Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rk böl. 2 s. 4—5
  • Həqiqi iman nədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həqiqi iman nədir?
  • Xoşbəxtlik gətirən həqiqi iman
  • Başlıqlar
  • Oxşar material
  • Həqiqi imana necə sahib olmaq olar?
  • Yehova Allahın vədlərinə iman edin
    Gözətçi qülləsi 2016
  • İman — möhkəmləndirən xüsusiyyət
    Gözətçi qülləsi 2019
  • «İmanımızı artır»
    Gözətçi qülləsi 2015
  • Müasir dövrdə həqiqi iman
    Xoşbəxtlik gətirən həqiqi iman
Əlavə
Xoşbəxtlik gətirən həqiqi iman
rk böl. 2 s. 4—5

BÖLMƏ 2

Həqiqi iman nədir?

Kişi əlindəki pula baxır

Dəyərə malik olması üçün iman da pul kimi həqiqi olmalıdır

HƏQİQİ İMAN sadəcə Allahın var olduğuna inanmaq demək deyil. Bu gün milyonlarla insan Allaha inanır, bununla belə, pis əməllərdən əl çəkmir. Bu cür «imanı» saxta pula bənzətmək olar. Saxta pul əsl pula oxşasa da, əslində onun heç bir dəyəri yoxdur. Bəs həqiqi iman barədə nə demək olar?

Həqiqi iman Müqəddəs Kitabdakı dəqiq biliklərə əsaslanır. Allahdan ilham almış bu yazılar bizə Allah haqqında həqiqəti öyrədir və Onu tanımağa kömək edir. Orada Onun qanunları, vədləri və təlimləri açıqlanır. Bu təlimlərə aşağıdakılar daxildir:

  • Allah təkdir, Ondan başqa Allah yoxdur.

  • İsa Qadir Allah deyil. O, Allahın peyğəmbəridir.

  • Allahın gözündə bütpərəstliyin hər növü pisdir.

  • Bəşəriyyət hökm gününün astanasındadır.

  • Həyatını itirmiş saysız-hesabsız insan Cənnətdə dirildiləcək.

Həqiqi iman insanı yaxşı əməllərə təşviq edir. Yaxşı əməllər Allahı şərəfləndirir, bizə və başqalarına fayda gətirir. Bu əməllərə aşağıdakılar daxildir:

  • Allaha ibadət etmək;

  • Allahı razı salan xüsusiyyətlər, xüsusilə də məhəbbət inkişaf etdirmək;

  • pis fikirləri və arzuları rədd etmək;

  • sınaqlara baxmayaraq, Allaha imanı qoruyub saxlamaq;

  • başqalarına Allah haqqında öyrətmək.

Ailə yaşlı qadına yemək gətirib

Həqiqi iman savab əməllərə təşviq edir

Həqiqi imana necə sahib olmaq olar?

Oğlan əzələlərini möhkəmləndirmək üçün məşq edir

Əzələ məşqlə möhkəmləndiyi kimi həqiqi iman da təzahür olunduqca möhkəmlənir

Allahdan kömək diləyin. Musa peyğəmbər duasında Allaha demişdi: «Xahiş edirəm, yollarını mənə aç, qoy Səni yaxşı tanıyım və bundan sonra da Səni razı salım»a. Allah onun duasını cavabsız qoymadı. Musa əsl iman nümunəsidir. Allah sizə də həqiqi imana sahib olmağa kömək edəcək.

Müqəddəs Kitabı araşdırmaq üçün vaxt ayırın. Allahdan ilham almış Yazılar — Tövrat, Zəbur və İncil Müqəddəs Kitaba daxil olub, dünyada ən çox dilə tərcümə olunmuş və geniş yayılmış kitabdır. Bu kitab sizdə var?

Allahın Kəlamındakı məsləhətləri həyatınızda tətbiq edin. İmanı əzələ ilə müqayisə etmək olar. Əzələnin inkişaf etməsi üçün onu məşq etdirmək lazımdır. Eynilə, siz imanınıza uyğun davrandıqca imanınız artacaq. Belə etməklə Allahın məsləhətlərinin həyatınıza fayda gətirdiyini görəcəksiniz. Həqiqətən də, Müqəddəs Kitabdakı faydalı məsləhətlər insanların həyatını yaxşılığa doğru dəyişir. Gəlin bir neçə nümunəni nəzərdən keçirək.

a Tövrat kitabında Çıxış 33:13 ayəsinə baxın.

Necə fikirləşirsiniz?

  • Həqiqi iman nəyə əsaslanmalıdır?

  • Həqiqi iman insanı hansı yaxşı əməllərə təşviq etməlidir?

  • Ona necə sahib olmaq olar?

Allah Öz Kəlamının dəyişdirilməsinə yol verməz

Allahın Öz Kəlamını bu günə qədər qoruyub saxladığına əmin ola bilərik. Külli-İxtiyar Allah yazdırdığı kitabı qorumağa qadirdir. Müqəddəs Kitabda deyilir: «Ot quruyar, çiçək solar, lakin Allahımızın sözü əbədi qalar» (Əşiya 40:8).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş