Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 85 s. 198—s. 199 abz. 3
  • Tövbə edənlərə görə sevinin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Tövbə edənlərə görə sevinin
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • İtmişlərin axtarışı
    İsa Məsihin həyatı və xidməti
  • İtmiş oğul qayıdır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Bir-birinizə qarşı məhəbbətiniz olsun
    Gözətçi qülləsi 2003
  • “Məndən öyrənin”
    Gözətçi qülləsi 2002
Əlavə
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 85 s. 198—s. 199 abz. 3
Qadın itmiş gümüş pulunu tapdığı üçün sevinir

FƏSİL 85

Tövbə edənlərə görə sevinin

LUKA 15:1—10

  • İTMİŞ QOYUN VƏ İTMİŞ DİRHƏM MƏSƏLİ

  • MƏLƏKLƏR SEVİNİR

Xidmət etdiyi vaxt İsa peyğəmbər dəfələrlə təvazökarlığın vacibliyini vurğulayıb (Luka 14:8—11). O, Allaha ibadət etmək istəyən təvazökar insanları cidd-cəhdlə axtarır. İndi də onların arasında ehtimal ki, hamının günahkar kimi tanıdığı adamlar var.

Alnında qutu asılmışmış bu yəhudi həqarətlə baxır

Fərisilərlə mirzələr görürlər ki, onların adam yerinə qoymadıqları insanlar İsa peyğəmbərin yanına gəlib ona qulaq asırlar. Onlar deyinirlər: «Bu adam günahlılarla oturub-durur, onlarla çörək kəsir» (Luka 15:2). Fərisilər və mirzələr adi adamlara yuxarıdan aşağı baxırlar, onları ayaq altındakı toz sayırlar. Belə adamları «torpaq adamları» (ibranicə amhaarets) adlandıraraq onlara həqarətlə baxdıqlarını göstərirlər.

İsa Məsih isə hər kəsə hörmət, xeyirxahlıq və şəfqət göstərir. Buna görə də adi adamlar, hətta pis əməlləri ilə tanınanlar da onu həvəslə dinləyirlər. Görəsən, bu cür insanlara kömək əli uzatdığı üçün fərisilərin tənqidinə tuş gələn Məsih onlara necə cavab verəcək?

Bunu onun çəkdiyi məsəldən görmək olar. O, Kəfərnahumda buna bənzər məsəl çəkmişdi (Mətta 18:12—14). İsa Məsih öz məsəlində fərisiləri onların baxışları ilə qələmə verir. Fərisilər özlərini saleh hesab edir və əmindirlər ki, Allahın sürüsündədirlər, rəzil «torpaq adamları» isə yolu azıb itiblər. İsa peyğəmbər deyir:

Çoban itmiş qoyununu tapdığı üçün sevinir və onu çiynində daşıyaraq əzirləyir

«Sizdən kiminsə yüz qoyunu olsaydı və onlardan biri itsəydi, məgər doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapana kimi gedib onu axtarmazdı? Onu tapanda çiyninə qoyub sevinə-sevinə evinə qayıdar, qonum-qonşunu çağırıb deyərdi: “Mənimlə birgə sevinin, çünki itmiş qoyunumu tapmışam”» (Luka 15:4—6).

İsa peyğəmbər bu sözlərlə nə demək istəyir? O izah edir: «Bunu bilin ki, göydə tövbə edən bir günahkardan ötrü tövbəyə ehtiyacı olmayan doxsan doqquz salehdən daha çox sevinəcəklər» (Luka 15:7).

Məsihin tövbə barədə danışması fərisiləri oyatmalıdır. Fərisilər özlərini saleh saydıqlarından tövbəyə də ehtiyac duymadıqlarını düşünürlər. İki il bundan əvvəl onlardan bəziləri İsa peyğəmbərin vergiyığanlar və günahlılarla çörək kəsdiyinə görə ittiham edəndə o demişdi: «Mən salehləri yox, günahlı adamları çağırmağa gəlmişəm» (Mark 2:15—17). Tövbəyə möhtac olduqlarını dərk etməyən özündənrazı fərisilərə görə göydə heç kim sevinmir; əsil tövbə edən günahlılar isə göylərə sevinc gətirir.

İsa peyğəmbər tövbə edən bir günahkarın göydə sevinc gətirdiyini vurğulamaq üçün daha bir məsəl çəkir: «On gümüş pulu olan hansı qadın pulun birini itirərsə, çırağı yandırıb evi süpürməz və onu tapana qədər diqqətlə axtarmaz? Pulu tapanda rəfiqələrini və qonşularını çağırıb deyər: “Mənimlə birgə sevinin, çünki itirdiyim gümüş pulu tapmışam”» (Luka 15:8, 9).

İtmiş qoyun məsəli ilə bu məsəlin tətbiqi eynidir. O deyir: «Bunu bilin ki, Allahın mələkləri də tövbə etmiş bir günahkardan ötrü belə sevinirlər» (Luka 15:10).

Allahın mələklərinin yolunu azmış adamların geri qayıtmasına bu cür maraq göstərmələri necə də xoşdur! Maraqlısı da odur ki, tövbə edən bu günahkarlar Allahın Padşahlığında oturub göydə mələklərdən də yüksək mövqe tutacaqlar! (1 Korinflilərə 6:2, 3). Lakin mələklər onların paxıllığını çəkmir. Bəs hansısa günahkar insan tövbə edib Allaha tərəf dönəndə biz buna necə yanaşmalıyıq?

  • Nəyə görə İsa peyğəmbər günahlı sayılan adamlarla oturub-durur?

  • Fərisilər adi insanlara və İsa peyğəmbərin bu cür insanlarla oturub-durmasına necə baxırlar?

  • İki məsəl əsasında İsa Məsih nəyi öyrədir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş