Nəğmə 11
Yehovanın ürəyini sevindirək
1. Ey Yehova, edirik vəd,
Hikmətlə işini görək.
Müdrik davranıb, bilirik,
Biz qəlbini şad edirik.
2. Sadiq qulun yorulmadan
Şöhrətini edir elan.
Qidanı vaxtında verir,
İmanda möhkəmləndirir.
3. Doğru yolla getmək üçün
Bizimlə böl ruhun gücün.
Şərəfinə bəhrə verək,
Ürəyini sevindirək.
(Həmçinin baxın: Mat. 24:45-47; Luka 11:13; 22:42.)