Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Spirtli içkiyə Allahın münasibəti necədir?
    Gözətçi qülləsi 2010 | 1 yanvar
    • Spirtli içkiyə Allahın münasibəti necədir?

      BİZİM yaxşılığımızı istəyən Yaradanımız spirtli içkilərdən qədərində içməyi qadağan etmira. Əksinə, O, insanlara «ürəkləri xoşhal edən şərabı, üzləri güldürən zeytun yağını, taqət verən çörəyi» verib (Məzmur 104:15). Bir dəfə İsa Məsih toy məclisinin şən keçməsi üçün suyu ‘yaxşı şəraba’ çevirmişdi (Yəhya 2:3—10).

      Məntiqəuyğundur ki, Yaradan spirtli içkilərin insan orqanizminə, ələlxüsus, beyinə necə təsir göstərdiyini yaxşı bilir. Səmavi Atamız Müqəddəs Kitabın ayələri ilə ‘bizim xeyrimizə bizi öyrədir’ və O, bizi spirtli içkilərdən sui-istifadə etməkdən qəti surətdə çəkindirir (Yeşaya 48:17). Aydın şəkildə ifadə olunan bu xəbərdarlıqlara diqqət yetirin:

      «Şərabla sərxoş olmayın, səfahətə səbəb odur» (Efeslilərə 5:18). «Sərxoşlar... Allahın Səltənətini miras almayacaqlar» (1 Korinflilərə 6:9—11). Allahın Kəlamı ‘sərxoşluğu, eyş-işrətləri və buna bənzər şeyləri’ mühakimə edir (Qalatiyalılara 5:19—21).

      Gəlin indi həddən artıq spirtli içki içməyin bəzi təhlükələrini nəzərdən keçirək.

      Çox içməyin vurduğu zərərlər

      Spirtli içkilərin bir az faydası olsa da, onun tərkibində bədənin, eləcə də, beynin funksiyasını dəyişən zərərli və güclü maddələr var. İçmək məsələsində qədəri aşmaq aşağıdakı problemlərə səbəb ola bilər:

      Çox içmək içənin düşünmə qabiliyyətini zəiflədir, nəticədə onun ‘gözlərinə qəribə şeylər görünür’ (Süleymanın məsəlləri 23:33). Ötən məqalədə adı çəkilən içki düşkünü olmuş Alan izah edir: «Alkoqolizm təkcə orqanizmin yox, həm də düşüncənin, davranışın xəstəliyidir. İnsan başqalarına vurduğu zərər haqqında qətiyyən düşünmür».

      Həddən artıq çox içəndə həm də insan özünü idarə edə bilmir. Müqəddəs Yazılar xəbərdarlıq edir: «Köhnə şərabla yeni şərab ağılı alır» (Huşə 4:11, KM). Hansı mənada? Adətən boğduğumuz fikirlər və arzular alkoqolun təsiri altında adi, hətta cəlbedici görünə bilər. Düzgün olanı etmək qətiyyətimiz zəifləyər. Alkoqol bizim əxlaqi müvazinətimizi sarsıdaraq, ruhani fəlakətə gətirib çıxara bilər.

      Məsələn, Con arvadı ilə mübahisə edib, hirsli-hirsli bara getdi. Bir qadın ona yaxınlaşanda o, artıq içkili vəziyyətdə idi. Bir az da içəndən sonra Con onunla getdi və zina etdi. Sonra Con ayıq başla heç vaxt etməyəcəyi bu hərəkətinə görə çox peşman oldu.

      İnsan həddindən artıq çox içəndə dilinə və hərəkətlərinə nəzarət edə bilmir. «Kimin münaqişəsi var?.. Kim boş yerə yaralandı?» — deyə Müqəddəs Kitab soruşur. «Şərab içməyə oturub qalxmayan» (Süleymanın məsəlləri 23:29, 30). Çox içəndən sonra adam ‘özünü dənizin ortasında sanır, sanki gəmi dirəyinin başında yatıb’ (Süleymanın məsəlləri 23:34). İfrat dərəcədə çox içən adamı ‘döysələr də, heç bilməz’ (Süleymanın məsəlləri 23:35).

      Həddən artıq içmək sağlamlığa zərər yetirə bilər. «[Spirtli içki] axırda ilan kimi sancar, əfi ilan kimi zəhərlər» (Süleymanın məsəlləri 23:32). Tibb elmi bu qədim məsəlin müdrik olduğunu təsdiq edir. Böyük miqdarda alkoqol müxtəlif xərçəng xəstəliklərinə, hepatit, qaraciyər serozuna, mədəaltı vəzin funksiyasının pozulmasına, şəkər xəstələrində qanda şəkərin miqdarının azalmasına, sərxoş mayalanma sindromuna, ürək çatışmazlığına və ya infarkta və bir çox başqa xəstəliklərə gətirib çıxara bilən öldürücü zəhərdir. Hətta bir dəfəyə həddindən artıq çox içmək insanı komaya sala və ya ölümlə nəticələnə bilər. Lakin tibb kitablarında çox içməyin ən böyük zərəri barədə yazılmır.

      Ən böyük təhlükə. Hətta insan içkidən sərxoş olmasa belə, bu məsələdə tarazlığı qorumamaq ruhani cəhətdən təhlükəlidir. Müqəddəs Kitabda açıq-aydın deyilir: «Vay halına səhər erkən qalxıb içki ardınca düşənlərin, gecə yarısınadək şərab içib keflənənlərin!» Nə üçün? Yeşaya bu məsələdə tarazlı olmamağın ruhani cəhətdən nə ilə nəticələndiyini belə izah edir: «Onlar Rəbbin gördüyü işlərə diqqət etməzlər, əməllərinə baxmazlar!» (Yeşaya 5:11, 12).

      Allahın Kəlamı bizə ‘şəraba düşkün əyyaşlara qoşulmamağı’ məsləhət görür (Süleymanın məsəlləri 23:20). Yaşlı qadınlara ‘şərab düşkünü olmamaq’ haqqında xəbərdarlıq edilir (Titusa 2:3). Nəyə görə? Çünki insanlar tədricən, çox vaxt özləri də hiss etmədən, spirtli içkinin miqdarını artırmağa başlayırlar. Nəticədə, içən: «Yenə içmək üçün nə zaman ayılacağam?» — deyə bilər (Süleymanın məsəlləri 23:35). İçən adamlar ötən gecəki içkidən özlərinə gəlmək üçün yenə içmək istəyəndə təhlükəli həddi keçmiş olurlar.

      Müqəddəs Kitab xəbərdarlıq edir ki, «sərxoşluqla, işrət aləmləri ilə, içki məclisləri ilə» gününü keçirənlər «diriləri və ölüləri mühakimə etməyə hazır Olana cavab verəcəklər» (1 Peter 4:3, 5). Həmçinin yaşadığımız çətin zamanə ilə bağlı İsa Məsih xəbərdarlıq etmişdi: «Diqqətli olun ki, ürəkləriniz qarınqululuq və sərxoşluqla, bu həyatın qayğıları ilə ağırlaşmasın və o Gün [Yehovanın günü] sizi qəflətən yaxalamasın» (Luka 21:34, 35).

      İçki düşkünü olanlar ‘ürəklərinin sərxoşluqla ağırlaşmaması’ üçün nə edə bilərlər?

      [Haşiyə]

      a Bu məqalədə spirtli içki deyildikdə pivə, şərab və digər spirtli içkilər nəzərdə tutulur.

      [4 və 5-ci səhifələrdəki şəkillər]

      Spirtli içkilərdən sui-istifadə bir çox problemlərə gətirib çıxara bilər

  • Spirtli içkiyə düzgün münasibət
    Gözətçi qülləsi 2010 | 1 yanvar
    • Spirtli içkiyə düzgün münasibət

      BİRİNCİ məqalədə adı çəkilən Toni içki ilə problemi olduğunu qəbul etsəydi, həyatı tamam başqa cür olardı. Çox içməyin görünən heç bir nəticəsi olmadığından ona elə gəlirdi ki, hər şey nəzarət altındadır. Nə üçün o, içki məsələsində bu qədər yanılırdı?

      Çox içməkdən onun düşünmə qabiliyyəti kütləşmişdi. Toni bunu dərk etsə də, etməsə də, fiziki, əqli və emosional vəziyyətini idarə edən əsas orqanınnın, beyninin funksiyası artıq pozulmuşdu. Nə qədər çox içirdisə, beynin vəziyyəti düzgün qiymətləndirmək qabiliyyəti bir o qədər də zəifləyirdi.

      Toninin öz vəziyyətinə yanlış qiymət verməsinin digər səbəbi isə onun içkidən əl çəkmək istəməməsi idi. Əvvəlki məqalələrdə adı çəkilən Alan içki ilə problemi olduğunu əvvəlcə qəbul etmirdi. O etiraf edir: «İçdiyimi gizlədir və elə də çox içmədiyimi deyərək özümə bəraət qazandırırdım. Məqsədim o idi ki, nə olursa-olsun bircə içim. Ətrafdakılar Toninin və Alanın içkinin qulu olduqlarını gördüyü halda, onlar hər şeyin öz qaydasında olduğunu düşünürdülər. Hər ikisi də içki məsələsində nəzarəti ələ almaq üçün bir tədbir görməli idi. Bəs hansı tədbiri?

      Tədbir görün!

      Çox içməyi tərgidən bir çoxları İsanın bu sözlərinə əsasən hərəkət etmişlər: «Əgər sağ gözün səni pis yola çəksə onu çıxar və özündən xaric et; çünki sənin üçün üzvlərindən birinin yox olması, bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır» (Matta 5:29).

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş