Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/1 s. 6—10
  • Spirtli içkiyə düzgün münasibət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Spirtli içkiyə düzgün münasibət
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Tədbir görün!
  • Köməyi haradan almaq olar?
  • Vərdişdən necə yaxa qurtarmalı?
  • Allahın dediklərinə qulaq asmağın faydaları
  • Yehovanın spirtli içkiyə baxışını mənimsəyin
    Gözətçi qülləsi 2023
  • Spirtli içkilər. Həddi necə gözləməli?
    Əlavə mövzular
  • Məsihilərin spirtli içkiyə münasibəti
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • İçki içmək məsələsində tarazlığı qoru
    Gözətçi qülləsi 2005
Əlavə
Gözətçi qülləsi 2010
w10 1/1 s. 6—10

Spirtli içkiyə düzgün münasibət

BİRİNCİ məqalədə adı çəkilən Toni içki ilə problemi olduğunu qəbul etsəydi, həyatı tamam başqa cür olardı. Çox içməyin görünən heç bir nəticəsi olmadığından ona elə gəlirdi ki, hər şey nəzarət altındadır. Nə üçün o, içki məsələsində bu qədər yanılırdı?

Çox içməkdən onun düşünmə qabiliyyəti kütləşmişdi. Toni bunu dərk etsə də, etməsə də, fiziki, əqli və emosional vəziyyətini idarə edən əsas orqanınnın, beyninin funksiyası artıq pozulmuşdu. Nə qədər çox içirdisə, beynin vəziyyəti düzgün qiymətləndirmək qabiliyyəti bir o qədər də zəifləyirdi.

Toninin öz vəziyyətinə yanlış qiymət verməsinin digər səbəbi isə onun içkidən əl çəkmək istəməməsi idi. Əvvəlki məqalələrdə adı çəkilən Alan içki ilə problemi olduğunu əvvəlcə qəbul etmirdi. O etiraf edir: «İçdiyimi gizlədir və elə də çox içmədiyimi deyərək özümə bəraət qazandırırdım. Məqsədim o idi ki, nə olursa-olsun bircə içim. Ətrafdakılar Toninin və Alanın içkinin qulu olduqlarını gördüyü halda, onlar hər şeyin öz qaydasında olduğunu düşünürdülər. Hər ikisi də içki məsələsində nəzarəti ələ almaq üçün bir tədbir görməli idi. Bəs hansı tədbiri?

Tədbir görün!

Çox içməyi tərgidən bir çoxları İsanın bu sözlərinə əsasən hərəkət etmişlər: «Əgər sağ gözün səni pis yola çəksə onu çıxar və özündən xaric et; çünki sənin üçün üzvlərindən birinin yox olması, bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır» (Matta 5:29).

Sözsüz ki, İsa burada insanın özünü şikəst etməsindən bəhs etmirdi. Əksinə, o, məcazi dildə vurğulamışdı ki, bizə ruhani cəhətdən ziyan vuran hər şeyi həyatımızdan çıxarıb atmalıyıq. Düzdür, bu bizə ağrı verə bilər. Ancaq belə etməklə biz içkidən sui-istifadə etməyin nəticəsində yaranan fikirlərin və vəziyyətlərin qarşısını alacağıq. Əgər başqaları sizə çox içdiyinizi söyləyirsə, vəziyyəti ələ almaq üçün lazımi addımlar atına. İçməyinizi nəzarətdə saxlaya bilmirsinizsə, içkini həyatınızdan tamamilə silib atın. Bu, nə qədər ağrı versə də, həyatı puç etməkdən yaxşıdır.

Ola bilər, siz içki düşkünü deyilsiniz, bəs çox içməyə meyillisinizmi? Əgər belədirsə, içkiyə düzgün münasibəti qorumaq üçün hansı lazımi addımları ata bilərsiniz?

Köməyi haradan almaq olar?

1. Müntəzəm, ürəkdən dua etməyin köməyi dəyəcəyinə inanın. Müqəddəs Kitab Yehova Allahı razı salmaq istəyən hər kəsə bunu məsləhət görür: «Heç nəyin qeydinə qalmayın, amma hər şeydə, dua və niyaz edərək, öz xahişlərinizi Allaha şükranla bildirin. Və Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərinizi və düşüncələrinizi qoruyacaqdır» (Filipililərə 4:6, 7). Bu cür qəlb rahatlığı tapmaq üçün siz nə haqda dua edə bilərsiniz?

İçki məsələsində probleminizin olduğunu və bunun məsuliyyətinin sizin üzərinizə düşdüyünü vicdanla qəbul edin. Allaha bunun öhdəsindən gəlmək üçün nə etmək istədiyinizi söyləyin. O, rahatlıq tapmaq və daha ciddi problemdən qaçmaq üçün göstərdiyiniz səylərə xeyir-dua verəcək. «Günahlarını ört-basdır edən uğur qazanmaz, onu etiraf edərək tərk edən mərhəmət tapar» (Süleymanın məsəlləri 28:13). Həmçinin İsa belə dua edə biləcəyimizi də demişdi: «Bizi imtahana çəkmə, lakin bizi şərdən xilas et» (Matta 6:13). Bəs onda bu cür dualara müvafiq davranmaq üçün nə edə və yalvarışlarınıza haradan cavab tapa bilərsiniz?

2. Allahın Kəlamından güc əldə edin. ‘Allahın kəlamı canlı və təsirlidir; o, ürəyin düşüncə və niyyətlərini ayırd edir’ (İbranilərə 4:12). Əvvəllər içki düşkünü olanların çoxuna Müqəddəs Kitabı hər gün oxumağın və üzərində düşünməyin köməyi dəymişdir. Ürəyində Allah qorxusu olan məzmurçu yazmışdı: «Pislərin məsləhəti ilə getməyən... insan nə bəxtiyardır! O ancaq Rəbbin qanunundan zövq alar, gecə-gündüz bu təlimatı dərin düşünər... etdiyi hər işdə uğur qazanar» (Məzmur 1:1—3).

Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməklə çox içməyin daşını atan Alan deyir: «Mən əminəm ki, Müqəddəs Kitab və onun içməyi tərgitməyimə kömək edən prinsipləri olmasaydı, mən çoxdan ölmüşdüm».

3. Özünüzə hakim olun. Müqəddəs Kitab xəbər verir ki, məsihçi yığıncağının əvvəllər əyyaşlıq edən bir çox üzvü «Allahımızın Ruhu ilə» təmizləndilər (1 Korinflilərə 6:9—11). Necə? Birincisi, özünə hakim olmaq xüsusiyyətini inkişaf etdirməklə onlar içki düşkünlüyündən və içki məclislərindən imtina etmişlər. Bu xüsusiyyəti onlar Allahın müqəddəs ruhunun sayəsində yetişdirmişlər. «Şərabla sərxoş olmayın, səfahətə səbəb odur; lakin Ruhla dolu olun» (Efeslilərə 5:18; Qalatiyalılara 5:21—23). İsa Məsih vəd etmişdi: ‘Səmavi Atanız Ondan diləyənlərə Müqəddəs Ruhu verər’. Buna görə də «diləyin, sizə veriləcək» (Luka 11:9, 13).

Yehovaya məqbul tərzdə ibadət etmək istəyənlər Müqəddəs Kitabı oxuyub öyrənməklə, həmçinin tez-tez və ürəkdən dua etməklə özlərinə hakim ola bilərlər. Ruhdan düşmək əvəzinə, Allahın Kəlamındakı vədə etibar edin: «Ruh üçün əkən... Ruhdan əbədi həyat biçəcəkdir. Yaxşılıq edərkən ruhdan düşməyək; çünki əgər zəif düşməsək, vaxtında biçərik» (Qalatiyalılara 6:8, 9).

4. Sizə müsbət təsir edənlərlə oturub-durun. «Hikmətli ilə oturub-duran hikmət qazanar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Süleymanın məsəlləri 13:20). İçkini nəzarətdə saxlamağa qəti qərarlı olduğunuzu dostlarınıza bildirin. Allahın Kəlamı xəbərdarlıq edir ki, ‘işrət aləmlərindən, içki məclislərindən’ imtina edəndə köhnə yoldaşlarınız ‘təəccüblənib sizi söyəcəklər’ (1 Peter 4:3, 4). Sizi qədərində içmək qərarınızdan daşındırmağa çalışanlarla münasibətləri dayandırmağa tərəddüd etməyin.

5. Konkret hədd qoyun. «Bu zəmanəyə uyğunlaşmayın, ancaq Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk etmək üçün ağlınızın yenilənməsi ilə kökündən dəyişin» (Romalılara 12:2). Əgər nə qədər içəcəyinizi yoldaşlarınızın, yaxud ‘bu zəmanənin’ yox, Allahın Kəlamındakı prinsiplərin müəyyənləşdirməsinə yol versəniz, Allaha məqbul həyat tərzi sürəcəksiniz. Bəs sizin üçün hansı həddin təhlükəsiz olduğunu necə müəyyənləşdirə bilərsiniz?

Düşünmə qabiliyyətinizi zəiflədən və dərrakənizi kütləşdirən istənilən miqdar artıq sizin üçün çoxdur. Deməli, içmək qərarına gəldikdə sərxoşluğa yaxın həddi seçmək müdriklik olmazdı. Yol verməyin ki, hələ az içdiyinizi düşünüb müəyyənləşdirdiyiniz həddi aşasınız. Konkret, təhlükəsiz hədd qoyun və qədərində, yəni həddini aşmayaraq için.

6. «Yox»,— deməyi öyrənin. «Ancaq sözünüz: “Bəli, Bəli”, “Xeyr, Xeyr” olsun; bundan artığı şeytandandır» (Matta 5:37). İstənilən qəti, amma yanlış təklifdən nəzakətlə imtina etməyi öyrənin. «Qoy sözünüz həmişə nəvazişli olsun və ona duz qatılmış kimi olsun ki, siz hər adama necə cavab vermək lazım olduğunu biləsiniz» (Koloslulara 4:6).

7. Kömək axtarın. Qərarınızı dəstəkləyə və ruhani kömək göstərə bilən dostlarınızdan yardım istəyin. «İki adam bir adamdan yaxşıdır, çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar. Əgər biri yıxılsa, o biri yoldaşını qaldırar» (Vaiz 4:9, 10; Yaqub 5:14, 16). Həmçinin ABŞ-ın «Alkoqolizm və alkoqoldan sui-istifadəyə dair Milli İnstitut»u da buna bənzər məsləhətlər verir: «İçkini azaltmaq hərdən çətin ola bilər. Ailənizdən və dostlarınızdan məqsədinizə çatmaq üçün sizə kömək etmələrini xahiş edin».

8. Qərarınızın üstündə möhkəm durun. «Allah kəlamını yalnız eşitməklə kifayətlənib, özünüzü aldatmayın; bu kəlamın icraçısı da olun. Lakin kim kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalarsa və unutqan dinləyici deyil, icraedicidirsə, öz əməlində xoşbəxt olacaqdır» (Yaqub 1:22, 25).

Vərdişdən necə yaxa qurtarmalı?

Demək olmaz ki, həddən artıq içənlərin hamısı nəticədə əyyaş olur. Lakin bəziləri o qədər çox və ya tez-tez içirlər ki, onlarda içkidən asılılıq yaranır. İçkiyə aludə olmağın nəticəsində insanda onun tərkibindəki güclü maddədən fiziki və psixoloji asılılıq yaranır. Belə problemi olan insanlardan içkini atmaq üçün iradəli olmaqdan və ruhani köməkdən daha çox şey tələb olunur. Alan xatırlayır: «İçkini tərgitməyə başlayanda dözülməz ağrılar keçirirdim. Ruhani köməkdən əlavə tibbi müdaxiləyə də ehtiyac duyduğumu başa düşəndə bunun üçün tədbir gördüm».

İçkidən asılı olan bir çoxları bu vərdişdən yaxa qurtarmaq və spirtli içkilərdən sui-istifadə etməmək üçün apardıqları ruhani mübarizəni gücləndirsinlər deyə, tibbi müalicəyə ehtiyac duyurlarb. Bir çoxları kəskin tərgitmə sindromunun öhdəsindən gəlmək üçün xəstəxanada yatmağa və ya içki içməyə güclü istək olanda onu azaltmaq və tarazlığı qorumaq üçün dava-dərmana ehtiyac duya bilərlər. Allahın möcüzələr edən Oğlu qeyd etmişdi: «Sağlamlar deyil, xəstələr həkimə möhtacdırlar» (Mark 2:17).

Allahın dediklərinə qulaq asmağın faydaları

Müqəddəs Kitabın içkiyə dair verdiyi müdrik məsləhətlər bizim üçün ən yaxşı şeyləri arzulayan, yalnız indiki yox, həm də əbədi rifahımızı düşünən həqiqi Allahdan gəlir. İçkini atandan iyirmi dörd il sonra Alan yadına salır: «Dəyişə biləcəyimi və Yehovanın özümü düzəltmək üçün mənə kömək etmək istədiyini öyrənmək olduqca xoş idi. Onun...» Alan susur və ötən illəri yadına salıb özünü saxlayır ki, ağlamasın. «Hm... Yehovanın məni başa düşdüyünü və qeydimə qaldığını, həmçinin dadıma çatdığını bilmək məni valeh edirdi».

Buna görə də, əgər siz içkidən sui-istifadə edir və ya ondan asılısınızsa, təslim olmağa və ümidsizliyə qapılmağa tələsməyin. Alan və bir çoxları sizin hal-hazırda oldluğunuz vəziyyətə düşmüşdülər və indi onlardan bəziləri içkini azaldıb, digərləri isə tamamilə atıblar. Onlar peşman deyillər, siz də heç vaxt olmayacaqsınız.

Qədərində, yaxud heç içməmək qərarına gəlməyinizdən asılı olmayaraq, Allahın məhəbbətlə etdiyi çağırışa diqqət yetirin: «Ah, kaş ki sən Mənim əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın heç vaxt qurumayan çay kimi axardı, salehliyin dəniz dalğaları kimi olardı» (Yeşaya 48:18).

[Haşiyələr]

a 8-ci səhifədəki «İçki məsələsində ifrata varırsınızmı?» adlı çərçivəyə baxın.

b Kömək təqdim edən bir çox tibb mərkəzləri, xəstəxanalar və müalicə üsulları mövcuddur. «Gözətçi Qülləsi» konkret müalicə üsulunu tövsiyə etmir. Hər kəs müalicə üsulunu özü diqqətlə araşdırmalı və Müqəddəs Kitab prinsiplərinə zidd getməyən şəxsi qərar qəbul etməlidir.

[8-ci səhifədəki çərçivə/şəkil]

İçki məsələsində ifrata varırsınızmı?

Özünüzdən soruşa bilərsiniz:

• Həmişəkindən çoxmu içirəm?

• İndi daha tez-tezmi içirəm?

• Daha sərt içkilərdənmi istifadə edirəm?

• Stressi atmaq, yaxud problemdən qaçmaq üçünmü içirəm?

• Dostum və ya ailə üzvlərim mənə çox içdiyimi söyləyirlərmi?

• İçməyim mənə evdə, işdə və ya istirahət edəndə problem yaradırmı?

• Bir həftə içkisiz keçinmək mənə çətindirmi?

• Başqaları içmək təklifimi rədd edəndə özümü birtəhər hiss edirəmmi?

• Nə qədər içdiyimi başqalarından gizlədirəmmi?

Əgər bu suallardan birinə, yaxud bir neçəsinə «hə» cavabı verdinizsə, o zaman sizə içki məsələsində özünüzə nəzarət etmək üçün qəti addımlar atmaq lazımdır.

[9-cu səhifədəki çərçivə/şəkil]

İçki məsələsində müdrik qərar verin

İçməzdən əvvəl özünüzdən soruşun:

• İçməyim düzgün olardı, yoxsa özümə hakim olmağım?

Məsləhət: Hədd bilməyən adam yaxşı olardı ki, ümumiyyətlə içməsin.

• Nə qədər içməli?

Məsləhət: Nə qədər içəcəyinizi alkoqol dərrakənizi kütləşdirməzdən əvvəl müəyyənləşdirin.

• Nə vaxt içməli?

Məsləhət: Maşın sürməzdən, zehni işə başlamazdan, yaxud ruhani işlərlə məşğul olmazdan əvvəl, hamiləlik dövründə və dərman qəbul edən vaxt spirtli içki içmək məsləhət görülmür.

• Harada içməli?

Məsləhət: Sağlam şəraitdə için. Xəlvətdə, içki ilə bağlı problemləri olan insanların yanında içməyin.

• Kiminlə içməli?

Məsləhət: Sizə müsbət təsir edən və içki ilə bağlı problemi olmayan dostunuz və ya ailə üzvlərinizlə için.

[10-cu səhifədəki çərçivə/şəkil]

Allahın Kəlamı keçmiş əyyaşa kömək etdi

Tailandda yaşayan Supot əvvəllər əyyaş olub. Əvvəl-əvvəl o, yalnız axşamlar içirdi. Vaxt keçdikcə səhərlər və sonra hətta nahar vaxtı da içməyə başladı. Çox vaxt o, sadəcə sərxoş olmaq üçün içirdi. Lakin sonra Supot Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. Öyrənəndə ki, əyyaşlıq Yehova Allaha məqbul deyil o, bunun daşını atdı. Lakin bir müddət sonra köhnə adətinə qayıtdı. Supotun ailəsi bundan əziyyət çəkirdi.

Lakin Supot hələ də Yehovanı sevir və Ona məqbul tərzdə xidmət etmək istəyirdi. Dostları ona kömək edir və ailəsini onunla daha çox vaxt keçirməyə təşviq edirdilər. Habelə, bu işdə ruhdan düşməsinlər deyə, onlara ürək-dirək verirdilər. Elə bu arada, Supota 1 Korinflilərə 6:10 ayəsində aydın yazılmış ‘sərxoşlar Allahın Səltənətini miras almayacaqlar’ xəbərdarlığı vəziyyətinin ciddi olduğunu anlamağa kömək etdi. O dərk etdi ki, içki düşkünlüyünə qalib gəlmək üçün ona ciddi səy göstərmək lazımdır.

Bu dəfə Supot içkidən tamamilə imtina etmək qərarına gəldi. Nəhayət Allahın müqəddəs ruhunun, Müqəddəs Kitabdakı rəhbərliyin, ailəsinin və yığıncaq üzvlərinin köməyilə o, ruhani qüvvə əldə etdi və içkidən yaxa qurtara bildi. Supot Allaha həsr olunduğunun əlaməti olaraq vəftiz olunanda ailəsinin sevinci aşıb-daşırdı. İndi Supot həmişə arzusunda olduğu Allahla yaxın münasibətdən sevinc duyur və vaxtını başqalarına ruhani cəhətdən kömək etmək üçün sərf edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş