MƏSİHİ HƏYATI
Dəyişikliklər olanda belə, ayıq-sayıq və fəal olun
Həyatımızda həmişə dəyişikliklər baş verir, bundan qaçmaq qeyri-mümkündür, ələlxüsus da axırzamanda (1Kr 7:31). Yaxşı və ya pis olmasından asılı olmayaraq, istənilən dəyişiklik bizim ibadətimizə əngəl törədə, Yehova ilə münasibətimizə təsir edə bilər. Bəs həyatımızda dəyişikliklər baş verəndə nəyin sayəsində ruhani cəhətdən ayıq-sayıq qalmaq olar? «Köçərkən ruhani cəhətdən möhkəm qalın» adlı videoya baxandan sonra növbəti sualları cavablandırın:
Bir qardaş ailə başçısına hansı məsləhəti verdi?
Mətta 7:25 ayəsindəki prinsip ailənin düşdüyü vəziyyətə necə aiddir?
Ailə köçməzdən əvvəl nə etdi və bu, onlara necə kömək etdi?
Nəyin sayəsində ailə yeni yığıncağa və əraziyə öyrəşə bildi?
Bu yaxınlarda həyatımda hansı dəyişikliklər baş verib?
Bu videodakı hansı prinsiplər mənim vəziyyətimə aiddir?