Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/4 s. 23—27
  • Ruhun rəhbərliyi altında yaşayırsanmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ruhun rəhbərliyi altında yaşayırsanmı?
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Həlimlik və səbiryığıncaqda sülhü qoruyur
  • Qoy yaxşılıq və xeyirxahlıqailənizə təravət gətirsin
  • Təklikdə olarkən imanını göstər
  • Təmkinli olmaqla ürəyini qoru
  • Ruha görə hərəkət edəcəksinizmi?
    Gözətçi qülləsi 2007
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2020
  • Nəyə görə bizə müqəddəs ruh bələdçilik etməlidir?
    Gözətçi qülləsi 2011
  • Ruha görə hərəkət et və həsr olunmağına uyğun yaşa
    Gözətçi qülləsi 2010
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/4 s. 23—27

Ruhun rəhbərliyi altında yaşayırsanmı?

«Sənin Ruhun yaxşıdır, düz yer üçün mənə yol göstər» (MƏZ. 143:10).

1, 2. a) Yehova xidmətçilərinə dəstək olmaq üçün müqəddəs ruhundan necə istifadə edir? Nümunələr çək. b) Müqəddəs ruh yalnız xüsusi hallardamı fəaliyyət göstərir? İzah et.

MÜQƏDDƏS RUHUN fəaliyyəti barədə fikirləşəndə ağlına ilk gələn nə olur? Ola bilsin, Gideonun və Şimşonun möhtəşəm işləri (Hak. 6:33, 34; 15:14, 15). Bəlkə də, erkən məsihçilərin cəsarəti və ya Sinedrionun qarşısında durarkən Stefanın üzündəki rahatlıq (Həv. iş. 4:31; 6:15). Yaxud da beynəlxalq konqreslərdəki sevindirici ab-hava; bitərəf mövqelərinə görə həbsə atılan qardaşların nöqsansızlığı və ya təbliğ işinin misli görülməmiş dərəcədə geniş yayılması. Bütün bu nümunələr müqəddəs ruhun fəaliyyətindən xəbər verir.

2 Bəs bu o deməkdirmi ki, müqəddəs ruh yalnız xüsusi hallarda, yaxud da çıxılmaz vəziyyətlərdə fəaliyyət göstərir? Xeyr. Allahın Kəlamında deyilir ki, məsihçilər ‘ruhun rəhbərliyi altında yaşamalıdırlar’, ‘ruha müvafiq hərəkət etməlidirlər’ (Qalat. 5:16, 18, 25). Bu ifadələr göstərir ki, müqəddəs ruh davamlı şəkildə gündəlik həyatımıza da təsir göstərə bilər. Buna görə də biz hər gün Yehovaya yalvarmalıyıq ki, ruhu vasitəsilə düşüncələrimizə, danışığımıza və əməllərimizə istiqamət versin. (Məzmur 143:10 ayəsini oxu.) Müqəddəs ruhun həyatımıza maneəsiz təsir göstərməsinə yol verəndə o, daxilimizdə insanlara xoş təsir edən və Allaha izzət gətirən xüsusiyyətlər yetişdirir.

3. a) Ruhun rəhbərliyi altında yaşamaq üçün nə etməliyik? b) Biz hansı sualları nəzərdən keçirəcəyik?

3 Müqəddəs ruhun rəhbərliyi altında yaşamaq nəyə görə vacibdir? Çünki ruha qarşı çıxan başqa bir qüvvə bizə ağalıq etmək istəyir. Söhbət Müqəddəs Kitabda ‘bədən’ adlandırılan qüvvədən gedir və bu söz altında günahlı bədənimizin meyilləri, Adəmdən miras aldığımız qeyri-kamillik nəzərdə tutulur. (Qalatiyalılara 5:17 ayəsini oxu.) Elə isə, müqəddəs ruhun rəhbərliyi altında yaşamaq nə deməkdir? Günahlı bədənimizin meyillərini dəf etməyə bizə nə kömək edəcək? Gəlin bu sualları araşdıraq və ruhun bəhrəsinə daxil olan digər altı xüsusiyyəti — səbir, yaxşılıq, xeyirxahlıq, iman, həlimlik və təmkinliyi nəzərdən keçirək (Qalat. 5:22, 23).

Həlimlik və səbiryığıncaqda sülhü qoruyur

4. Həlimlik və səbir yığıncaqda sülhü necə qoruyur?

4 Koloslulara 3:12, 13 ayələrini oxu. Həlimlik və səbir yığıncaqda sülhün qorunmasında böyük rol oynayır. Hər iki xüsusiyyət bizə kömək edir ki, başqaları ilə mülayim davranaq, kimsə bizi qıcıqlandıranda sakitliyi qoruyaq, eləcə də başqaları söz və ya hərəkətləri ilə qəlbimizə toxunanda əvəz çıxmayaq. Əgər həmimanlımızla aramızda anlaşılmazlıq baş veribsə, səbir bizi ruhdan düşmədən problemi həll etmək üçün əlimizdən gələni etməyə təşviq edəcək. Həqiqətənmi yığıncaqda bu iki xüsusiyyəti təzahür etdirməyə ehtiyac var? Bəli, çünki hər birimiz qeyri-kamilik.

5. Pavellə Barnabanın arasında nə baş vermişdi və bu, nəyi göstərir?

5 Pavellə Barnabanın arasında baş verənləri yadımıza salaq. Onlar uzun illər ərzində birgə xoş xəbəri təbliğ edirdilər. Hər ikisinin tərifəlayiq xüsusiyyətləri var idi. Amma günlərin bir günü onların arasında ‘qızğın çəkişmə’ baş verdi və onlar bir-birindən ayrıldılar (Həv. iş. 15:36—39). Bu hadisə göstərir ki, hətta Allahın sadiq xidmətçiləri arasında belə fikir ayrılığı qaçılmazdır. Əgər iki məsihçi arasında anlaşılmazlıq baş veribsə, onlar nə edə bilərlər ki, söhbət qızğın mübahisəyə çevrilməsin və münasibətlərinə zərər dəyməsin?

6, 7. a) Həmimanlımızla söhbət qızğın mübahisəyə çevrilməsin deyə hansı Müqəddəs Kitab məsləhətinə əməl etməliyik? b) Yaqub 1:19, 20 ayələrindəki məsləhətə riayət etmək hansı faydanı gətirir?

6 Pavellə Barnaba arasındakı fikir ayrılığı qəflətən yarandı və bu, «qızğın çəkişməyə» səbəb oldu. Əgər məsihçi yaranmış problem barədə həmimanlısı ilə söhbət edərkən özündən çıxacağını hiss edirsə, yaxşı olardı ki, Yaqub 1:19, 20 ayələrindəki məsləhətə əsasən davransın. Bu ayələrdə deyilir: «Qoy hər bir insan eşitməyə hazır olsun, danışmağa və qəzəblənməyə tələsməsin. Çünki insanın qəzəbi onu Allahın tələb etdiyi salehliyə aparmır». Vəziyyətdən asılı olaraq, o, söhbəti dəyişə, müzakirəni başqa vaxta keçirə və ya mübahisə qızışmamış üzr istəyib oranı tərk edə bilər (Sül. məs. 12:16; 17:14; 29:11).

7 Bu məsləhətə riayət etməyin hansı faydası var? Bu arada o sakitləşə, məsələ barədə dua edə və həmimanlısına necə cavab verəcəyini götür-qoy edə bilər. Belə davranan məsihçi müqəddəs ruhun ona istiqamət verməsinə yol verir (Sül. məs. 15:1, 28). Müqəddəs ruhun təsiri altında o, həlimlik və səbir xüsusiyyətlərini təzahür etdirəcək. Onda ona Efeslilərə 4:26, 29 ayələrindəki məsləhətə riayət etmək asan olacaq. Orada oxuyuruq: «Qəzəblənsəniz də günah işləməyin... Qoy dilinizdən heç bir pis söz çıxmasın, ancaq zərurətə görə imanı möhkəmləndirən söz söyləyin ki, sizi dinləyənlərə fayda gətirsin». Həqiqətən də, həlimlik və səbir xüsusiyyətlərinə bürünəndə yığıncaqda birliyin və sülhün olmasında bizim də payımız olur.

Qoy yaxşılıq və xeyirxahlıqailənizə təravət gətirsin

8, 9. Yaxşılıq və xeyirxahlıq nədir və onlar evdə hansı ab-havanı yaradır?

8 Efeslilərə 4:31, 32; 5:8, 9 ayələrini oxu. İsti gündə mülayim külək və sərin su adama təravət verdiyi kimi, yaxşılıq və xeyirxahlıq da bizi təravətləndirir. Ailədə onlar xoş ab-hava yaradır. Yaxşılıq faydalı işlərdə və nəzakətli sözlərdə özünü büruzə verir. Ürəyi isindirən bu xüsusiyyət başqalarına səmimi maraqdan doğur. Yaxşılıq kimi, xeyirxahlıq da başqalarına fayda gətirən və əməllərdə təzahür olunan müsbət xüsusiyyətdir. Onun səciyyəvi cəhəti əliaçıqlıqdır (Həv. iş. 9:36, 39; 16:14, 15). Amma bu xüsusiyyət özünə daha çox şey daxil edir.

9 Xeyirxahlıq mənəvi cəhətdən qüsursuz olmaq deməkdir. Bu yalnız bizim əməllərimizlə yox, daxilən necə insan olmağımızla da bağlıdır. Ailəsi üçün meyvə doğrayan bir qadını təsəvvür edək. O, meyvələri dilimləyir və hər dilimin şirin və dəymiş, üzdə və içində çürük yerin olmadığına əmin olmaq üçün diqqətlə nəzərdən keçirir. Eynilə, müqəddəs ruhun yetişdirdiyi xeyirxahlıq da məsihçinin həyatının bütün sahələrinə təsir edir.

10. Məsihçi ailələrinə ruhun bəhrəsini yetişdirməyə nə kömək edəcək?

10 Ailələrində bir-biri ilə xeyirxahlıqla davranmağa və bir-birinə yaxşılıq etməyə məsihçilərə nə kömək edəcək? Bu məsələdə vacib rolu Allahın Kəlamının verdiyi dəqiq bilik oynayır (Kolos. 3:9, 10). Bəzi ailə başçıları ruhun bəhrəsini təşkil edən xüsusiyyətləri araşdırmağı həftəlik ailəvi ibadət proqramlarına daxil etmişlər. Onları araşdırmaq çətin deyil. Bunun üçün doğma dilində olan vəsaitlərdən istifadə edərək hər bir xüsusiyyət barədə material tap. Bir xüsusiyyət üçün bir neçə həftə ayıraraq hər həftə cəmi bir neçə abzas müzakirə etmək olar. Gətirilən ayələri oxumağı və ailənlə müzakirə etməyi unutma. Öyrəndiklərini tətbiq etməyə çalış və Yehovadan xahiş et ki, sənə xeyir-dua versin (1 Tim. 4:15; 1 Yəh. 5:14, 15). Bu, məsihçilərə ailələrində bir-birləri ilə daha yaxşı rəftar etməyə kömək edə bilərmi?

11, 12. İki məsihçi ailəsi xeyirxahlıq və yaxşılıq xüsusiyyətlərini araşdırmaqdan hansı faydanı əldə etdi?

11 Nikahlarını möhkəmləndirmək məqsədilə bir gənc ailə ruhun bəhrəsini daha dərindən araşdırmaq qərarına gəlmişdi. Bunun onlara hansısa xeyri dəydimi? Bacı deyir: «Biləndə ki, yaxşılıq xüsusiyyətinə sədaqət də daxildir, biz bir-birimizlə tamamilə başqa cür rəftar etməyə başladıq və indiyədək münasibətlərimiz dəyişməyib. Biz bir-birimizə güzəştə getməyi və bağışlamağı öyrəndik. Həmçinin oxuduqlarımız bizə yerində olaraq “çox sağ ol” və “üzr istəyirəm” deməyin vacibliyini dərk etməyə kömək etdi».

12 Vaxtilə aralarında problemlər olan digər cütlük isə münasibətlərində xeyirxahlığın çatışmadığını başa düşmüşdü. Onlar xeyirxahlığın nə demək olduğunu birgə araşdırmaq qərarına gəldilər. Ər bunun hansı bəhrələri gətirdiyini xatırlayaraq deyir: «Bu xüsusiyyəti araşdıranda anladıq ki, bir-birimizə həmişə şübhə ilə yanaşmaq əvəzinə, etibar etməli və bir-birimizin müsbət cəhətlərini görməliyik. Biz bir-birimizə qarşı daha diqqətli olmağa başladıq. Mən başa düşdüm ki, xeyirxah olmaq həm də yoldaşıma öz fikirlərini açıq söyləməyə imkan vermək və dediklərinə görə ondan inciməmək deməkdir. Bunun üçün mən qürurumu sındırmalı idim. Hər ikimiz xeyirxahlıq xüsusiyyətini əməldə göstərməyə başlayanda artıq özümüzə bəraət qazandırmağa, digərini isə borclu çıxartmağa son qoyduq. Bundan sonra ürəyimiz xeyli rahatlaşdı». Ruhun bəhrəsini araşdırmaq sənin də ailənə fayda gətirə bilər.

Təklikdə olarkən imanını göstər

13. Ruhaniliyimizə zərər dəyməsin deyə biz özümüzü nədən gözləməliyik?

13 Məsihçi həm camaat qarşısında, həm də təklikdə olanda aydın görünməlidir ki, ona müqəddəs ruh rəhbərlik edir. Bu gün Şeytan dünyasında iyrənc şəkillər və insanın əxlaqını pozan əyləncələr geniş yayılıb. Bu, bizim ruhaniliyimiz üçün təhlükəli ola bilər. Bəs məsihçi nə etməlidir? Allahın Kəlamı bizə nəsihət edir: «Özünüzü hər cür çirkabdan və pislikdən təmizləyin və sizi xilas etməyə qadir olan sözün qəlbinizdə əkilməsinə həlimliklə yol verin» (Yaq. 1:21). Görək ruhun bəhrəsinə daxil olan iman bizə Yehovanın gözündə təmiz qalmağa necə kömək edir.

14. İmansızlıq insanın pis yola qədəm qoymasına necə səbəb ola bilər?

14 Əgər bizdə əsil iman olarsa, Yehova bizim üçün real olacaq. Amma O, bizim üçün real deyilsə, biz asanlıqla səhv yola qədəm qoyacağıq. Qədim zamanlarda Allahın xalqı arasında baş verənləri xatırlayaq. Yehova Yezekel peyğəmbərə xalqının gizlində hansı işlərlə məşğul olduğunu göstərdi. Müqəddəs Kitabda deyilir: «Ey bəşər oğlu, görürsənmi İsrail nəslinin ağsaqqalları öz bütlərinin otaqlarında, qaranlıq yerlərdə nə edir? Ona görə ki onlar “Rəbb bizi görmür, Rəbb ölkəni tərk etdi” deyir» (Yez. 8:12). Problemin kökünün nədə olduğuna diqqət yetirdinmi? Onlar düşünürdülər ki, Yehova onların əməllərindən bixəbərdir. Yehova onlar üçün real deyildi.

15. Yehovaya iman etməyimiz bizi necə müdafiə edir?

15 İndi isə Yusifin nümunəsinə baxaq. Ailəsindən və xalqından uzaq düşsə də, o, Potifarın arvadı ilə yaxınlıq etməkdən imtina etdi. Nəyə görə? O demişdi: «Mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?» (Yar. 39:7—9). Bəli, Yehova onun üçün real idi. Əgər Allah bizim üçün də realdırsa, onda təklikdə əxlaqı pozan filmlərə, verilişlərə baxmayacağıq və Allahın zəhləsi getdiyi digər işlərlə məşğul olmayacağıq. Biz: «Təmiz ürəklə evimdə yaşayacağam, iyrənc şeylərdən gözümü çəkəcəyəm», — deyə oxuyan məzmurçu kimi, Allah qarşısında təmiz qalmağa qəti qərarlı olacağıq (Məz. 101:2, 3).

Təmkinli olmaqla ürəyini qoru

16, 17. a) «Süleymanın məsəlləri» kitabında qanmaz bir cavanın günahın tələsinə düşməsi necə təsvir olunur? b) Yaşımızdan asılı olmayaraq, bu, hər kəsin başına necə gələ bilər? (26-cı səhifədəki şəklə bax.)

16 Ruhun bəhrəsinə daxil olan sonuncu xüsusiyyət təmkinlikdir, yəni özünə hakim olmaqdır. Bu, bizə Allahın mühakimə etdiyi şeylərə «yox» deməyə və ürəyimizi qorumağa kömək edir (Sül. məs. 4:23). Süleymanın məsəlləri 7:6—23 ayələrində təsvir olunan bir hadisəyə nəzər salaq. Orada «qanmaz bir cavanı»n fahişənin hiyləsinə necə uyduğundan bəhs olunur. O, «qadının evinin tininə yaxın küçədən» keçən zaman onun tələsinə düşür. Ola bilsin, gənc sadəcə maraq xatirinə oradan keçmək fikrinə düşmüşdü. Hər şey çox tez baş verdi. O, axmaq yola qədəm qoyduğunu və bu yolun fəlakətə apardığını dərk etmirdi.

17 Bu gənc faciə ilə nəticələnən səhvdən necə qaçına bilərdi? «Onun yoluna dönmə» məsləhətinə əməl etməklə (Sül. məs. 7:25). Burada bizim üçün də dərs var: əgər müqəddəs ruhun bizə təsir etməsini istəyiriksə, özümüzü şirnikdirici vəziyyətlərə məruz qoymamalıyıq. Məsihçinin ‘qanmaz cavanın’ axmaq yoluna qədəm qoymasına nə gətirib çıxara bilər? Televiziya kanallarını ora-bura çevirmək və ya boş-boşuna İnternetdə bir səhifədən o biri səhifəyə keçmək. Bu zaman onun qarşısına təsadüfən ehtiras oyadan səhnələr çıxa bilər, yaxud da o, özü bilərəkdən belə səhnələri axtarmağa başlaya bilər. Ola bilsin, həmin insanda tədricən pornoqrafiyaya baxmaq kimi çirkin vərdiş yaransın. Nəticədə, bu, onun vicdanını ləkələyəcək və Allahla münasibətlərini pozacaq. Bu vərdiş hətta onun həyatı bahasına başa gələ bilər. (Romalılara 8:5—8 ayələrini oxu.)

18. Məsihçi ürəyini qorumaq üçün hansı tədbirləri görə bilər və bu, özünə hakim olmaqla necə əlaqəlidir?

18 Əlbəttə, əgər biz təsadüfən ədəbsiz şəkillərlə və səhnələrlə rastlaşırıqsa, onda özümüzü ələ alaraq dərhal bir tədbir görməliyik. Əmin ola bilərik ki, biz bunu bacaracağıq. Amma ən yaxşısı odur ki, şirnikdirici vəziyyətlərin yaranmasına ümumiyyətlə yol verməyək (Sül. məs. 22:3). Lazımi sərhədlər qoymaq və onları keçməmək üçün gərək özümüzə hakim olmağı bacaraq. Məsələn, kompüteri hamının görə biləcəyi yerdə işlətmək bizim üçün müdafiə ola bilər. Bəziləri yalnız başqalarının yanında kompüterdən istifadə etmək və ya televizora baxmaq, digərləri isə ümumiyyətlə İnternetə qoşulmamaq qərarına gəliblər. (Matta 5:27—30 ayələrini oxu.) Gəlin biz də özümüzü və ailəmizi qorumaq üçün əlimizdən gələni əsirgəməyək. Onda Yehovaya ‘sidqi-ürəkdən, təmiz vicdanla və riyasız imandan doğan məhəbbətlə’ ibadət edə biləcəyik (1 Tim. 1:5).

19. Müqəddəs ruhun həyatımıza rəhbərlik etməsinə yol vermək hansı xeyir-duaları gətirir?

19 Müqəddəs ruhun fəaliyyəti nəticəsində ərsəyə gələn bəhrənin bir çox faydası var. Həlimlik və səbir yığıncaqda sülhü qoruyur. Yaxşılıq və xeyirxahlıq ailəni daha xoşbəxt edir. İman və təmkinlik xüsusiyyətləri sayəsində isə bizim Yehova ilə münasibətlərimiz sıx olacaq və Onun qarşısında təmizliyi qoruyacağıq. Qalatiyalılara 6:8 ayəsində daha bir xeyir-dua yazılıb: «Ruh üçün əkən ruhdan əbədi həyat biçəcək». Bəli, Məsihin fidyə qurbanlığı sayəsində Yehova Onun ruhunun rəhbərliyi altında yaşayanlara gələcəkdə bu ruh vasitəsilə əbədi həyat bəxş edəcək.

Necə cavab verərdiniz?

• Həlimlik və səbir yığıncaqda sülhü necə qoruyur?

• Məsihçilərə ailələrində yaxşılıq və xeyirxahlıq xüsusiyyətlərini təzahür etdirməyə nə kömək edəcək?

• İman və təmkinlik sayəsində məsihçi ürəyini necə qoruya bilər?

[24-cü səhifədəki şəkil]

Söhbət qızğın mübahisəyə çevrilməsin deyə nə edə bilərsən?

[25-ci səhifədəki şəkil]

Müqəddəs ruhun bəhrəsini araşdırmaq hansı xeyir-duaları gətirir?

[26-cı səhifədəki şəkil]

İman və təmkinlik təzahür etdirərək hansı təhlükələrin qarşısını alacağıq?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş