Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 83 s. 194—s. 195 abz. 1
  • Allahın süfrəsində kimlər əyləşəcək?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın süfrəsində kimlər əyləşəcək?
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • Fəriseyin evində
    İsa Məsihin həyatı və xidməti
  • Hər şeydə birinci olmaq istəyirsən?
    Böyük Müəllimdən öyrən
  • Toy ziyafəti məsəli
    İsa Məsihin həyatı və xidməti
  • Padşah toy ziyafətinə qonaq dəvət edir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 83 s. 194—s. 195 abz. 1
Qonaqlığa kasıblar, şikəstlər, çolaqlar və korlar gəlib

FƏSİL 83

Allahın süfrəsində kimlər əyləşəcək?

LUKA 14:7—24

  • TƏVAZÖKARLIQ DƏRSİ

  • DƏVƏTLİ QONAQLAR BƏHANƏ TAPIRLAR

İsa Məsih hələ də fərisinin evindədir. O, bir az əvvəl bədəninə su yığılan adamı sağaldıb. Buradakı qonaqların süfrədə ən yaxşı yerləri seçdiklərini görəndə vəziyyətdən istifadə edib onlara təvazökarlıq dərsi verir:

«Kimsə səni toy məclisinə dəvət edəndə yuxarı başa keçmə. Ola bilsin, məclisə səndən daha adlı-sanlı bir adam çağırılıb. Belə olduqda toy yiyəsi gəlib sənə deyəcək: “Yerini bu adama ver”. Onda sən xəcalətlə aşağı başa keçməli olacaqsan» (Luka 14:8, 9).

Sonra İsa peyğəmbər deyir: «Səni bir yerə çağıranda aşağı başda otur. Məclis yiyəsi gəlib sənə deyəcək: “Qardaş, keç yuxarı başa”. Onda bütün qonaqların qarşısında hörmətli olarsan». Bu, sadəcə etiket qaydaları deyil. Peyğəmbər izah edir: «Çünki özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək» (Luka 14:10, 11). Bəli, o, dinləyicilərini təvazökar olmağa təşviq edir.

Sonra İsa peyğəmbər onu dəvət edən fərisiyə başqa bir şey öyrədir. O, hansı qonaqlığın Allaha xoş getdiyini izah edir: «Qonaqlıq verəndə evinə dostlarını, qohum-qardaşını və ya varlı-hallı qonşularını çağırma. Gün gələr, onlar da səni öz evlərinə dəvət edərlər, onda əvəz-əvəz olarsınız. Qonaqlıq verəndə evinə kasıbları, şikəstləri, çolaqları, korları çağır. Bax, onda xoşbəxt olacaqsan, çünki bu adamların sənə verməyə heç nələri yoxdur» (Luka 14:12—14).

Qohum-qonşunu, dost-tanışları qonaq dəvət etmək təbiidir, İsa peyğəmbər də bunun qəbahət olduğunu demir. Amma ehtiyac olanları, kasıbları, şikəstləri, çolaqları, korları dəvət etmək daha böyük nemət gətirir. Peyğəmbər ev yiyəsinə deyir: «Salehlər diriləndə əvəzini alacaqsan». Bunu eşidəndə qonaqlardan biri deyir: «Allahın Padşahlığında çörək yeyən nə xoşbəxtdir!» (Luka 14:15). O, bunun böyük şərəf olduğunu dərk edir. Amma əfsuslar olsun ki, bunu hər kəs başa düşmür. İsa peyğəmbərin növbəti sözləri bunu göstərir:

«Bir adam böyük bir ziyafət verməyə hazırlaşırdı. O, evinə çoxlu qonaq dəvət etmişdi... Bu adam nökərini göndərdi ki, onlara desin: “Hər şey hazırdır, gəlin”. Amma onların hamısı bəhanə gətirməyə başladı. Biri dedi: “Tarla almışam, gərək gedib ona baxım. Xahiş edirəm, məni üzrlü hesab elə”. Başqası dedi: “Beş cüt öküz almışam, onları yoxlamağa gedirəm. Nə olar, məni üzrlü say”. Başqa birisi dedi: “Təzəcə evlənmişəm, gələ bilmərəm”» (Luka 14:16—20).

Necə də boş bəhanələrdir! Tarlanı, yaxud kəli alanda yoxlayırlar, alandan sonra gedib baxmaq bir o qədər də təcili deyil. Üçüncü adam isə heç də evlənməyə hazırlaşmır. O artıq evlidir, evli olmaq da belə vacib dəvəti qəbul etməmək üçün səbəb deyil. Buna görə də ev yiyəsi qəzəblənib nökərinə deyir:

«Durma, tez şəhərin baş küçələrinə və yollara çıx, kasıbları, şikəstləri, korları və çolaqları yığ bura gətir». Bir azdan nökər gəlib deyir: «Ağa, əmrini yerinə yetirdim, amma hələ bir az da yer qalıb». Ağa nökərə deyir: «Yollarda, cığırlarda kimi tapsan hamını məcbur edib bura gətir ki, evim dolsun. Bunu bilin ki, qabaqcadan dəvət etdiyim qonaqlardan heç biri mənim şam yeməyimin dadına baxmayacaq» (Luka 14:21—24).

Bu məsəlin mənası odur ki, Yehova Allah İsa Məsihə səmavi Padşahlığa girmək üçün başqalarını da dəvət etməsini buyurur. Bu dəvəti ilk öncə yəhudilər, xüsusilə də, yəhudi din xadimləri almışdı. Lakin İsa Məsihin xidmət etdiyi dövrdə əksəriyyəti bu dəvəti rədd etdi. Amma dəvət olunanlar yalnız onlar olmadı. Məsih açıq aydın bildirdi ki, gələcəkdə ikinci dəvət veriləcək. Bu dəvət fağır yəhudi xalqına və prozelitlərə veriləcək. Sonuncu, üçüncü dəvət isə yəhudilərin Allah qarşısında natəmiz saydıqları xalqlara göndəriləcək (Həvarilərin işləri 10:28—48).

Bəli, İsa Məsihin dedikləri oradakı bir qonağın sözlərini təsdiqləyir: «Allahın Padşahlığında çörək yeyən nə xoşbəxtdir!»

  • İsa peyğəmbər təvazökarlıq barədə hansı dərsi verir?

  • Allaha xoş olan qonaqlıq hansıdır və onu verən nə üçün xoşbəxt olacaq?

  • İsa Məsihin böyük ziyafət barədə məsəli nəyi açıqlayır?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş