Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 41 s. 226—s. 229 abz. 1
  • Başa düşülən tərzdə danış

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Başa düşülən tərzdə danış
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Aydın izah et
    Özünü oxumağa və təlim verməyə həsr et
  • Auditoriya üçün məzmunlu nitq
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Açıq məruzələrin hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Sadə tərzdə öyrət
    Müqəddəs ibadətimiz 2009
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 41 s. 226—s. 229 abz. 1

DƏRS 41

Başa düşülən tərzdə danış

Nə etməlisən?

Fikirlərini elə ifadə et ki, dinləyicilər dediklərini asanlıqla başa düşsünlər.

Nə üçün vacibdir?

Çatdırdığın məlumat nə qədər asan başa düşülsə, dinləyicilər bir o qədər çox fayda əldə edəcəklər.

DANIŞANDA təkcə məlumatı çatdırmaqla kifayətlənmə. Anlaşılan tərzdə danışmağa çalış. Bu, istər yığıncağa, istərsə də məsihçi olmayanlara müraciət edərkən dinləyicilərinə dediklərini yaxşı başa düşməyə kömək edəcək.

Anlaşıqlı nitqin bir çox cəhətləri vardır. Onlardan bəziləri «Materialın məntiqi ardıcıllıqla izah edilməsi» adlı 26-cı dərsdə, digərləri «İnsanlara maraq göstər» adlı 30-cu dərsdə araşdırılır. Bu dərsdə isə bəzi əlavə məqamlar haqda söhbət açılacaq.

Sadə sözlər, sadə üslub. Sadə sözlər və qısa cümlələr təsirli ünsiyyət vasitəsidir. İsanın Dağüstü təbliği kim olmasından, yaxud harada yaşamasından asılı olmayaraq, hamı tərəfindən başa düşülən nitqin bariz nümunəsidir. Oradakı bəzi fikirlər insanlar üçün yeni ola bilər. Bununla belə, İsanın dediklərini hamı başa düşür, çünki o, bütün insanları maraqlandıran məsələlərə toxunmuşdu. Məsələn, xoşbəxtliyə necə nail olmaq olar, başqaları ilə münasibəti yaxşılaşdırmaq üçün nə etmək olar, narahatlıqların öhdəsindən necə gəlmək olar və həyatın mənasını tapmaq necə mümkündür? İsa həm də fikirlərini sadə dildə ifadə edirdi (Mat. 5-7 fəs.). Düzdür, Müqəddəs Kitabda müxtəlif quruluşlu və müxtəlif uzunluqlu cümlələr var. Ancaq sənin əsas məqsədin fikirlərini aydın, anlaşıqlı tərzdə ifadə etməkdir.

Hətta dərin mövzunu da sadə üslubda müzakirə etsən, onu başa düşmək asan olacaq. Sadəliyə necə nail olmaq olar? Dinləyiciləri lazımsız məlumatla yükləmə. Materialı elə bölüşdür ki, əsas bəndləri tamamlasın. Əsas ayələri diqqətlə seç. Bir ayədən o birinə tələsik keçmə, onları oxu və müzakirə et. Çalış maraqlı fikirlər söz çoxluğu içində itib batmasın.

Müqəddəs Kitab öyrənməsi keçirəndə də eyni prinsipləri tətbiq etmək olar. Bütün təfərrüatları izah etməyə çalışma. Öyrənənə əsas fikirləri başa düşməyə kömək et. Vaxt keçdikcə şəxsi öyrənmə və yığıncaq görüşləri vasitəsilə qalan şeyləri o, özü öyrənəcək.

Materialı sadə tərzdə çatdırmaq üçün yaxşı hazırlaşmaq tələb olunur. Mövzunu anlaşılan tərzdə çatdırmaq istəyirsənsə, özün onu aydın başa düşməlisən. Yalnız nəyi isə yaxşı başa düşəndə onun səbəbini izah etmək olur. Belə olsa, sən də məlumatı öz sözlərinlə ifadə edə biləcəksən.

Tanış olmayan terminləri izah et. Nitqin anlaşıqlı olması üçün hərdən dinləyicilərə tanış olmayan sözlərin mənasını izah etmək tələb olunur. Dinləyicilərin biliyini nə şişirtmə, nə də az olduğunu düşünmə. Müqəddəs Kitab biliyinə sahib olduğumuz üçün, bəzən başqalarına tanış olmayan müəyyən sözlərdən istifadə edirik. Əgər «qalıq», «sadiq və ağıllı qul», «başqa qoyunlar», «böyük izdiham» kimi terminləri izah etməsən, Yehovanın Şahidləri ilə yenicə tanış olanlar onların müəyyən qrup insanlara aid olduğunu başa düşməyəcəklər (Rom. 11:5; Mat. 24:45; Yəh. 10:16; Vəhy 7:9). Buna bənzər tərzdə, nə qədər ki insan Yehovanın Şahidlərinin təşkilatı ilə tanış deyil, çox ehtimal ki, «təbliğçi», «pioner», «rayon nəzarətçisi», «Xatirə Gecəsi» kimi sözləri anlamayacaq.

Hətta Yehovanın Şahidi olmayanların da işlətdiyi bəzi Müqəddəs Kitab terminlərini izah etmək lazım gələ bilər. Çoxları üçün «Har-Megidon» nüvə qırğını mənasını daşıyır. Onlar «Allahın Padşahlığı»nı hökumət yox, insanın daxilindəki vəziyyət, yaxud göylər kimi başa düşürlər. İnsanların fikrində «ruh» ölərkən adamdan ayrılıb yaşamağa davam edən, gözlə görünməyən bir hissə təsəvvürünü yaradır. Milyonlarla insana «müqəddəs ruh»un şəxsiyyət, Üç üqnumun bir hissəsi olduğu öyrədilir. Bir çoxları Allahın Kəlamındakı əxlaq normalarına riayət etmədiyi üçün onlara hətta Müqəddəs Kitabda olan «cinsi əxlaqsızlıqdan çəkinin» əmri altında nə nəzərdə tutulduğunu da başa salmaq lazımdır (1 Kor. 6:18).

Müqəddəs Kitabı müntəzəm oxumayan insanlara müraciət edərkən sadəcə: «Süleyman yazmışdır...», yaxud «Yaqub demişdir...» desən, səni səhv başa düşə bilərlər. Bəlkə onların bu adda dostları və ya qonşuları var. Buna görə də həmin adamın Müqəddəs Kitabı yazanlardan biri, yaxud Məsihin davamçısı olduğunu bildirmək üçün əlavə məlumat vermək lazım gələ bilər.

Çox vaxt müasir dinləyicilərin qədim dövrə aid ölçü və ya adətlərin qeyd olunduğu ayələri başa düşməkdə köməyə ehtiyacları olur. Məsələn, Nuhun gəmisinin uzunluğunun 3 000 qulac, eninin 50 qulac, hündürlüyünün 30 qulac olduğunu desən, onlar heç nə başa düşməyəcəklər (Yar. 6:15). Ancaq gəmini ərazinizdə olan eyni ölçülü bir şeylə müqayisə etsən, dinləyicilər dərhal onun ölçüsünü təsəvvürlərində canlandıracaq.

Daha nəyi izah etmək lazımdır? Mövzunun dinləyicilərə aydın olması üçün müəyyən terminlərin dəqiq mənasını göstərməkdən daha çox şey tələb oluna bilər. Ezranın günlərində Yerusəlimdə Qanunu oxumaqla yanaşı, izah da edirdilər. Xalqın oxunanların mənasını başa düşməsi üçün levililər Qanunun mənasını açıqlayır, eləcə də müəyyən vəziyyətlərə necə tətbiq etməyi göstərirdilər (Neh. 8:8, 12). Eyni tərzdə, sən də oxuduğun ayələri izah etmək və necə tətbiq edildiyini göstərmək üçün vaxt ayır.

Dirildikdən sonra İsa şagirdlərinə başa saldı ki, bütün baş verən hadisələrlə Müqəddəs Yazılarda deyilənlər həyata keçmişdi. O, həmçinin baş verənlərin şahidi kimi, onların hansı məsuliyyəti daşıdığını vurğulamışdı (Luka 24:44-48). İnsanlara öyrəndikləri şeylərin həyatlarına necə təsir etməli olduğunu başa salanda, onlar öyrəndiklərinin mənasını daha asanlıqla anlayacaqlar.

Ürəyin rolu. Əlbəttə, hətta hər şeyi aydın izah etsən də, başqa amillər insanın başa düşüb-düşməməyinə təsir edə bilər. İnsanın ürəyi həqiqətə qarşı açıq deyilsə, deyilənlərin mənasını başa düşməyə ona mane olacaq (Mat. 13:13-15). Hər şeyə sırf cismani nöqteyi-nəzərdən baxanlar üçün ruhani məsələlər ağılsızlıqdır (1 Kor. 2:14). İnsan belə ruh təzahür etdirəndə söhbətə, heç olmasa hələlik, son qoymaq müdriklik olardı.

Bununla belə, bəzən həyatdakı çətinliklər ucbatından insanın ürəyi həqiqətə qarşı bağlı olur. Belə insanın müəyyən vaxt ərzində Müqəddəs Kitab həqiqətini eşitmək imkanı olsa, onun ürəyi həqiqətə qarşı açıla bilər. İsa qamçı ilə döyüləcəyini və öldürüləcəyini bildirəndə həvariləri onu başa düşmədilər. Nə üçün? Çünki gözlədikləri və istədikləri qətiyyən bu deyildi! (Luka 18:31-34). Lakin vaxt keçdikcə həmin həvarilərdən on biri İsanın sözlərinin mənasını başa düşdü və bunu onun öyrətdiklərinə uyğun hərəkət etməklə göstərdi.

Yaxşı nümunənin rolu. Yalnız sözlərimiz yox, hərəkətlərimiz də insanların dediklərimizi başa düşməsində rol oynayır. Bir çoxları Padşahlıq Zalına ilk gəlişlərindən danışanda orada eşitdiklərinin yox, aydın təzahür olunan məhəbbətin yadlarında qaldığını deyirlər. Eynilə, bizdə özünü büruzə verən sevinc bir çoxlarına həqiqəti qəbul etməyə kömək etmişdir. Yehovanın xalqının üzvlərinin bir-birinə məhəbbəti və çətinliklə üzləşən digər insanlara qarşı xeyirxahlığı bəzilərini Yehovanın Şahidlərinin həqiqi dinə etiqad etdiklərinə inandırmışdır. Buna görə də insanlara Müqəddəs Kitab həqiqətini başa salmağa çalışarkən onu necə izah etdiyinə və hansı nümunəni verdiyinə diqqət yetir.

NECƏ NAİL OLMAQ OLAR?

  • Sadə dildə danış; əsas fikirləri qısa cümlələrlə ifadə et.

  • Cəmi bir neçə əsas fikri vurğula.

  • Dinləyicilərə tanış olmayan terminləri izah et.

  • Ayələri izah etməyə və necə tətbiq edildiyini göstərməyə vaxt ayır.

  • Verdiyin nümunənin müraciət etdiyin insanlara necə təsir edəcəyi haqda düşün.

ÇALIŞMA: Yehovanın Şahidi olmayan qohumuna, qonşuna, iş yoldaşına, yaxud məktəb yoldaşına bu həftə yığıncaq görüşündə xoşuna gələn bir şeyi danışmağa çalış. Onun başa düşməyə çətinlik çəkə biləcəyi sözləri izah etməyi unutma.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş