Nəğmə 71
Müqəddəs ruh Allahdan ənamdır
1. Ya Rəbb Yehova, Sən rəhm edənsən,
Lütf göstərib, əfv eylə bizi.
Dərd-bəlaya dərman qıl, Yehova,
Sən müqəddəs ruhla et təsəlli.
2. Pak hüsnünü tam əks etdirmərik,
Bəzən sapırıq biz haqq yoldan.
Lütfən tərk etmə, Sən bələdçi ol,
Öz ruhunu əsirgəmə bizdən.
3. Biz çox zəif, aciz insanlarıq,
Ya Rəbb, bizə güc verir ruhun.
Daim pərvaz etməkçün qartaltək
Pak ruhuna çox möhtacdır qulun.
(Həmçinin baxın: Zəb. 51:11; Yəh. 14:26; Həv. 9:31.)