NƏĞMƏ 85
Bir-birimizə qarşı mehriban olaq
Çap versiyası
1. Bu görüşə siz xoş gəlmisiniz,
Haqqı tapmaqdır istəyiniz.
Rəbb səsləyir bizi həqiqətə,
Şükranla hay verək ilahi dəvətə.
2. Çox minnətdarıq bu birlik üçün,
Gərək hər kəs mehriban olsun.
Gəl qədrini bilək qardaşlığın,
Bura gələnlərə biz deyək: «Xoş gəldin!»
3. Rəbb çağırır bax cümlə-bəşəri,
Sevir qəlbi saf insanları.
O cəlb edibdir hər birimizi,
Aramızda olsun qoy qardaş sevgisi.
(Həmçinin baxın: Yəh. 6:44; Filip. 2:29; Vəhy 22:17.)