Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/8 s. 24—29
  • Durun və Yehovanın qurtuluşunu görün!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Durun və Yehovanın qurtuluşunu görün!
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • Allahın hökumətinə hücum
  • Padşah fəth etmək üçün çıxır
  • Qoqun hücumuna kim rəhbərlik edəcək?
  • Allahın xidmətçiləri nə edəcəklər?
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2015
  • «Mən sənə qarşıyam, ey Yəcuc»
    Pak ibadət dirçəlir!
  • Məcuc ölkəsindən olan Yəcuc tezliklə məhv olacaq
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
  • “Qorxmayın və dəhşətə gəlməyin”
    Gözətçi qülləsi 2003
Gözətçi qülləsi 2003
w03 1/8 s. 24—29

Durun və Yehovanın qurtuluşunu görün!

“Sıraya düzülüb durun, sizinlə bərabər olan Rəbbin qurtuluşunu görün” (2 TARİXLƏR 20:17).

1, 2. Nəyə görə ‘Maqoq diyarından olan Qoqun’ yaxınlaşan hücumu beynəlxalq terrorizm təhlükəsindən daha ciddidir?

TERRORİZMİ bə’ziləri dünya ictimaiyyətınə, hətta bütövlükdə sivilizasiyaya edilən hücum kimi təsvir edirlər. Aydın məsələdir ki, bu cür təhlükəyə e’tinasız yanaşmaq olmaz. Lakin dünya ictimaiyyətinin, demək olar ki, tamamilə e’tinasız yanaşdığı daha ciddi hücum mövcuddur. Bu hansı hücumdur?

2 Bu, Müqəddəs Kitabın “Hezekiel” kitabının 38-ci fəslində bəhs edilən ‘Maqoq diyarından olan Qoqun’ hücumudur. Bu hücumun beynəlxalq terrorizm təhlükəsindən daha ciddi olduğunu söyləmək şişirtmək kimi alınmaz ki? Qətiyyən yox, çünki Qoqun hücumu insan hökumətlərinə hücumdan daha böyük əhəmiyyət kəsb edir. Axı bu hücum Allahın səmavi hökumətinə qarşı yönəlib! Lakin öz ictimai sistemlərini hücumlardan bütünlüklə qoruya bilməyən insanlardan fərqli olaraq, Yaradan Qoqun ən qızğın hücumlarının belə öhdəsindən gəlməyə qadirdir.

Allahın hökumətinə hücum

3. Dünyanın hakimiyyətləri 1914-cü ildən e’tibarən nəyə də’vət olunurlar və onlar buna necə reaksiya göstərirlər?

3 Allahın hal-hazırda hökmranlıq edən Padşahı ilə Şeytanın pis sistemi arasındakı münaqişə Allahın Padşahlığının 1914-cü ildə göydə qurulduğu vaxtdan davam edir. Həmin vaxtdan insan hakimiyyətlərinə Allah tərəfindən seçilmiş Hökmdara tabe olmaq təklifi verilmişdir. Lakin onlar bunu etmək istəmədilər, necə ki, qabaqcadan deyilmişdir: “Dünyanın padşahları qalxır və hökmdarlar Rəbbə qarşı və məsihinə qarşı bir-biri ilə müşavirə edirlər: Onların bağlarını qoparaq və iplərini üzərimizdən ataq, deyirlər” (Məzmur 2:1-3). Allahın Padşahlığına qarşı müqavimətin son həddi, sözsüz ki, Maqoq diyarından olan Qoqun hücumu olacaq.

4, 5. İnsanlar Allahın gözlə görünməyən səmavi hökumətinə qarşı necə vuruşa bilərlər?

4 Bizdə belə bir sual yarana bilər: insanlar gözlə görünməyən səmavi hökumətə qarşı necə vuruşa bilərlər? Bu hökumət, Müqəddəs Kitabın aşkar etdiyi kimi, “yer üzündən satın alınmış... yüz qırx dörd min nəfərdən” və ‘Quzudan’ — İsa Məsihdən ibarətdir (Vəhy 14:1, 3, İ–93; Yəhya 1:29). Yeni hökumət göylərdə olduğu üçün, onun haqqında “yeni göylər” kimi danışılır, onun yer üzündə yaşayan vətəndaşları isə məntiqə uyğun olaraq “yeni yer” adlanır (İşaya 65:17; 2 Peter 3:13). Məsihin 144 min hakimiyyət şəriklərinin əksəriyyəti artıq yer üzündəki həyatlarını sədaqətlə başa vurublar. Beləliklə, onlar göydə xidmət etmək üçün yeni tə’yinata layiq olduqlarını sübut ediblər.

5 Lakin 144 minin kiçik bir qalığı hələ də yer üzündə yaşayır. 2002-ci ildə Xatirə Gecəsinə toplaşan 15 milyondan artıq adamdan yalnız 8 760 nəfəri göydə xidmət etmək üçün seçildiklərinə olan ümidlərini göstərmişlər. Padşahlığın üzvləri olacaq kəslərə hücum etməyə cür’ət edəcək hər adam həqiqətən də Allahın Padşahlığına qarşı çıxacaq (Vəhy 12:17).

Padşah fəth etmək üçün çıxır

6. Yehova və Məsih Allahın xalqına qarşı aparılan qarşıdurmanı necə qiymətləndirirlər?

6 Qurduğu Padşahlığa qarşı göstərilən müqavimətə Yehovanın münasibəti qabaqcadan deyilmişdir: “Göylərdə oturan güləcək; Rəbb onlarla əylənəcəkdir. O zaman onlara hiddətilə söyləyəcək, qəzəbi ilə onları sıxıntıya qoyacaqdır; fəqət mən padşahımı müqəddəs dağım Sion üzərinə qoydum” (Məzmur 2:4-6). O zaman Yehovanın rəhbərliyi altında Məsih fəth etmək üçün çıxacaqdır (Vəhy 6:2). Məsihin sonuncu yürüşü zamanı Yehova, Onun xalqına qarşı aparılan qarşıdurmanı necə qiymətləndirəcək? Yehova bu qarşıdurmanı şəxsən Ona və hökmranlıq edən Padşahına qarşı yönəldilmiş vəziyyət kimi qiymətləndirəcək. ‘Sizə toxunan mənim göz bəbəyimə toxunmuş olur’, — deyir Yehova (Zəkarya 2:8). İsa isə xüsusilə vurğuladı ki, onun məsh edilmiş qardaşları üçün bir şey etmiş və ya etməmiş olan insanlar sanki onun üçün bir şey etmiş və ya etməmiş olurlar (Matta 25:40, 45).

7. Vəhy 7:9 ayəsində təsvir edilən “böyük bir izdiham” nəyə görə Qoqun hiddətinə tuş gəlir?

7 Sözsüz ki, məsh edilmiş qalığı fəal surətdə dəstəkləyənlər də Qoqun hiddətinə tuş gələcəklər. Allahın ‘yeni yerinin’ gələcəkdəki bu üzvləri, “hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən” də’vət olunan “böyük bir izdihamı” təşkil edir (Vəhy 7:9). Müqəddəs Kitabda deyilir ki, onlar “taxtın və Quzunun qarşısında durublar” və “ağ libas geyiblər”. Deməli, onlar Allahın və Məsihin tərəfindən bəyəniliblər. Onlar “əllərində palma budağı” tutaraq Yehovanı Kainatın qanuni Hökmranı kimi salamlayırlar. Onun hökmranlığını, taxta yüksəltdiyi Padşah — “Allahın Quzusu” olan İsa Məsih təmsil edir (Yəhya 1:29, 36).

8. Qoqun hücumu Məsihi nəyə təşviq edəcək və bunun nəticəsi nə olacaq?

8 Qoqun hücumu Allahın taxta yüksəldilmiş Padşahını hərəkət etməyə və “Har-Megidon” müharibəsini başlamağa təşviq edəcək (Vəhy 16:14, 16). Yehovanın hökmranlığını qəbul etməkdən imtina edən insanlar məhv ediləcəklər. Allahın Padşahlığına sadiq qaldıqları üçün əzab çəkənlər isə daimi yüngüllük duyacaqlar. Bu barədə həvari Pavel yazmışdır: “Bu, Allahın adil hökmünün əlamətidir ki, uğrunda əzab çəkdiyiniz Allahın Padşahlığına layiq sayılasınız. Çünki sizə əzab verənlərə əzabla və əzab çəkən sizlərə bizimlə birlikdə rahatlıqla əvəzini vermək Allah nəzdində doğru işdir. Bu, Rəbb İsanın qüdrətli mələklərilə bərabər alovlu atəş içərisində göydən zühur etdiyi zaman olacaqdır. O, Allahı tanımayan və Rəbbimiz İsa barəsindəki Müjdəyə itaət etməyənlərə cəza verəcəkdir” (2 Saloniklilərə 1:5-8, İ–93).

9, 10. a) Yehova Yəhudaya qorxulu düşmən üzərində qələbəni necə verdi? b) Məsihçilər bu gün nə etməyə davam etməlidirlər?

9 Qarşıdan gələn və ən yüksək zirvəsi Har-Megidon olan böyük məşəqqət zamanı Məsih bütün pisliyə qarşı müharibə edəcək. Lakin minilliklər qabaq ikiqəbiləli Yəhuda padşahlığına döyüşmək lazım gəlmədiyi kimi, Məsihin davamçılarına da döyüşmək lazım gəlməyəcək. O zamankı müharibə Yehovanın müharibəsi olduğu üçün O, qələbə qazandırdı. Tarixi mə’lumatlar xəbər verir: “Yəhudeyaya gəlməkdə olan Ammon oğullarına, Moablılara və Seir dağlılarına qarşı Rəbb pusqu qurdu; və vuruldular. Çünki Ammon oğulları ilə Moablılar Seir dağlılarını həlak edib tamamilə yox etmək üçün onlara qarşı qalxdılar; və Seir xalqını bitirincə, özlərini həlak etməkdə bir-birlərinə yardım etdilər. Və Yəhuda, çölün gözətçi qülləsinə çatınca, o qələbəliyə baxdılar; və budur, onlar yerə düşmüş leşlərdi və qaçıb qurtulan yox idi” (2 Tarixlər 20:22-24).

10 Hər şey məhz Yehovanın qabaqcadan dediyi kimi oldu: “Cəng edəcək siz deyilsiniz” (2 Tarixlər 20:17). Bu, İsa Məsih ‘fəth etmək üçün’ çıxdığı zaman məsihçilərin təqlid etməli olacaqları nümunədir. Hələlik isə onlar pisliklə mübarizə aparmağa davam edirlər. Lakin bu mübarizə əldə əsl silah tutaraq deyil, ruhani silahla aparılır. Beləliklə onlar “pisliyə yaxşılıq ilə” qalib gəlirlər (Romalılara 6:13; 12:17-21; 13:12; 2 Korinflilərə 10:3-5).

Qoqun hücumuna kim rəhbərlik edəcək?

11. a) Qoq öz hücumunu necə həyata keçirəcək? b) Ruhən oyaq qalmaq özünə nəyi daxil edir?

11 Maqoq diyarından olan Qoq — 1914-cü ildən bəri alçaldılmış vəziyyətdə olan Şeytan İblisdir. Ruhani bir varlıq kimi o, öz hücumunu bilavasitə həyata keçirə bilmir, bunun üçün də işlərini insanlardan istifadə edərək həyata keçirəcək. Bu insanlar kimlər olacaq? Müqəddəs Kitab bu haqda hər şeyi təfərrüatı ilə izah etməsə də, bu insanların kimliyini müəyyən etməkdə bizə kömək edir. Dünya hadisələri Müqəddəs Kitab peyğəmbərliklərinin həyata keçdiyini göstərdikcə, bizim gözümüz önündə daha aydın şəkil canlanacaq. Yehovanın xalqı fərziyyələrdən çəkinir, lakin Müqəddəs Kitabda qabaqcadan deyilənlərə müvafiq gələn siyasi və dini hadisələri diqqətlə izləyərək ruhən oyaq qalır.

12, 13. Daniel peyğəmbər Allahın xalqına edilən sonuncu hücum barədə qabaqcadan nə demişdir?

