Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 85
  • İtmişlərin axtarışı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İtmişlərin axtarışı
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Tövbə edənlərə görə sevinin
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • “Məndən öyrənin”
    Gözətçi qülləsi 2002
  • Vergiyığan şagirdliyə çağırılır
    İsa Məsihin həyatı və xidməti
  • Mətta şagird olmağa dəvət olunur
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 85

Fəsil 85

İtmişlərin axtarışı

İSA MƏSİH Allaha xidmət etmək istəyən təvazökar insanları cidd-cəhdlə axtarır. Buna görə də o, hər kəslə, o cümlədən qatı günahkarlarla da Allahın Padşahlığı barədə danışır. İndi də belə adamlar onu dinləmək üçün yanına gəliblər.

Fəriseylərlə mirzələr adam yerinə qoymadıqları bu insanlarla İsanın ünsiyyət etdiyini görəndə onu gözdən salmaq üçün deyinməyə başlayırlar: «Bu adam günahlılarla oturub-durur və onlarla bir yerdə çörək yeyir». Onların fikrincə, adam özünü bu qədər alçaltmamalıdır. Fəriseylər və mirzələr sadə adamlara ayaq altındakı toz kimi baxırlar. Belə adamları «torpaq adamları» (ibranicə amhaarets) adlandıraraq təhqir edirlər.

İsa Məsih isə hər kəsə hörmət, xeyirxahlıq və şəfqət göstərir. Buna görə də sadə adamlar, hətta pis əməl sahibləri də onu həvəslə dinləyirlər. Görəsən, İsa fəriseylərin tənqidinə necə yanaşacaq?

İsa bir məsəl çəkir. O, söhbəti fəriseylərin baxışlarından başlayır, axı onlar özlərini saleh hesab edir və əmindirlər ki, Allahın sürüsündədirlər, bu rəzil «torpaq adamları» isə yolu azıb itmişlər. Görək İsa fəriseylərdən nə soruşur:

«Sizdən kiminsə yüz qoyunu olsaydı və onlardan birini itirsəydi, məgər doxsan doqquzunu çöldə qoyub, itmiş qoyunu tapana kimi gedib onu axtarmazdı? Onu tapanda çiyninə qoyub sevinə-sevinə evinə qayıdar, qonum-qonşunu çağırıb deyərdi: “Mənimlə birgə sevinin, çünki itmiş qoyunumu tapmışam”».

İsa bu nümunəni belə izah edir: «Bunu bilin ki, göydə tövbə edən bir günahkardan ötrü tövbəyə ehtiyacı olmayan doxsan doqquz salehdən daha çox sevinəcəklər».

Fəriseylər özlərini saleh saydıqlarından tövbəyə də ehtiyac duymadıqlarını düşünürlər. İki il bundan əvvəl onlardan bəziləri İsanı vergiyığanlar və günahlılarla çörək kəsdiyinə görə ittiham edəndə o demişdi: «Mən salehləri yox, günahlı adamları çağırmağa gəlmişəm». Tövbəyə möhtac olduqlarını dərk etməyən özündən razı fəriseylərə görə göydə heç kim sevinmir; əsil tövbə edən günahlılar isə göylərə sevinc gətirir.

İsa itmiş günahkarların geri qayıtmasının böyük sevinc gətirdiyini bir daha vurğulamaq məqsədi ilə növbəti məsəli çəkir: «On gümüş pulu olan hansı qadın pulun birini itirərsə, çırağı yandırıb onu tapana qədər evini süpürüb diqqətlə axtarmaz? Pulu tapanda rəfiqələrini və qonşularını çağırıb deyəcək: “Mənimlə birgə sevinin, çünki itirdiyim gümüş pulu tapmışam”».

İsa bunu da əvvəlkinə bənzər şəkildə izah edir: «Bunu bilin ki, Allahın mələkləri də tövbə etmiş bir günahkardan ötrü belə sevinirlər».

Allahın mələklərinin itmiş günahkarların geri qayıtmasına bu cür məhəbbət dolu qayğı göstərmələri necə də xoşdur! Bu həm də ona görə xoşdur ki, bir vaxtlar adam sayılmayan, təhqir edilən «torpaq adamları» nəhayətdə Allahın Padşahlığında oturacaqlar. Onlar göydə mələklərdən də yüksək mövqe tutacaqlar! Mələklər isə nə paxıllıq çəkir, nə də ki inciyirlər. Əksinə, onlar təvazökarcasına etiraf edirlər ki, həyatda müxtəlif çətinliklərlə üzləşmiş və onların öhdəsindən gəlmiş bu günahlı adamlar canıyanan, mərhəmətli səmavi padşah və kahinlər kimi xidmət edə biləcəklər. Luka 15:1—10; Matta 9:13; 1 Korinflilərə 6:2, 3; Vəhy 20:6.

▪ İsa günahlı sayılan adamlarla nə üçün oturub-durur və fəriseylər onu necə ittiham edirlər?

▪ Fəriseylər sadə adamlara necə baxırlar?

▪ İsa hansı məsəlləri çəkir və onlardan nə öyrənirik?

▪ Mələklərin sevinci nəyə görə diqqətəlayiqdir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş