Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 79
  • Daniel şirlər quyusunda

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Daniel şirlər quyusunda
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Dənyal şirlər quyusunda
    Müqəddəs Kitab dünyasına səyahət
  • «Daniel» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2007
  • Müqəddəs Yazıların kitabı nömrə 27 Daniel
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • Dənyal peyğəmbərin nümunəsini izləyin
    Gözətçi qülləsi 2023
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 79
Daniel şirlər quyusunda

Hekayə 79

Daniel şirlər quyusunda

VAY, VAY! Daniel çətin vəziyyətdədir! Amma şirlər ona dəymir! Bilirsən niyə? Axı Danieli bu şirlərin yanına kim salıb? Gəl öyrənək.

İndi Babilin padşahı Daradır. Daniel yaxşı və müdrik insan olduğuna görə Daranın ondan çox xoşu gəlir. Dara onu öz padşahlığında böyük vəzifəyə təyin edir. Saraydakı əyanların buna paxıllığı tutur və onlar hiylə qururlar.

Bir dəfə əyanlar Daranın yanına gəlib deyirlər: ‘Ey padşah, biz belə qərara gəldik ki, sən bir fərman çıxarasan: 30 gün ərzində heç kim səndən başqa bir allaha, yaxud insana dua etməməlidir. Bu fərmana əməl etməyən adam şirlər olan quyuya atılmalıdır’. Dara onların nə üçün belə bir təklif irəli sürdüklərini bilmir. Amma bunun yaxşı fikir olduğu ilə razılaşır. Artıq bu fərmanı dəyişmək olmazdı.

Daniel bu fərmandan xəbər tutan kimi, evinə gedib adəti üzrə dua edir. Pis adamlar bilirlər ki, Daniel Yehovaya dua etməyi dayandıran deyil. Bunun üçün də ondan yaxa qurtarmaq planının baş tutduğunu görəndə çox sevinirlər.

Dara padşah həmin adamların çirkin məqsədlərini anlayanda çox kədərlənir. Amma fərmanı dəyişmək mümkün olmadığı üçün əmr edir ki, Danieli şirlər quyusuna atsınlar. Padşah Danielə deyir: ‘Ümid edirəm ki, ibadət etdiyin Allah səni xilas edəcək’.

Padşah Dara aşağıya, şirlərin quyusuna baxır

Dara o qədər nigarandır ki, gecə gözünə yuxu getmir. Səhər açılmamış şirlər quyusunun başına gəlir. Onu şəkildə görə bilərsən. O ucadan deyir: ‘Ey diri Allahın qulu Daniel! Qulluq etdiyin Allah səni şirlərin əlindən qurtara bildimi?’

Daniel cavab verir: ‘Allah Öz mələyini göndərib şirlərin ağzını bağladı və onlar mənə toxunmadı’.

Padşah çox sevinir və əmr edir ki, Danieli quyudan çıxarsınlar. Sonra isə Danieldən yaxa qurtarmaq istəyən adamları quyuya atdırır. Şirlər onlara quyunun dibinə düşməyə macal vermir, elə göydəcə qapıb sümüklərini qırırlar.

Dara padşahlığında yaşayan bütün xalqlara yazır: ‘Əmr edirəm ki, hamı Danielin Allahına ehtiram bəsləsin. O, böyük möcüzələr göstərir. Danieli də şirlərin pəncəsindən qurtardı’.

Daniel 6:1-28.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş