Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/2 s. 14—18
  • ‘Ruh və gəlin deyir: «Gəl!»’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Ruh və gəlin deyir: «Gəl!»’
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Dəvət
  • Gəlin deyir: «Gəl!»
  • «Qoy eşidən... desin: “Gəl!”»
  • Ruh deyir: «Gəl!»
  • Onlar deyirlər: «Gəl!»
  • «Gəl» deməyə davam edin
  • Ruha görə hərəkət et və həsr olunmağına uyğun yaşa
    Gözətçi qülləsi 2010
  • Xatirə Gecəsini bəyan etmək üçün xüsusi kampaniya!
    Müqəddəs ibadətimiz 2009
  • Əbədi həyata qovuşduran su
    Gözətçi qülləsi 2008
  • Quzunun toy günündə sevinin!
    Gözətçi qülləsi 2014
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/2 s. 14—18

‘Ruh və gəlin deyir: «Gəl!»’

«Ruh və gəlin də deyirlər: “Gəl!”... Susayan qoy gəlsin, arzu edən qoy həyat suyunu müftə götürsün» (VƏHY 22:17).

1, 2. Padşahlığın maraqları həyatımızda hansı yeri tutmalıdır və nə üçün?

PADŞAHLIĞIN maraqları həyatımızda hansı yeri tutmalıdır? İsa davamçılarını ilk növbədə ‘Allahın Səltənətini axtarmağa’ təşviq edərək onları əmin etdi ki, əgər belə etsələr, Allah onların bütün ehtiyaclarını təmin edəcək (Mat. 6:25—33). İsa Allahın Padşahlığını çox qiymətli mirvariyə bənzətmişdi; onu tapan tacir «bütün varını satıb, onu satın aldı» (Mat. 13:45, 46). Padşahlığın təbliği və şagird hazırlamaq işi həyatımızda ən vacib yeri tutmalı deyilmi?

2 Ötən iki məqalədən gördüyümüz kimi, cəsarətlə danışmağımız və xidmətdə Allahın Kəlamından məharətlə istifadə etməyimiz Allahın ruhunun bizi idarə etdiyini göstərir. Bu ruh həm də Padşahlığın təbliği işində müntəzəm iştirak etməyimizdə vacib rol oynayır. Gəlin görək, necə.

Dəvət

3. Bütün insanlar hansı sudan içməyə dəvət olunurlar?

3 İnsanlar müqəddəs ruh vasitəsilə dəvət alırlar. (Vəhy 22:17 ayəsini oxu.) Onlar ‘gəlib’ xüsusi su ilə susuzluqlarını yatırmağa dəvət olunurlar. Haqqında danışdığımız su iki hidrogen və bir oksigen atomundan ibarət olan adi su deyil. Su yer üzündə həyatın mövcudluğu üçün vacib olsa da, İsa quyu başında samariyalı qadınla danışarkən başqa suyu nəzərdə tuturdu: «Mənim verəcəyim sudan isə kim içərsə, əsla susamaz, ona verəcəyim su onda əbədi həyata qovuşduran su mənbəyi olacaqdır» (Yəh. 4:14). İnsanların içməyə dəvət olunduqları bu qeyri-adi su əbədi həyat verir.

4. Həyat suyuna ehtiyac nəyə görə yarandı və bu su nəyi təmsil edir?

4 Bu suya ehtiyac ilk insan Adəm Yaradanları Yehova Allaha qarşı itaətsizlikdə arvadı Həvvaya qoşulduğu zaman yarandı (Yar. 2:16, 17; 3:1—6). İlk ər-arvad cənnət bağından qovuldu ki, Adəm «əlini uzadaraq həyat ağacının meyvəsindən dərib yeməsin və əbədi yaşamasın» (Yar. 3:22). Sonra bəşəriyyətin ulu babası Adəm ölümü bütün insanlara ötürdü (Rom. 5:12). Həyat suyu Allahın itaətkar insanları günah və ölümdən azad etmək və onlara yerüzü Cənnətdə sonsuz kamil həyat bəxş etmək üçün gördüyü bütün tədbirləri təmsil edir. Bütün bu tədbirlər İsa Məsihin fidyə qurbanlığı sayəsində mümkündür (Mat. 20:28; Yəh. 3:16; 1 Yəh. 4:9, 10).

5. ‘Gəl, həyat suyunu müftə götür’ dəvəti kimdəndir? İzah edin.

5 ‘Gəl, həyat suyunu müftə götür’ dəvəti kimdəndir? Məsihin Minillik Hökmranlığı zamanı İsa vasitəsilə görülən bütün tədbirlər bəşəriyyət üçün tamamilə əlçatan olanda onlar ‘büllur kimi parlaq, təmiz həyat suyu axan çaya’ çevriləcək. Görüntüdə təsvir olunduğu kimi, bu çay ‘Allahın və Quzunun taxtından çıxır’ (Vəhy 22:1). Beləliklə, Həyatverənimiz Yehova həyatverici elementlərdən ibarət olan suyun Mənbəyidir (Məz. 36:9). Bu suyu ‘Quzu’ — İsa Məsih vasitəsilə verən yeganə Şəxs Odur (Yəh. 1:29). Bu simvolik çay Adəmin itaətsizliyi nəticəsində bəşəriyyətə vurulan bütün zərəri aradan qaldırmaq üçün Yehovanın gördüyü tədbirləri təmsil edir. Bəli, «gəl» deyə dəvət edən Yehova Allahdır.

6. ‘Həyat suyu axan çay’ nə vaxt axmağa başlayıb?

6 Düzdür, ‘həyat suyu axan çay’ Məsihin Minillik Hökmranlığı zamanı gur axacaq, ancaq bu çay artıq 1914-cü ildən — ‘Quzu’ göydə taxta oturduğu andan başlayan «Rəbbin günündə» axmağa başlayıb (Vəhy 1:10). Deməli, yaşamaq üçün görülən tədbirlərin bəziləri o vaxtdan bəri əlçatandır. Buraya Allahın Kəlamı olan Müqəddəs Kitab daxildir, çünki orada yazılan xəbər «su» adlandırılır (Efes. 5:26). ‘Həyat suyunu götürmək’ dəvəti hamıya ünvanlanıb; onu götürmək üçün Padşahlıq haqqında xoş xəbəri eşitmək və onu qəbul etmək lazımdır. Bəs Rəbbin günündə bu dəvəti insanlara kimlər çatdırır?

Gəlin deyir: «Gəl!»

7. «Rəbbin günündə» «gəl» deyə ilk dəvət edən kimlər olmalıdır və onların bu dəvəti kimlərə ünvanlanıb?

7 «Gəl» deyə ilk dəvət edən gəlin sinfinin üzvləri — ruhla məsh olunmuş məsihçilər olmalıdır. Bəs onlar kimləri dəvət etməlidirlər? Təbii ki, özlərini yox. Gəlin sinfinin sözləri «Allahın böyük günündə baş verəcək... Har-Megidon» müharibəsindən sonra yer üzündə yaşamaq ümidinə malik olan insanlara ünvanlanıb. (Vəhy 16:14, 16 ayələrini oxu.)

8. Məsh edilmiş məsihçilərin artıq 1918-ci ildən Yehovanın dəvətini çatdırdığını nə göstərir?

8 Məsihin məsh olunmuş davamçıları artıq 1918-ci ildən dəvət etməyə başlayıblar. Həmin il «Hal-hazırda yaşayan milyonlarla insanın heç vaxt ölməmək imkanı var» adlı açıq məruzədə Har-Megidon müharibəsindən sonra çoxlarının yer üzündə əbədi yaşayacaqları açıqlandı. Müqəddəs Kitab Tədqiqatçılarının 1922-ci ildə Sidar-Pointdə (Ohayo, ABŞ) keçirilən konqresində səslənən məruzədə dinləyicilər ‘Padşahı və onun Padşahlığını bəyan etməyə’ təşviq olundular. Bu çağırış gəlin sinfinin qalığını bu dəvəti daha çox insanlara çatdırmağa təşviq etdi. «Gözətçi Qülləsi»nin 1929-cu il 15 mart sayında (ing.) Vəhy 22:17 ayəsinə əsaslanan «Səmimi dəvət» adlı məqalə çap olunmuşdu. Orada deyilirdi: «Sadiq qalıq sinfi [Haqq-Taalanın] səmimi dəvət[in]ə qoşularaq “gəl” deyir. Bu xəbər salehliyi və həqiqəti arzulayan insanlara çatdırılmalıdır. Bunu indi etmək lazımdır». Gəlin sinfi bu dəvəti bizim günlərədək insanlara çatdırmağa davam edir.

«Qoy eşidən... desin: “Gəl!”»

9, 10. «Gəl» dəvətini eşidənlər «gəl» deməyə necə dəvət olunurdular?

9 Bəs «gəl» dəvətini eşidənlər necə? Onlar da «gəl» deməyə dəvət olunurlar. Məsələn, «Gözətçi Qülləsi» jurnalının 1932-ci il 1 avqust sayının (ing.) 232-ci səhifəsində deyilirdi: «Qoy məsh olunmuşlar padşahlıq haqqında xoş xəbərin təbliğində iştirak etmək istəyən hər kəsi ruhlandırsın. Rəbbin xəbərini bəyan etmək üçün onların Rəbb tərəfindən məsh edilmələri şərt deyil. Bu həyat suyunu Har-Megidondan sağ keçiriləcək və əbədi həyat bəxş ediləcək çoxsaylı insanlara çatdırmağa icazə verildiyini bilmək Yehovanın şahidləri üçün çox ruhlandırıcıdır».

10 Bu dəvəti eşidənlərin də «gəl» demək məsuliyyəti daşıdığına işarə edərək «Gözətçi Qülləsi»nin 1934-cü il 15 avqust sayının (ing.) 249-cu səhifəsində deyilirdi: «Yehonadav sinfinə mənsub olanlar Yehunun təmsil etdiyi məsh olunmuşlar sinfi ilə getməli və Yehovanın məsh olunmuş şahidləri olmasalar da, padşahlığın xəbərini bəyan etməlidirlər». 1935-ci ildə Vəhy 7:9—17 ayələrində haqqında danışılan ‘böyük izdihamın’ kim olduğu bəlli oldu. Bu, Allahın dəvətinin insanlara çatdırılması işinə böyük təkan verdi. O vaxtdan bəri sayı get-gedə artan və hal-hazırda yeddi milyondan çox olan Allahın həqiqi xidmətçiləri bu dəvəti qəbul etmişlər. Onlar bu xəbəri minnətdarlıqla dinlədikdən sonra özlərini Allaha həsr edib, vəftiz olundular və gəlin sinfinə qoşularaq ‘gəl, həyat suyunu müftə götür’ dəvətini başqalarına fəal surətdə çatdırmağa başladılar.

Ruh deyir: «Gəl!»

11. Eramızın birinci əsrində müqəddəs ruh təbliğ işində hansı rolu oynayırdı?

11 İsa Nazaretdə sinaqoqda təbliğ edərkən Yeşaya peyğəmbərin tumarını açıb bu sözləri oxudu: «Rəbbin Ruhu üzərimdədir, çünki yoxsullara Müjdəni bildirmək üçün O Məni məsh etdi və göndərdi ki, qəlbi sınıq olanlara şəfa verim, əsirlərə hürr olacaqlarını, korlara gözlərinin açılacağını təbliğ edim, əzilənləri azad edim, Rəbbin lütf ilini elan edim». Sonra: «Eşitdiyiniz bu yazı bu gün icra edildi»,— deyərək oxuduqlarını özünə tətbiq etdi (Luka 4:17—21). Göyə qalxmazdan əvvəl İsa şagirdlərinə dedi: «Müqəddəs Ruh üzərinizə endikdən sonra... qüdrət alacaqsınız. Və... dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız» (Həv. iş. 1:8). Birinci əsrdə müqəddəs ruh təbliğ işində çox mühüm rol oynayırdı.

12. Bizim günlərdə dəvət çatdırmaq işində Allahın ruhu hansı rolu oynayır?

12 Allahın müqəddəs ruhu bizim günlərdə dəvətin insanlara çatdırılmasında hansı rolu oynayır? Yehova müqəddəs ruhun Mənbəyidir. O, ruhundan istifadə edərək gəlin sinfinin ürəyini və zehnini açır ki, onun üzvləri Allahın Kəlamı olan Müqəddəs Kitabı başa düşsünlər. Ruh onları bu dəvəti insanlara çatdırmağa və yerüzü Cənnətdə əbədi yaşamaq ümidinə malik olanlara Müqəddəs Kitab həqiqətlərini izah etməyə təşviq edir. Bəs bu dəvəti qəbul edən, İsa Məsihin şagirdi olan və onu başqa insanlara çatdıranlar haqqında nə demək olar? Onlara da müqəddəs ruh kömək edir. Onlar ‘Müqəddəs Ruh ismilə vəftiz edilərək’ (İ—93) onun rəhbərliyinə uyğun hərəkət edir və köməyinə bel bağlayırlar (Mat. 28:19). Məsh olunmuşların və sayı get-gedə artan ‘böyük izdihamın’ təbliğ etdiyi xəbər barədə də düşünün. Bu xəbər Müqəddəs Kitaba — birbaşa Allahın ruhunun təsiri altında yazılan kitaba əsaslanıb. Deməli, haqqında danışılan dəvət müqəddəs ruh vasitəsilə çatdırılır. Mahiyyət etibarilə, bizi müqəddəs ruh yönəldir. Bu, bizim dəvət çatdırmaq işində nə qədər iştirak etməyimizə necə təsir etməlidir?

Onlar deyirlər: «Gəl!»

13. Vəhy 22:17 ayəsindəki «Ruh və gəlin... deyirlər: “Gəl!”» ifadəsi nəyə işarə edir?

13 «Ruh və gəlin» sadəcə bir dəfə «gəl» demirlər. Burada istifadə olunan fel davamedici formadadır. Bu, Allahın dəvətinin müntəzəm səsləndiyinə işarə edir. Bu dəvəti eşidib qəbul edənlər haqda nə demək olar? Onlar da «gəl» deyirlər. Allahın həqiqi xidmətçilərindən ibarət böyük izdiham haqda deyilir ki, onlar Yehovanın «məbədində gecə-gündüz Ona xidmət edirlər» (Vəhy 7:9, 15). «Gecə-gündüz» dedikdə nə nəzərdə tutulur? (Luka 2:36, 37; Həvarilərin işləri 20:31; 2 Salonikililərə 3:8 ayələrini oxu.) Yaşa dolmuş Anna peyğəmbərin və həvari Pavelin nümunələri göstərir ki, «gecə-gündüz» xidmət etmək müntəzəm və səylə xidmət etmək mənasını daşıyır.

14, 15. Danielin nümunəsindən müntəzəm ibadət etməyin vacibliyi necə görünür?

14 Daniel peyğəmbərin nümunəsindən də ibadətdə müntəzəm olmağın vacibliyi görünür. (Daniel 6:4—10, 16 ayələrini oxu.) O, şirlər quyusuna atılmaq təhlükəsinə baxmayaraq, heç bir aylıq da olsa, ibadətində dəyişiklik etmədi — «əvvəllər etdiyi kimi gündə üç dəfə» Yehovaya dua etmək vərdişindən əl çəkmədi. Daniel bu davranışı ilə onu güdənlərə Yehovaya müntəzəm ibadət etməkdən başqa heç nəyin vacib olmadığını necə də aydın göstərdi! (Mat. 5:16).

15 Daniel bütün gecəni şirlər quyusunda keçirdikdən sonra səhəri gün padşah oraya gəlib ucadan dedi: «Ey Daniel, var olan Allahın qulu! Daim qulluq etdiyin Allahın səni şirlərdən qurtara bildimi?» Daniel dərhal cavab verdi: «Qoy padşah həmişə sağ olsun! Allahım öz mələyini göndərib şirlərin ağzını bağladı və onlar mənə toxunmadı, çünki mənim Allahın önündə təqsirsiz olduğum bilindi. Ey padşah, sənə qarşı da heç bir cinayət etməmişəm». Daniel Yehovaya «daim» xidmət etdiyinə görə xeyir-dualandırıldı (Dan. 6:19—22).

16. Danielin nümunəsi xidmətdə iştirak etməklə əlaqədar özümüzə hansı sualları verməyə təşviq etməlidir?

16 Daniel ibadətindən — ruhani işlərindən qalmamaq üçün ölümə belə getməyə hazır idi. Bəs bizim haqqımızda nə demək olar? Allahın Padşahlığı haqqında xoş xəbəri müntəzəm təbliğ etmək üçün biz hansı qurbanları veririk, yaxud verməyə hazırıq? Biz Yehova haqda danışmağa bir ay belə ara verməməliyik! Məgər biz imkan daxilində hər həftə xidmətdə iştirak etməyə çalışmalı deyilikmi? Əgər fiziki məhdudiyyətlərimiz ucbatından ayda cəmi 15 dəqiqə təbliğ etsək belə, hesabatı mütləq vermək lazımdır. Nəyə görə? Çünki ruh və gəlinlə bərabər, biz də daima «gəl» demək istəyirik. Bəli, Padşahlığın daimi təbliğçisi olmaq üçün biz əlimizdən gələni etmək əzmindəyik.

17. Yehovanın dəvətini insanlara çatdırmaq üçün biz hansı imkanları əldən verməməliyik?

17 Biz Yehovanın dəvətini insanlara yalnız xidmətə ayırdığımız vaxtlarda yox, hər fürsət düşəndə çatdırmağa çalışmalıyıq. Məsələn, alış-veriş edərkən, işdə və ya məktəbdə, səyahətdə və ya məzuniyyətdə olarkən həqiqətə susayanları ‘gəlib, həyat suyunu müftə götürməyə’ dəvət etmək bizim üçün şərəfdir. Hətta hakimiyyət tərəfindən təbliğ işimizə məhdudiyyət qoyulsa da, biz ehtiyatla işimizi davam etdiririk, ola bilsin, sahəmizdə bütün qapıları döymürük və ya daha çox qeyri-formal şəkildə təbliğ edirik.

«Gəl» deməyə davam edin

18, 19. Allahın əməkdaşı olmaq şərəfini qiymətləndirdiyini necə göstərirsən?

18 Doxsan ildən çoxdur ki, ruh və gəlin həyat suyuna susayanları «gəl» deyə dəvət edir. Sən onların bu sevindirici dəvətini eşitmisənmi? Onda bu dəvəti sən də başqalarına çatdırmalısan.

19 Biz bilmirik, Yehovanın bu məhəbbət dolu dəvəti hələ nə qədər səslənəcək, amma əgər biz də «gəl» deyə dəvət ediriksə, onda biz Allahın əməkdaşlarıyıq (1 Kor. 3:6, 9). Bu necə də böyük şərəfdir! Gəlin onu qiymətləndirdiyimizi göstərək və müntəzəm təbliğ etməklə ‘həmişə Allaha həmd qurbanı təqdim edək’ (İbr. 13:15). Qoy yerüzü ümidinə malik olanlar gəlin sinfi ilə birgə daim «gəl» desinlər. Və qoy daha çox insan «həyat suyunu müftə götürsün»!

Siz nə öyrəndiniz?

• «Gəl» deyə dəvət olunanlar kimlərdir?

• Nəyə görə demək olar ki, «gəl» dəvəti Yehovadandır?

• Müqəddəs ruh «gəl» dəvətinin çatdırılmasında hansı rolu oynayır?

• Nəyə görə xidmətdə müntəzəm olmağa çalışmalıyıq?

[16-cı səhifədəki şəkil/hesabat]

(Mətnə nəşrdə baxın)

«Gəl!» deyə dəvət edirlər

1914

5 100 təbliğçi

1918

Çoxları yerüzü Cənnətdə yaşayacaq

1922

«Padşahı və onun padşahlığını bəyan edin, bəyan edin, bəyan edin»

1929

Sadiq qalıq deyir: «Gəl!»

1932

Məsh olunmayanlar da «gəl» deməyə dəvət olunurlar

1934

Yehonadav sinfi təbliğ etməyə dəvət olunur

1935

‘Böyük izdihamın’ kimliyi bəlli olur

2009

7 313 173 təbliğçi

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş