Nəğmə 68
Sınıq qəlbin fəryadı
1. Yehova, yalvarıram Sən eşit fəryadımı,
Dərdim böyük, yaram dərin, üzür bu canımı.
Naçaram çox, yordu məni bədbin düşüncələr,
Sən lütf et, ey İlahi, təsəlli ver, ol sipər.
(NƏQARƏT)
Yardım eylə, dözə bilim,
Ah, köksümdə qırıq qəlbim.
Ümidsizlik girdabından
Qurtar, ya Rəbb, Sən ol hayan.
2. Yehova, Kəlamınla ovunur könlüm mənim,
Orda əks olunub diləgəlməz duyğularım.
Artır imanımı, Sənə olum hey arxayın,
Unutmayım, ürəyimdən böyük məhəbbətin.
(NƏQARƏT)
Yardım eylə, dözə bilim,
Ah, köksümdə qırıq qəlbim.
Ümidsizlik girdabından
Qurtar, ya Rəbb, Sən ol hayan.
(Həmçinin baxın: Zəb. 42:6; 119:28; 2 Kor. 4:16; 1 Yəh. 3:20.)