Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 1/7 s. 22—23
  • Ölənlər üçün ümid varmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ölənlər üçün ümid varmı?
  • Gözətçi qülləsi 2011
  • Oxşar material
  • Ölülər üçün ümid
    İlahi müjdə
  • Ölən əzizlərimizlə nə baş verir?
    Əbədi həyata aparan bilik
  • Ölən əzizlərimiz üçün həqiqi ümid
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Ölülər diriləcək!
    Müqəddəs Kitab təlimləri
Əlavə
Gözətçi qülləsi 2011
w11 1/7 s. 22—23

Allahın Kəlamından Nə Öyrənirik?

Ölənlər üçün ümid varmı?

Bu məqalə sizi maraqlandıran suallara toxunur və onların cavabını Müqəddəs Kitabınızda tapmağa kömək edir. Yehovanın Şahidləri sizinlə bu sualları məmnuniyyətlə müzakirə edəcəklər.

1. Ölənlər üçün hansı ümid var?

İsa Məsih Yerusəlimin yaxınlığındakı Betaniyaya gələndə dostu Lazar artıq dörd gün idi ki, ölmüşdü. İsa mərhumun bacıları Marta və Məryəmlə birlikdə cəsədin qoyulduğu sərdabəyə yaxınlaşır. Həmin vaxt böyük bir izdiham da ora toplaşır. İsa Məsih Lazarı dirildəndə Marta ilə Məryəmin sevincini bir anlıq təsəvvür edə bilərsinizmi? (Yəhya 11:20—24, 38—44 ayələrini oxu.)

Marta ölülərin dirilməsinə inanırdı. Yehovanın sadiq xidmətçiləri ta qədimdən bilirdilər ki, gələcəkdə Allah ölənləri yer üzündə yaşamaq üçün yenidən həyata qaytaracaq. (Əyyub 14:14, 15 ayələrini oxu.)

2. Ölülər hansı vəziyyətdədir?

İnsanı və heyvanı yaşadan həyat qüvvəsi və ya ruh olmasına baxmayaraq, biz fiziki bədəndə yaşayan ruhani varlıq deyilik (Vaiz 3:19; Yaradılış 7:21, 22). Biz torpaqdan yaradılmış fiziki varlıqlarıq (Yaradılış 2:7; 3:19). Beyin öldükdə insanın düşüncələri yox olur. Elə buna görə də, Lazar diriləndə ölümdən sonra onunla nə baş verdiyi haqda heç nə demədi. (Məzmur 146:4; Vaiz 9:5, 10 ayələrini oxu.)

Aydındır ki, ölülər əzab çəkmir. Ölümdən sonra Allahın insanlara işgəncə verməsi haqda təlim yalandır. Bu, Allaha böhtan atmaq deməkdir. İnsanlara əzab-əziyyət vermək fikri belə Allah üçün iyrəncdir. (Yeremya 32:35 ayəsini oxu.)

3. Ölülərlə danışmaq mümkündürmü?

Ölülər danışa bilmir (Məzmur 115:17). Lakin pis mələklər insanlarla danışaraq yalandan özlərini ölənin ruhu kimi qələmə verə bilərlər (2 Peter 2:4). Buna görə də, Yehova Allah ölülərə müraciət etməyi qadağan edir. (Qanunun təkrarı 18:10, 11 ayələrini oxu.)

4. Kimlər dirildiləcək?

Tezliklə yer üzündə Cənnət olanda qəbirlərdə olan milyonlarla insanlar həyata qaytarılacaq. Hətta Allahın qanunlarını bilmədikləri üçün pis işlər görən insanlar belə dirildiləcək. (Luka 23:43; Həvarilərin işləri 24:15 ayələrini oxu.)

Dirilən insanların Allah haqqında həqiqəti öyrənmək və İsa Məsihə imanlarını ona itaət edərək göstərmək imkanları olacaq (Vəhy 20:11—13). Həyata qaytarılan və yaxşı işlər görən insanlar yer üzü Cənnətdə əbədi yaşamaq xoşbəxtliyini dadacaqlar. Ancaq dirildilənlərdən bəziləri pis işlər görməyə davam edəcəklər. Belə olan halda onlar dirildilib «hökmə düçar olacaqlar». (Yəhya 5:28, 29 ayələrini oxu.)

5. Dirilmədən Allah haqda nə öyrənirik?

Dirilmə Allahın Öz Oğlunu yer üzünə göndərməsi və onun öz həyatını bizim üçün qurban verməsi sayəsində mümkündür. Buna görə də dirilmə Yehova Allahın məhəbbətinin və mərhəmətinin təzahürüdür. (Yəhya 3:16; Romalılara 6:23 ayələrini oxu.)

Daha çox məlumat əldə etmək üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs kitab əslində nə öyrədir?» kitabının 6-cı və 7-ci fəsillərinə baxın.

[22–ci səhifədəki şəkil]

Adəm torpaqdan yaradılmışdı

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş