NƏĞMƏ 106
Ürəyimizdə məhəbbət yetişdirək
Çap versiyası
1. Rica edək duada Rəbdən
Onun hüsnü əks olsun bizdə.
Ruhun əsas bəhrəsi sevgi
Ülvidir, o qalacaq baqi.
Olsaq da biz çox qoçaq, elmli,
Biz heç nəyik, əgər yox sevgi.
Olsun gerçək məhəbbət qəlbdə,
Belə ürək xoş olar Rəbbə.
2. İnsan sevdikcə xoşbəxt olur,
Sevən qəlbi məmnunluq duyur.
Bəsləmir o, qəlbində nifrət,
O əfv edir, qorunsun vəhdət.
Bil, hər şeyə məhəbbət dözər,
Ağır yükə də o tab eylər.
Çətin anda yadında saxla,
Gerçək sevgi tükənməz əsla.
(Həmçinin baxın: Yəh. 21:17; 1 Kor. 13:13; Qal. 6:2.)