12 Daniel peyğəmbər Allahın xalqına edilən sonuncu hücum barəsində daha çox mə’lumat verir. O yazır: “Çoxunu həlak etmək və tamamilə yox etmək üçün [şimal padşahı] böyük qızğınlıqla çıxacaq. Və [“böyük”, YD] dənizlə gözəl müqəddəs dağın arasında öz saray çadırlarını quracaq” (Daniel 11:44, 45).

13 Müqəddəs Kitabın yazıldığı dövrdə böyük dəniz — Aralıq dənizini, müqəddəs dağ isə Sion dağını adlandırırdılar. Bu dağ haqqında Yehova demişdir: “Fəqət mən padşahımı müqəddəs dağım Sion üzərinə qoydum” (Məzmur 2:6; Yeşu 1:4). Beləliklə, ruhani mə’nada ‘böyük dənizlə gözəl müqəddəs dağın arasındakı’ yer məsh edilmiş məsihçilərin inkişaf edən ruhani malikanələrini təmsil edir. Onlar artıq Allahdan uzaqlaşmış bəşər dənizinin bir hissəsi deyillər, onlar İsa Məsihlə birlikdə səmavi Padşahlıqda idarə edəcəkləri vaxtı gözləyirlər. Aydındır ki, Danielin peyğəmbərliyinin icrası kimi, şimal padşahı güclü hücuma keçərkən onun hədəfi Allahın məsh edilmiş xidmətçiləri və onların böyük izdihamdan olan sadiq yoldaşları olacaqdır (İşaya 57:20; İbranilərə 12:22; Vəhy 14:1).

Allahın xidmətçiləri nə edəcəklər?

14. Hücuma mə’ruz qalarkən Allahın xalqı necə davranacaq?

14 Hücuma mə’ruz qaldıqları zaman Allahın xidmətçiləri nə etməlidirlər? Yenə də Allahın simvolik xalqının Yehoşafatın günlərindəki davranışı onlar üçün nümunədir. Diqqət yetirin ki, Yəhuda sakinlərinə növbəti addımları atmaq tapşırılmışdır: 1) sıraya düzülmək, 2) durmaq və 3) Rəbbin qurtuluşuna baxmaq. Bu sözlərə müvafiq olaraq Allahın müasir xidmətçiləri necə davranacaqlar? (2 Tarixlər 20:17).

15. Yehovanın xalqı üçün “sıraya düzülmək” nə deməkdir?

15 Sıraya düzülmək. Allahın xalqı bundan sonra da tərəddüd etmədən öz mövqeyində qalıb Allahın Padşahlığını fəal surətdə dəstəkləyəcək. Onlar bundan sonra da məsihçi bitərəfliyini qoruyub saxlayacaqlar. Yehovaya sədaqətlə etdikləri xidmətlərində “möhkəm, sarsılmaz” olacaqlar və inayətinə görə Yehovanı mədh etməyə davam edəcəklər (1 Korinflilərə 15:58; Məzmur 118:28, 29). Onlar həm indiki zamanda, həm də gələcəkdə baş verəcək heç bir qarşıdurmaya baxmayaraq, Allahın bəyəndiyi bu mövqeyə sadiq qalacaqlar.

16. Yehovanın xidmətçiləri hansı mə’nada ‘duracaqlar’?

16 Durmaq. Yehovanın xidmətçiləri özləri özlərini xilas etməyə çalışmayacaqlar, lakin bütünlüklə Yehovaya bel bağlayacaqlar. Xidmətçilərini dünyadakı qarma-qarışıqlıqdan yalnız O xilas edə bilər, O isə bunu etməyə və’d verib (İşaya 43:10, 11; 54:15; Yeremyanın mərsiyələri 3:26). Əgər Yehovaya güvəniriksə, aydın tərzdə göründüyü kimi, artıq onilliklər ərzində öz məqsədlərində istifadə etdiyi gözlə görünən müasir kanala e’tibar edəcəyik. Belə olduğu halda, məsihçilər Yehovanın və Onun tə’yin etdiyi Padşahın rəhbərlik səlahiyyəti verdikləri həmimanlılarına əvvəllər etdiklərindən artıq dərəcədə e’tibar etməlidirlər. Bu sadiq kişilər Allahın xalqına yol göstərəcəklər. Onların rəhbərliyinə məhəl qoymamaq fəlakətə gətirib çıxara bilər (Matta 24:45-47; İbranilərə 13:7, 17).

17. Yehovanın sadiq xidmətçiləri Onun qurtuluşunu nəyə görə görəcəklər?

17 Rəbbin qurtuluşunu görmək. Qurtuluş — məsihçi nöqsansızlığını qoruyan və Yehovanın qurtuluşuna güvənən hər bir kəs üçün mükafat olacaqdır. Onlar Yehovanın yaxınlaşan hökmü barədə axırıncı saata qədər — bacardıqları qədər xəbərdarlıq edəcəklər. Bütün canlılar bilməlidirlər ki, Yehova həqiqi Allahdır və Onun yer üzündə sadiq xidmətçiləri var. Yehovanın hökmranlığının ədalətli olması haqqında mübahisəli sualın uzun-uzadı tərzdə izah olunmasına bir daha ehtiyac olmayacaqdır (Hezekiel 33:33; 36:23).

18, 19. a) “Çıxış” kitabının 15-ci fəslindəki qələbə mahnısı Qoqun hücumundan sağ qalacaq kəslərin hisslərini necə əks etdirir? b) Yehovanın xidmətçiləri hal-hazırda nə etməlidirlər?

18 Allahın xidmətçiləri qüvvələrini yeniləşdirərək yeni dünyaya daxil olacaqlar və Qırmızı dənizin yaxınlığında qurtuluş qazanmış qədim dövrün israilliləri kimi, onlar da zəfər mahnısını oxumaq arzusu ilə alışacaqlar. Yehovaya Onun müdafiəsinə görə əbədiyyən minnətdarlıq hissi duyaraq onlar həm ayrılıqda, həm də bir xalq kimi qədimdə söylənmiş sözləri təkrar edəcəklər: “Rəbbə tərənnüm edəcəyəm, çünki olduqca yüksəldi... [...] Rəbb cəng əridir; ismi Yehovadır. [...] ...Sənin sağ əlin, ya Rəbb, düşməni əzər. Və sənə qarşı ayaqlananları, əzəmətinin çoxluğunda yıxarsan; qəzəbini göndərərsən, onları kövşən kimi yeyər. [...] Qurtardığın xalqa inayətinlə rəhbər oldun; müqəddəs məskəninə qüdrətinlə onlara yol göstərdin. [...] Onları içəri gətirəcəksən və mirasının dağında, ya Rəbb, öz yaşayışın üçün düzəltdiyin yerdə, ya Rəbb, əllərinin sabit qıldığı müqəddəs yerdə onları sakin edəcəksən. Rəbb əbədiyyən və daima padşahlıq edəcəkdir” (Çıxış 15:1-19).

19 İndi əbədi həyat ümidinin həmişəkindən fərqli olaraq aydın şö’lə saçdığı bir vaxtda, Yehovanın xidmətçiləri Ona sədaqət göstərməli və Ona əbədi Padşahları kimi xidmət etmək qərarında möhkəmlənməlidirlər! (1 Tarixlər 29:11-13).

İzah edə bilərsinizmi?

• Nəyə görə Qoqun hücumu məsh edilmişlərə və başqa qoyunlara qarşı yönəldilib?

• Allahın xidmətçiləri necə ‘sıraya düzüləcəklər’?

• “Durmaq” hansı mə’nanı daşıyır?

• Yehovanın xidmətçiləri Onun qurtuluşunu necə görəcəklər?

[26-cı səhifədəki şəkil]

Yehova Yehoşafata və onun xalqına qələbə qazandırdı: onlar döyüşməli deyildilər.

[28-ci səhifədəki şəkil]

Məsh edilmişlər və başqa qoyunlar Yehovanın hökmranlığını dəstəkləyirlər.

[29-cu səhifədəki şəkil]

Qədim israillilərin etdikləri kimi Allahın xidmətçiləri tezliklə zəfər mahnısı oxuyacaqlar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş