Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 43 s. 234—s. 235 abz. 3
  • Təyin olunmuş materialdan istifadə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təyin olunmuş materialdan istifadə
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Məktəbdə verilən tapşırıqların hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Yığıncaq üçün çıxışların hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Nitq planının hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Əsas bəndlərin nəzərə çarpdırılması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 43 s. 234—s. 235 abz. 3

DƏRS 43

Təyin olunmuş materialdan istifadə

Nə etməlisən?

Nitqini təyin olunmuş mövzu ətrafında qur və əgər sənə konkret material verilibsə, ayələri və əsas bəndləri oradan götür.

Nə üçün vacibdir?

Nitqi təyin olunmuş material əsasında hazırlamaqla biz sadiq və ağıllı qulun təşkil etdiyi ruhani proqrama hörmət etdiyimizi göstəririk.

MÜQƏDDƏS KİTAB məsihçi yığıncağını insan bədənilə müqayisə edir. Bədənin bütün üzvləri lazımlıdır, lakin hamısının «işi eyni deyildir». Buna müvafiq olaraq, bizə tapşırılan hər bir işin üzərində səylə çalışmalıyıq. Bunun üçün yığıncaqda çıxış etmək tapşırığına dərrakə və məsuliyyətlə yanaşmaq, bundan daha maraqlı mövzuların olduğunu düşünərək tapşırılan nitqin vacibliyini azaltmamaq tələb olunur (Rom. 12:4-8). Sadiq və ağıllı qul sinfinin üzərinə «vaxtlı-vaxtında» ruhani qida vermək məsuliyyəti qoyulub (Mat. 24:45). Nitqi verilən rəhbərliyə uyğun hazırlamaq üçün bacarıqlarımızdan istifadə edəndə qula hörmət etdiyimizi və onun əməyini qiymətləndirdiyimizi göstəririk. Bu, bütün yığıncağın nizamlı fəaliyyət göstərməsinə kömək edəcək.

Nitqə nəyi daxil etmək lazımdır? Teokratik Xidmət Məktəbində sənə müəyyən mövzu üzərində işləmək tapşırılanda başqasının yox, məhz onun üzərində işlə. Əksər hallarda istinad etməli olduğun mənbə verilir. Əgər verilməyibsə, mənbəni özün seçə bilərsən. Ancaq nitqi hazırlayarkən diqqət yetir ki, bütün nitqi təyin olunmuş mövzu ətrafında qurasan. Nitqə nəyi daxil etməyi qərarlaşdırarkən dinləyiciləri də nəzərə almaq lazımdır.

Materialı diqqətlə öyrən, oradakı ayələri təhlil et. Sonra dinləyicilərin fayda əldə etmələri üçün məlumatdan necə istifadə edə biləcəyin haqda fikirləş. Çap olunmuş materialdan çıxışının əsas bəndləri olacaq iki və ya üç fikri seç. Həmçinin oxumaq və müzakirə etmək üçün ayələri də oradan seç.

Materialın nə qədər hissəsini nitqinə daxil etməlisən? Yalnız yaxşı izah edə biləcəyin qədərini. Nitqinə çoxlu məlumat daxil etmək naminə təlimin keyfiyyətini zəiflətmə. Əgər hansısa məlumatın məqsədinlə bağlılığı yoxdursa, onu nitqinə daxil etmə. Diqqətini məqsədinə çatmağa kömək edən məlumata yönəlt. Təyin olunmuş materialdan dinləyicilərinə daha çox fayda gətirəcək və onlar üçün daha məzmunlu olacaq fikirləri istifadə et. Bu dərsin üzərində işləməkdə məqsədin nə qədər materialı əhatə edə biləcəyini müəyyən etmək yox, nitqinin əsası kimi təyin olunan materialı istifadə etməkdir.

Nitq sadəcə verilən materialın qısa icmalı olmamalıdır. Müəyyən məqamları izah etmək, onların təfərrüatlarını açıqlamaq, təsvir etmək və onların tətbiq edilməsinə dair nümunə çəkmək lazımdır. Əlavə fikirlər təyin olunan materialı əvəz etməməlidir, oradan götürdüyün əsas bəndləri açıqlamalıdır.

Öyrətmə bacarığı yaxşı olan qardaşlara vaxt keçdikcə Xidməti görüşdə təlim vermək tapşırıla bilər. Onlar bilirlər ki, verilən materialın özündən yaxşı istifadə etməlidirlər, onu başqası ilə əvəz etməməlidirlər. Bunun kimi, məruzə ilə çıxış edən qardaşlara da plan verilir. Plan çıxış edənə müəyyən qədər sərbəstlik verir, eyni zamanda orada əsas bəndlər, təsdiqləyici dəlillər və çıxışa təməl olacaq ayələr aydın şəkildə göstərilir. Təyin olunan materialdan istifadə edərək təlim verməyi öyrənmək başqa vacib nitqlərlə çıxış etməyə hazır olmaqda mühüm rol oynayır.

Bu dərsin üzərində işləmək Müqəddəs Kitab öyrənməsini də yaxşı keçirməyə kömək edəcək. Maraqlı olsa da, mövzunun başa düşülməsi üçün vacib olmayan fikirləri vurğulamamaqla mövzudan yayınmayıb, diqqəti öyrənilən materiala cəmləməyi öyrənəcəksən. Digər tərəfdən, bu dərsin məğzini başa düşsən, öyrənilən materiala o qədər sıx bağlı qalmayacaqsan ki, öyrənənin bilmək istədiyi hansısa əlavə fikri izah etməkdən boyun qaçırasan.

NECƏ NAİL OLMAQ OLAR?

  • Yalnız təyin olunan mövzuya birbaşa aidiyyəti olan materialdan istifadə et.

  • Əgər sənə nitqinin əsasını təşkil etməli olan hazır material verilibsə, əsas bəndləri və ayələri başqa yerdən yox, məhz oradan seç.

ÇALIŞMA: Üç gün ərzində gündəlik ayəni oxuyarkən müzakirə olunan mövzunu müəyyən edən sözü və ya ifadəni işarələ. Həmin mövzu ilə birbaşa bağlı olan bir-iki fikrin altından xətt çək. Sonra ayədən və qeyd etdiyin fikirlərdən istifadə edərək mövzuya öz sözlərinlə şərh ver.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş