Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/09 s. 1
  • Sadə tərzdə öyrət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sadə tərzdə öyrət
  • Müqəddəs ibadətimiz 2009
  • Oxşar material
  • Öyrətmək qabiliyyətini yaxşılaşdırmağın üç üsulu
    Müqəddəs ibadətimiz 2012
  • Böyük müəllimi təqlid edin
    Gözətçi qülləsi 2002
  • Başa düşülən tərzdə danış
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Əsas bəndlərin nəzərə çarpdırılması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Müqəddəs ibadətimiz 2009
km 5/09 s. 1

Sadə tərzdə öyrət

1. Aydın, yaxşı öyrətməyin vacib cəhətlərindən biri hansıdır?

1 İnsanları öyrətməkdə sadəlik çox vacib rol oynayır. Böyük Müəllim İsanın necə öyrətdiyinə diqqət yetirmək bizə ‘öyrətmək bacarığını’ yaxşılaşdırmağa kömək edə bilər (2 Tim. 4:2 YD; Yəh. 13:13).

2. Sadə tərzdə öyrətməyə nə daxildir və bu cür öyrətməyin hansı təsiri olur?

2 Sadə tərzdə danış. Dağüstü təbliğə insan tərəfindən indiyədək söylənilmiş ən dərin həqiqətlər daxildir və bunların hamısı sadə tərzdə deyilmişdi (Matta 5-7 fəsillər). İsanı dinləyən izdiham ‘Onun təliminə təəccüblənmişdi’. İsanın sözləri onu tutmaq üçün göndərilən mühafizlərə elə təsir bağışlamışdı ki, onlar: «İnsanlar arasında bu Adam kimi danışan əsla olmamışdır», — deyə söyləmişdilər (Mat. 7:28, 29; Yəh. 7:46). Başqalarını həqiqətə tam inandırmaq üçün bizə təmtəraqlı sözlərdən, qəliz ifadələrdən və ya geniş təfsilatlı misallardan istifadə etmək lazım deyil. Həqiqəti tanış sözlərdən istifadə edərək aydın şəkildə çatdırmaq lazımdır.

3. Nə üçün bəziləri dinləyiciləri həddindən artıq məlumatla yükləyirlər və bundan necə qaçınmaq olar?

3 Məlumatın həcmini müəyyən et. İsa bir dəfəyə nə qədər məlumat çatdıracağını müəyyənləşdirəndə dinləyicilərini nəzərə alırdı (Yəh. 16:12). Bizə də, xüsusən qohumlara, yeni maraqlananlara və ya uşaqlara təbliğ edəndə diqqətli olmaq və şəraitə uyğunlaşmaq lazımdır. İnsan bizə diqqətlə qulaq assa belə, ehtiyatlı olmalıyıq ki, həddindən artıq məlumat çatdırmaqla onu yükləməyək. Əgər insan səmimidirsə, həqiqi Allah Yehova haqda bilik almağa davam edəcək (Yəh. 17:3; 1 Kor. 3:6).

4. Diqqəti təfsilatlara yox, əsas fikirlərə cəmləmək nə üçün faydalıdır?

4 Diqqətini əsas fikirlərə cəmlə. İsa həddindən artıq təfsilatlar daxil etməklə təlimlərini qəlizləşdirmirdi. O, «qəbirlərdə olanların hamısı... çıxacaqlar» deyəndə həmin vaxt iki cür dirilməyə dair çox məlumat verməyin vaxtı deyildi (Yəh. 5:28). Müqəddəs Kitab öyrənməsi aparanda diqqətimizi əsas fikirlərə cəmləməli və mövzudan kənar əlavə məlumat çatdırmaq meylini boğmağa çalışmalıyıq.

5.Sadə şəkildə öyrətməklə hansı xeyir-duanı ala bilərik?

5 Bilməli olduğumuz həqiqətləri sadə şəkildə bizə öyrətdiyi üçün Yehovaya necə də minnətdarıq! (Mat. 11:25). Gəlin sadə şəkildə öyrətmək və səmərəli xidmətdən sevinc duymaq üçün əlimizdən gələni edək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş