Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g16 №  1 s. 10—11
  • Əsil dostu necə tapmaq olar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əsil dostu necə tapmaq olar?
  • Oyanın! 2016
  • Başlıqlar
  • Oxşar material
  • PROBLEM
  • NƏYİ BİLMƏLİSƏN?
  • NƏ EDƏ BİLƏRSƏN?
  • Texnologiyanın təsiri. Dostluğa
    Oyanın! 2021
  • Məhəbbət olmayan dünyada dostluğu qoruyun
    Gözətçi qülləsi 2009
  • Müqəddəs Kitabda dostluq barədə nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Dost seçimində hikmətli olun
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Oyanın! 2016
g16 №  1 s. 10—11
İki gənc oğlan bir-biri ilə söhbət edir

AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Əsil dostu necə tapmaq olar?

PROBLEM

İki gənc oğlan körpünün əks tərəflərində dayanıb

Texnologiyanın canı sağ olsun! İndi nə qədər adamla əlaqə saxlamaq olur. Özü də elə asan. Tarixdə hələ belə bir şey olmayıb. Ancaq bu münasibətlər səthi olur. Bir oğlan bunu belə izah edir: «Mənə elə gəlir ki, qurduğum dostluqlara hər an son qoyula bilər. Ancaq atamın qurduğu dostluqlar uzun illərdir ki davam edir».

Möhkəm və səmimi dostluq qurmaq nə üçün indi bu qədər müşkül məsələdir?

NƏYİ BİLMƏLİSƏN?

Müəyyən mənada, buna səbəb texnologiyadır. Mesajlaşmaq, sosial şəbəkə və sosial medianın digər vasitələri insanda elə təəssürat oyada bilər ki, yanında olmayan adamla dostluğu qoruyub saxlamaq mümkündür. Çatlaşmaq və tvitlər səmimi söhbətləri əvəz edib. Bir kitabda deyilir: «İnsanlar nadir hallarda üz-üzə söhbət edirlər. Tələbələr ekranın qabağında daha çox vaxt keçirirlər, nəinki bir-biriləri ilə» («Artificial Maturity»).

Texnologiya qurduğumuz dostluğu möhkəm dostluq kimi qələmə verə bilər. 22 yaşlı Bayrama deyir: «Bu yaxınlarda mənə çatdı ki, həmişə mən dostlarımı itirib-axtarmışam. Öz-özümə fikirləşdim: “Görəsən, mən yazmasam, neçə nəfər mənimlə maraqlanacaq”. Bunu yoxlamaq üçün onlara daha yazmadım. Düzünü desəm, tək-tük adamın səs-səmiri çıxdı. Başa düşdüm ki, əksər dostlarım əslində mənim yaxın dostlarım deyilmiş».

Məgər mesajlaşma və sosial media insanlarla əlaqəni qorumağa və dostluq tellərini möhkəmləndirməyə kömək edə bilməz? Əlbəttə, bilər, ələlxüsus da onlarla tet-a-tet ünsiyyətin varsa. Çox vaxt isə sosial media səninlə başqaları arasında sadəcə körpü qurur, yaxınlaşdırmır.

NƏ EDƏ BİLƏRSƏN?

Əsil dostluğu müəyyən et. Allahın Kəlamında deyilir ki, dost «qardaşdan yaxındır» (Məsəllər 18:24). İstəyirsən belə dostun olsun? Bəs sən özün belə dostsan? Bu suallara cavab tapmaq üçün dostunda görmək istədiyin üç keyfiyyəti yaz. Sonra dostluq üçün lazım olan özünün üç keyfiyyətini yaz. Özündən soruş: «Yazışdığım kəslər önəm verdiyim hansı keyfiyyətləri əks etdirir? Bəs onlar məndə hansı keyfiyyətləri görürlər?» (Müqəddəs Kitab prinsipi: Filippililərə 2:4).

Dəyərlərini təyin et. Onlayn dostluqlar, adətən, ümumi maraq dairəsi üzərində qurulur. Ancaq ümumi dəyərlər oxşar maraqlardan daha vacibdir. 21 yaşlı Lena deyir: «Dostum elə də çox deyil, ancaq onlar mənə yaxşı insan olmağa kömək edir» (Müqəddəs Kitab prinsipi: Məsəllər 13:20).

Cəmiyyət içinə çıx. Üz-üzə söhbətin yerini heç nə verə bilməz. Çünki sən və qarşındakı insan bir-birinizin səs tonunuzdakı incəlikləri, jest və mimikaları sezə bilərsiniz (Müqəddəs Kitab prinsipi: 1 Salonikililərə 2:17).

Məktub yaz. Köhnə üsul kimi görünsə də, məktub yazıb göndərməklə həmin adama xüsusi diqqətini göstərmiş olacaqsan. Buna indiki məşğul dünyamızda çox nadir hallarda rast gəlinir. Məsələn, Şerri Terkel öz kitabında bir gənc oğlanın ömründə heç vaxt məktub almadığı haqqında yazır («Alone Together»). Bu oğlan məktubların yazıldığı dövrə istinad edərək deyir: «Həmin dövrü görməsəm də, o günlər üçün çox darıxıram». Niyə də bu köhnə texnologiyadan istifadə edib dost qazanmayasan?

Xülasə. Əsil dostluq sadəcə əlaqə saxlamaq demək deyil. Buna qarşılıqlı məhəbbət, şəfqət, səbir və bağışlamaq daxildir. Bu xüsusiyyətlər sayəsində gözəl dostluğunuz olacaq. Ancaq həmin keyfiyyətləri onlayn vasitəsilə göstərmək mümkün deyil.

a Bu məqalədə bəzi adlar şərtidir.

ƏSAS AYƏLƏR

  • «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4).

  • «Hikmətli ilə oturub-duran hikmətli olar» (Məsəllər 13:20).

  • «Çox arzulayırdıq ki, üzünüzü görək. Bunun üçün əlimizdən gələni edirdik» (1 Salonikililərə 2:17).

Elizabel

ELİZABEL

«Özümüzü məyus hiss edəndə ürəyimizi boşaltmaq üçün adam axtarırıq. Dost odur ki, bizi, doğrudan da, başa düşsün və kefimizi qaldırmağı bacarsın. O, yalnız xoşbəxtliyimizə şərik olmur, həmçinin yıxılanda əlini uzadır».

Cordan

CORDAN

«Yeniyetmə olanda özümə qapalı idim və kiminləsə dost olmağa cəhd göstərmirdim. Bu, həyatımın ən kədərli illəri idi. Axır ki, qəfəsdən çıxa bildim. Həm xoş günümüzü, həm də dar günümüzü bölüşəcək dostlarımızın olması vacibdir».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş