlə, bütün canınla və bütün qüvvənlə sev’. Digəri isə belədir: ‘İnsanları özün kimi sev’. Allahın Oğlu İsa Məsih demişdir ki, bu iki qanun Allahın Öz xalqına verdiyi ən böyük qanundur. Daha sonra Allahın Oğlu və onun təlimləri haqqında ətraflı öyrənəcəyik.

Çıxış 19:1-25; 20:1-21; 24:12-18; 31:18; Qanunun təkrarı 6:4-6; Levililər 19:18; Matta 22:36-40.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş