Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr18 oktyabr s. 1—6
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2018
  • Başlıqlar
  • 1—7 OKTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 9, 10
  • «İsa sürüsünün qeydinə qalır»
  • nwtsty-E media
  • Qoyun ağılı
  • cf-E s. 124, 125, abz. 17
  • «İsa onlarla danışanda həmişə məsəl çəkirdi»
  • nwtsty-E Yh 10:16 ayəsi üçün şərh
  • Hikmət xəzinəsindən incilər
  • nwtsty-E Yh 9:38 ayəsi üçün şərh
  • nwtsty-E Yh 10:22 ayəsi üçün şərh
  • 8—14 OKTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 11, 12
  • «Məsih kimi şəfqətli olun»
  • nwtsty-E Yh 11:24, 25 ayələri üçün şərh
  • nwtsty-E Yh 11:33—35 ayələri üçün şərh
  • Hikmət xəzinəsindən incilər
  • nwtsty-E Yh 11:49 ayəsi üçün şərh
  • nwtsty-E Yh 12:42 ayəsi üçün şərh
  • 15—21 OKTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 13, 14
  • «Mən sizin üçün nümunə qoydum»
  • nwtsty-E Yh 13:5 ayəsi üçün şərh
  • nwtsty-E Yh 13:12—14 ayələri üçün şərh
  • w99-E 3/1 s. 31, abz. 1
  • Ən dahi insan şagirdlərin ayağını yuyur
  • Hikmət xəzinəsindən incilər
  • nwtsty-E Yh 14:6 ayəsi üçün şərh
  • nwtsty-E Yh 14:12 ayəsi üçün şərh
  • 22—28 OKTYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 15—17
  • «Siz dünyaya məxsus deyilsiniz»
  • nwtsty-E Yh 15:19 ayəsi üçün şərh
  • nwtsty-E Yh 15:21 ayəsi üçün şərh
  • it-1-E s. 516
  • Cəsarət
  • Hikmət xəzinəsindən incilər
  • nwtsty-E Yh 17:21—23 ayələri üçün şərh
  • nwtsty-E Yh 17:24
  • 29 OKTYABR — 4 NOYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 18, 19
  • «İsa həqiqətə şəhadət edirdi»
  • nwtsty-E Yh 18:37 ayəsi üçün şərh
  • nwtsty-E Yh 18:38a ayəsi üçün şərh
  • Hikmət xəzinəsindən incilər
  • nwtsty-E Yh 19:30 ayəsi üçün şərh
  • nwtsty-E Yh 19:31 ayəsi üçün şərh
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2018
mwbr18 oktyabr s. 1—6

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

1—7 OKTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 9, 10

«İsa sürüsünün qeydinə qalır»

nwtsty-E media

Qoyun ağılı

Qoyun ağılı qoyunları oğrulardan və yırtıcı heyvanlardan qorumaq üçün olan bağlı yer idi. Çobanlar sürülərini gecə orada saxlayırdılar. Qədimdə müxtəlif forma və ölçüdə ağıllara rast gəlinirdi. Ağıllar çox vaxt daşdan tikilirdi, üstü açıq olurdu və bir girişi olurdu (Sy 32:16; 1İş 24:3; Sf 2:6). Yəhya qoyun ağılında qapıçının olmasından, ağıla qapıdan girməkdən danışmışdı (Yh 10:1, 3). Ümumi ağılda gecələr bir neçə sürünü saxlayırdılar. Qapıçı da qoyunlara göz olmaq üçün keşik çəkirdi. Səhər qapıçı çobanlar üçün qapını açırdı. Hər çoban qoyunlarını səsləyərək sürüsünü yığırdı. Qoyunlar çobanın səsini tanıyıb gəlirdilər (Yh 10:3—5). İsa şagirdlərinin qeydinə necə qaldığını göstərmək üçün bu nümunədən istifadə etmişdi (Yh 10:7—14).

cf-E s. 124, 125, abz. 17

«İsa onlarla danışanda həmişə məsəl çəkirdi»

17 Corc Smit «Müqəddəs torpağın tarixi coğrafiyası» adlı kitabında öz şəxsi müşahidələrini bölüşərək yazmışdı: «Bəzən biz günorta Yəhudadakı quyuların birinin yanında dincəlirdik. Üç-dörd çoban da sürüləri ilə birgə ora gələrdi. Sürülər bir-birinə qarışırdı. Biz fikirləşirdik ki, görəsən, bu çobanlar öz qoyunlarını necə yığacaqlar. Amma heyvanlarını suvarandan, dincələndən sonra çobanların hərəsi dərənin bir tərəfinə gedirdi və hər biri özünəməxsus tərzdə qoyunları çağırırdı. Sürü gəldiyi nizamla da gedirdi». İsa da başa salmaq istəyirdi ki, əgər biz onun təlimlərini tanıyıb onlara riayət etsək, onun rəhbərliyinə tabe olsaq, yaxşı çobanın qayğısından bəhrələnə bilərik. Bu fikri vurğulamaq üçünsə İsa bundan yaxşı nümunə tapa bilməzdi.

nwtsty-E Yh 10:16 ayəsi üçün şərh

Gətirməliyəm: Burada işlənən aqo feili kontekstdən asılı olaraq «gətirmək», yaxud «önündə getmək» mənalarını verir. Eramızın təxminən 200-cü ilinə aid olan bir yunan əlyazmasında eyniköklü yunan sözü (sinaqo) işlənir. Bu söz çox vaxt «toplamaq» kimi tərcümə olunur. Yaxşı çoban olan İsa bu ağıla aid olan qoyunlarını (Lk 12:32 ayəsində «kiçik sürü» adlanır) və bu ağıldan olmayan başqa qoyunlarını toplayır, onlara bələdçilik edir, onları qoruyur və yedirir. Onlar bir çobanın otardığı bir sürüdə birləşirlər. Bu nümunə İsanın davamçıları arasında olan birliyi vurğulayır.

Hikmət xəzinəsindən incilər

nwtsty-E Yh 9:38 ayəsi üçün şərh

Təzim etdi: Yaxud «baş əydi». Yunan feili proskineo Allah, yaxud ilah qarşısında əyilmək mənasında işlənəndə «səcdə qılmaq» kimi tərcümə olunur (Mt 4:10; Lk 4:8). Lakin bu kontekstdə şəfa tapan anadangəlmə kor kişi İsanın Allahın elçisi olduğunu qəbul etdi və ona təzim etdi. O, İsanı Allah, yaxud hansısa bir ilah sanmadı, əksinə, ona haqqında peyğəmbərlik edilmiş «İnsan Oğlu», yəni Allahın səlahiyyət verdiyi Məsih kimi baxdı (Yh 9:35). Tövratda da insanların peyğəmbərlərə, padşahlara və ya Allahın digər nümayəndələrinə baş əydiyi yazılıb (1İş 25:23, 24; 2İş 14:4—7; 1Pd 1:16; 2Pd 4:36, 37). O kişi də, görünür, İsaya o mənada təzim etmişdi. Bir çox hallarda İsaya təzim edəndə Allahdan nazil olan məlumata görə minnətdarlıqlarını bildirir və Allahın İsadan razı olduğunu qəbul etdiklərini göstərirdilər.

nwtsty-E Yh 10:22 ayəsi üçün şərh

Həsr etmə bayramı: Bu bayram ibranicə Hanukka (xanukka) adlanır, mənası «həsr etmə» deməkdir. Bayram səkkiz gün keçirilirdi. Kislev ayının 25-də, qış gündönümünə yaxın başlayırdı (B15 əlavəsinə baxın). B. e. ə. 165-ci ildə Yerusəlimdəki məbədin yenidən həsr olunması qeyd edilirdi. Suriya padşahı IV Antiox Epifan yəhudilərin Allahı Yehovaya nifrətini göstərmək üçün məbədi murdarlamışdı. Misal üçün, o, əvvəllər üstündə hər gün yandırma qurbanı gətirilən böyük qurbangahın üstündə başqa bir qurbangah tikmişdi. E. ə. 168-ci ildə, kislev ayının 25-də Yehovanın məbədini büsbütün murdarlamaq üçün Antiox qurbangahda donuz qurban gətirdi və ətinin suyunu məbədin hər tərəfinə çilədi. Məbədin darvazalarını yandırdı, kahin otaqlarını sökdürdü, qızıl qurbangahı, hüzur çörəkləri qoyulan masanı, qızıl şamdanı məbəddən çıxardı. Sonra Yehovanın məbədini Olimp allahı Zevsə həsr etdi. İki il sonra İuda Makkavey şəhəri və məbədi ələ keçirdi. Məbəd təmizlənəndən sonra, Antioxun qurbangahda Zevsə murdar qurbanı gətirməsindən düz üç il sonra, e. ə. 165-ci ildə, kislev ayının 25-də məbəd yenidən Yehovaya həsr olundu. Yehovaya gündəlik yandırma qurbanları gətirilməyə başlandı. Müqəddəs Yazılarda birbaşa olaraq deyilmir ki, İuda Makkaveyə qələbə qazandıran və məbədi bərpa etməyə sövq edən Yehova olmuşdu. Lakin Yehova başqa xalqlardan olan adamların, məsələn, fars şahı Kuruşun vasitəsilə ibadətlə bağlı müəyyən niyyətlərini icra etmişdi (Əş 45:1). O zaman məntiqi olaraq belə nəticəyə gəlmək olar ki, Yehova iradəsini yerinə yetirmək üçün Öz xalqının üzvündən istifadə edə bilərdi. Müqəddəs Yazılar göstərir ki, Məsihlə, onun xidmətilə və qurbanlığı ilə bağlı peyğəmbərliklərin yerinə yetməsi üçün məbəd olmalı və fəaliyyət göstərməli idi. Həmçinin Məsih bəşəriyyət uğrunda daha böyük qurbanı, həyatını təqdim edənədək lavili kahinlər qurban gətirməli idilər (Dn 9:27; Yh 2:17; İb 9:11—14). Məsihin davamçılarına həsr etmə bayramını qeyd etmək əmr edilməyib (Kl 2:16, 17). Lakin İsanın, yaxud davamçılarının bu bayramın qeyd edilməsini mühakimə etdiyi barədə heç bir yazılı məlumat yoxdur.

8—14 OKTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 11, 12

«Məsih kimi şəfqətli olun»

nwtsty-E Yh 11:24, 25 ayələri üçün şərh

Bilirəm,.. diriləcək: Marta fikirləşirdi ki, İsa gələcəkdə, axırıncı gündə olacaq dirilmədən danışır. Onun bu təlimə olan imanı diqqətəlayiq idi. O dövrdə bəzi din xadimləri, yəni saddukilər dirilməni inkar edirdilər, baxmayaraq ki, Müqəddəs Yazılarda bu barədə aydın şəkildə yazılıb (Dn 12:13; Mr 12:18). Fərisilər isə ruhun ölmədiyinə inanırdılar. Ancaq Marta bilirdi ki, İsa ölülərin diriləcəyini öyrədir və hətta ölüləri dirildir. Sadəcə onun diriltdiyi adamlardan heç biri İlazər qədər ölü qalmamışdı.

Dirilmə və həyat mənəm: İsanın ölümü və dirilməsi ölülərin həyata qayıtmasına yol açdı. İsa diriləndən sonra Yehova ona təkcə ölüləri diriltmək yox, həm də onlara əbədi həyat vermək qüdrəti verdi. Vh 1:18 ayəsində İsa özünü «yaşayan» adlandırmış və demişdi ki, «ölüm ilə Məzarın açarları» ondadır. Buna görə də İsa həm dirilərin, həm də ölülərin ümid yeridir. O, vəd etmişdi ki, qəbirləri açacaq və ölülərə ya göydə padşah olmaq üçün, ya da səmavi hökumətinin idarə etdiyi yeni yerdə yaşamaq üçün həyat verəcək (Yh 5:28, 29; 2Bt 3:13).

nwtsty-E Yh 11:33—35 ayələri üçün şərh

Ağlaşdığını: «Ağlaşmaq» kimi tərcümə olunan yunan sözü çox vaxt səsli ağlamaq mənasını verir. İsanın Yerusəlimin məhv ediləcəyini söyləyəndə ağladığı eyni feillə ifadə olunub (Lk 19:41).

Bərk qəhərləndi və dərindən ah çəkib: Yunan dilində bu iki söz birlikdə İsanın bu halda çox güclü hisslər keçirdiyini təsvir edir. «Ah çəkmək» kimi tərcümə olunan yunan feili (embrimaomay) ümumilikdə insanın daxilində baş qaldıran güclü hissləri bildirir. Lakin bu kontekstdə göstərir ki, İsa son dərəcə mütəəssir olmuş və hisslərini içində saxlaya bilməyib ah çəkmişdi. «Qəhərlənmək» kimi tərcümə olunan yunan sözü isə hərfən «həyəcan» (tarasso) deməkdir. Bir alimin sözlərinə əsasən, bu kontekstdə bu söz «insanın daxilində təlatüm yaratmaq, böyük iztirab, ürəkağrısı vermək» deməkdir. Yh 13:21 ayəsində də Yəhudanın onu satacağını fikirləşəndə İsanın keçirdiyi hisslər bu sözlə ifadə olunub.

Ağladı: Burada işlənən söz (dakrio) yunan dilində «göz yaşları» isminin feil formasıdır. Bu ismin rast gəldiyi ayələrdən bəziləri bunlardır: Lk 7:38; Hv 20:19, 31; İb 5:7; Vh 7:17; 21:4. Burada vurğu daha çox göz yaşlarının axıdılmasına düşür, nəinki səsli ağlamağa. İncildə bu yunan feili yalnız burada işlənib. Yh 11:33 ayəsində (şərhə baxın) Məryəmin və yəhudilərin ağlamağını təsvir edən sözdən fərqlənir. İsa İlazəri dirildəcəyini bilirdi, amma əziz dostlarının iztirablarını görmək onu bərk kədərləndirdi. Dostlarına olan dərin məhəbbət və mərhəmət hissi onun göz yaşlarına səbəb oldu. Bu əhvalatdan aydın görünür ki, İsa Adəmin səbəb olduğu ölüm ucbatından doğmalarını itirən insanların dərdini başa düşür.

Hikmət xəzinəsindən incilər

nwtsty-E Yh 11:49 ayəsi üçün şərh

Baş kahin: İsrail müstəqil xalq olanda baş kahin vəzifəsi ömürlük vəzifə idi (Sy 35:25). Lakin Romanın müstəmləkəsi altına düşəndə Romanın təyin etdiyi rəhbərlərin kimisə baş kahin vəzifəsinə qoymaq və vəzifədən azad etmək səlahiyyəti var idi. (Lüğətdə «Baş kahin» sözünə baxın.) Romalılar tərəfindən təyin olunan Qayafa güclü siyasətçi idi. O, özündən əvvəlki baş kahinlərdən çox, təxminən eramızın 18-ci ilindən 36-cı ilinədək bu vəzifədə qalmışdı. Qayafanın həmin il, yəni 33-cü ildə baş kahin olduğunu deməklə Yəhya, görünür, onu nəzərdə tuturdu ki, Qayafanın baş kahin olduğu illərə İsanın edam olunduğu il də daxil idi. (Qayafanın evinin yerləşdiyi məkan üçün B12 əlavəsinə baxın.)

nwtsty-E Yh 12:42 ayəsi üçün şərh

Rəhbərlərin: Bu yunan sözü, görünür, yəhudi ali məhkəməsi olan Sinedrionun üzvlərini bildirir. Yh 3:1 ayəsində həmin məhkəmənin üzvü olan Nikodemlə bağlı bu söz işlənir.

Sinaqoqdan qovulmaq: Yunan dilində aposinaqoqos sifəti təkcə burada və Yh 12:42; 16:2 ayələrində işlənir. Sinaqoqdan qovulmuş adamdan hamı gen gəzirdi, ona yaramaz adam kimi yanaşırdılar. Soydaşları ilə münasibətlərin kəsilməsi onun ailəsinin maddi vəziyyətinə şiddətli zərbə vururdu. Əsas etibarilə, tədris ocağı olan sinaqoqlar həm də yerli məhkəmə kimi fəaliyyət göstərirdi. Sinaqoqun qamçılama və sinaqoqdan qovma kimi cəzaları kəsmək səlahiyyəti var idi.

15—21 OKTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 13, 14

«Mən sizin üçün nümunə qoydum»

nwtsty-E Yh 13:5 ayəsi üçün şərh

Şagirdlərinin ayaqlarını yuyub: Qədim İsraildə səndəl ən geniş yayılmış ayaqqabı idi. Səndəl ayağa və topuğa iplərlə bərkidilmiş altlıqdan ibarət idi. Buna görə də yol gələn adamın ayağı istər-istəməz toz-torpağa, palçığa bulaşırdı. Evə gələn adam səndəllərini çıxarırdı, qonaqpərvər ev sahibi isə qayğı göstərirdi ki, onun ayaqlarını yusunlar. Müqəddəs Kitabın bir neçə ayəsində bu adət barədə danışılır (Yr 18:4, 5; 24:32; 1İş 25:41; Lk 7:37, 38, 44). İsa şagirdlərinin ayaqlarını yuyanda bu adətin vasitəsilə onlara təvazökarlıqla və bir-birinə xidmət etməklə bağlı dərs verdi.

nwtsty-E Yh 13:12—14 ayələri üçün şərh

Yumalısınız: Yaxud «yumağa borclusunuz». «Malı» şəkilçisi kimi tərcümə olunan yunan feili çox vaxt maddiyyat mənasında işlənir. Əsas mənası «kiməsə borclu olmaq» deməkdir (Mt 18:28, 30, 34; Lk 16:5, 7). Burada və başqa ayələrdə bu söz geniş mənada işlənərək nəyisə etməyə borclu olmaq mənasını daşıyır (1Yh 3:16; 4:11; 3Yh 8).

w99-E 3/1 s. 31, abz. 1

Ən dahi insan şagirdlərin ayağını yuyur

Şagirdlərin ayağını yumaqla İsa onlara təvazökarlıqla bağlı çox böyük dərs verdi. Məsihilər düşünməməlidirlər ki, onlar elə vacib insanlardır ki, başqaları həmişə onlara xidmət etməlidir. Həmçinin məsihilər uca, şərəfli mövqeyə can atmamalıdırlar. Əksinə, onlar İsanın qoyduğu nümunə ilə getməlidirlər. İsa ona görə gəlməmişdi ki, «ona qulluq etsinlər, əksinə, o xidmət etmək və bir çoxları uğrunda həyatını fidyə kimi vermək üçün» gəlmişdi (Mətta 20:28). Bəli, İsanın davamçıları bir-biri üçün ən aşağı işləri də görməyə hazır olmalıdırlar.

Hikmət xəzinəsindən incilər

nwtsty-E Yh 14:6 ayəsi üçün şərh

Yol, həqiqət və həyat mənəm: İsa yoldur, çünki yalnız onun vasitəsilə duada Allaha yaxınlaşmaq mümkündür. O həmçinin insanların Allahla barışmasına da «yol» açır (Yh 16:23; Rm 5:8). İsa həqiqətdir, çünki sözü və həyatı həqiqətlə uzlaşırdı. Həmçinin Allahın niyyətinin yerinə yetməsində onun əsas rolu oynadığını göstərən çoxlu peyğəmbərliyi yerinə yetirmişdi (Yh 1:14; Vh 19:10). Bu peyğəmbərliklər «onun vasitəsilə bəli oldu», yəni yerinə yetdi (2Kr 1:20). İsa həyatdır, çünki fidyə vasitəsilə o, bəşəriyyətin əsl həyata, yəni əbədi həyata nail olmasını mümkün etdi (1Tm 6:12, 19; Ef 1:7; 1Yh 1:7). O həmçinin Cənnətdə əbədi yaşamaq imkanı ilə diriləcək milyonlarla insan üçün «həyat» olacaq (Yh 5:28, 29).

nwtsty-E Yh 14:12 ayəsi üçün şərh

Bunlardan da böyük işlər edəcək: İsa demirdi ki, şagirdləri onun etdiyi möcüzələrdən böyük möcüzələr edəcəklər. Əksinə, o, təvazökarlıqla etiraf etdi ki, onların gördüyü təbliğ və təlim işinin miqyası İsanın gördüyündən böyük olacaq. Onun davamçıları daha geniş ərazini əhatə edəcək, daha çox insana şahidlik edəcək və daha uzun müddət təbliğ edəcəklər. İsanın sözləri aydın göstərir ki, o, davamçılarından onun başladığı işi davam etdirmələrini gözləyirdi.

22—28 OKTYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 15—17

«Siz dünyaya məxsus deyilsiniz»

nwtsty-E Yh 15:19 ayəsi üçün şərh

Dünya: Bu kontekstdə yunan sözü kosmos Allahın xidmətçiləri istisna olmaqla, bəşəriyyətə, yəni Allahdan uzaqlaşmış insan cəmiyyətinə aiddir. Müjdələri yazanların içində təkcə Yəhya İsanın öz davamçılarının dünyaya məxsus olmadığını dediyini yazıb. Eyni fikir İsanın sadiq həvariləri ilə etdiyi son duasında iki dəfə də ifadə olunub (Yh 17:14, 16).

nwtsty-E Yh 15:21 ayəsi üçün şərh

Mənim adıma görə: Müqəddəs Kitabda «ad» sözü bəzən bu adı daşıyan insanı, onun insanların qarşısında qazandığı adı və onun təmsil etdiyi hər şeyi bildirir. İsanın adına gəldikdə, bu ad həmçinin Atanın ona verdiyi səlahiyyət və mövqeyi bildirir (Mt 28:18; Fp 2:9, 10; İb 1:3, 4). İsa burada dünyadakı insanların nəyə görə davamçılarının başına o şeyləri gətirəcəklərini izah edir: çünki onlar İsanı göndərəni tanımırlar. Onlar Allahı tanısaydılar, İsanın adının hansı mənanı daşıdığını başa düşər və bunu qəbul edərdilər (Hv 4:12). Bu, İsanın Allahın təyin etdiyi Rəhbər, padşahlar Padşahı mövqeyini, həyata qovuşmaq üçün bütün insanların boyun əyməli olduğu kəs mövqeyini özünə daxil edir (Yh 17:3; Vh 19:11—16; müqayisə edin Zb 2:7—12).

it-1-E s. 516

Cəsarət

Yehova Allaha düşmən kəsilən dünyanın əhval-ruhiyyəsi və hərəkətləri ilə özünü ləkələməmək üçün, dünyanın nifrətinə baxmayaraq, Yehovaya sadiq qalmaq üçün məsihiyə cəsarətli olmaq lazımdır. İsa Məsih şagirdlərinə demişdi: «Dünyada çox əziyyətlə üzləşəcəksiniz, ancaq cəsarətli olun! Mən dünyaya qalib gəldim» (Yh 16:33). Allahın Oğlu bu dünyanın təsirinə uymadı, o, heç bir şeydə dünyadakı insanlara bənzəmədi, bununla da dünyaya qalib gəldi. İsa Məsihin zəfər nümunəsi və eyibsiz həyatının mükafatı məsihiyə cəsarət verə bilər ki, ondan nümunə götürüb bu dünyadan ayrı qalsın və özünü ləkələməsin (Yh 17:16).

Hikmət xəzinəsindən incilər

nwtsty-E Yh 17:21—23 ayələri üçün şərh

Bir: Yaxud «vəhdətdə». İsa dua etmişdi ki, onunla Atası əməldə və fikirdə yekdil olduğu kimi, həqiqi davamçıları da «bir olsunlar», eyni məqsəd uğrunda vəhdət içində çalışsınlar (Yh 17:22). 1Kr 3:6—9 ayələrində Bulus bir-birilə və Allahla əməkdaşlıq edən məsihilər arasında hökm sürən bu birliyi təsvir edir (1Kr 3:8 ayəsinə baxın.)

Kamil birliyə yetişsinlər: Bu ayədə İsa kamil birliyi qorumağı Ata tərəfindən sevilməklə əlaqələndirir. Bu fikir Kl 3:14 ayəsilə uzlaşır. Orada deyilir: «Məhəbbət insanlar arasında kamil birlik yaradır». Bu kamil birlik nisbidir. O demək deyil ki, insanlardakı bütün fərqlər aradan qalxır. Məsələn, hər kəsin bacarığı, vərdişi və vicdanı bir-birindən fərqlənir. Bu o deməkdir ki, fəaliyyət, etiqad və təlim baxımından İsanın davamçıları arasında birlik hökm sürür (Rm 15:5, 6; 1Kr 1:10; Ef 4:3; Fp 1:27).

nwtsty-E Yh 17:24

Bəşərin təməli qoyulandan: «Təməli qoyulandan» kimi tərcümə olunan yunan sözü İb 11:11 ayəsində «uşağa qalmaq» kimi tərcümə olunub. Burada «bəşərin təməli qoyulandan» ifadəsi, görünür, Adəmlə Həvvanın övladlarının dünyaya gəlməsinə şamil edilir. İsa «bəşərin təməlinin qoyulması» ifadəsini Habillə əlaqələndirmişdi. Ehtimal ki, Habil fidyəyə layiq olan və «bəşər nəsli dünyaya gələndən bəri adı həyat kitabına» yazılan ilk insandır (Lk 11:50, 51; Vh 17:8). İsanın duada Atasına dediyi bu sözlər də təsdiq edir ki, lap çoxdan, hələ Adəmlə Həvva dünyaya övlad gətirməmişdən Allah ilk Oğlunu sevir.

29 OKTYABR — 4 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 18, 19

«İsa həqiqətə şəhadət edirdi»

nwtsty-E Yh 18:37 ayəsi üçün şərh

Şəhadət etmək: İncildə işləndiyi kimi, «şahidlik etmək» (martireo) və «şahid» (martiria; martis) kimi tərcümə olunan yunan sözləri geniş məna daşıyır. Hər iki söz daşıdığı əsas mənada, yəni şahidi olduğu və ya şəxsən bildiyi faktlara şəhadət vermək mənasında işlənsə də, «bəyan etmək, təsdiq etmək, haqqında müsbət danışmaq» mənalarını da verir. İsa həm əmin olduğu həqiqətlərə şəhadət edir, onları bəyan edirdi, həm də elə yaşayırdı ki, Atasının peyğəmbərlik sözünün və vədlərinin həqiqiliyini təsdiq edirdi (2Kr 1:20). Allah Padşahlıqla və onun Padşahı ilə bağlı niyyətini xırdalığına kimi qabaqcadan söyləmişdi. İsanın yer üzündəki bütün həyatı, özünü qurban verərək ölməsi onun haqqında olan bütün peyğəmbərlikləri, eləcə də Qanun əhdində gələcək şeylərin kölgəsi, yəni nümunəsi olan məqamları yerinə yetirdi (Kl 2:16, 17; İb 10:1). Beləliklə, İsa həm sözdə, həm də əməldə həqiqətə şəhadət edirdi.

Həqiqət: İsa geniş mənada həqiqətdən yox, Allahın niyyətləri ilə bağlı həqiqətdən danışırdı. Allahın niyyətində əsas məqam odur ki, «Davud oğlu» olan İsa baş kahin və Allahın Padşahlığının Padşahı kimi xidmət edir (Mt 1:1). İsa izah etdi ki, bəşər övladları arasına gəlməsinin, yer üzündə yaşamasının və xidmətinin əsas məqsədi həmin Padşahlıq haqqında həqiqəti bəyan etməkdir. Mələklər İsanın doğulmasından əvvəl, həmçinin Davudun dünyaya gəldiyi Yəhudiyyədəki Beytləhm şəhərində doğulduğu vaxt oxşar xəbəri bəyan etmişdilər (Lk 1:32, 33; 2:10—14).

nwtsty-E Yh 18:38a ayəsi üçün şərh

Həqiqət nədir: Pilat, görünür, İsanın danışdığı «həqiqəti» yox, geniş mənada həqiqəti nəzərdə tuturdu (Yh 18:37). O bu sualı səmimi versəydi, İsa, sözsüz ki, ona cavab verərdi. Amma Pilatın sualı, ehtimal ki, ritorik xarakter daşıyırdı və o, sanki deyirdi: «Həqiqət? O nədir? Həqiqət deyilən bir şey yoxdur!» Pilat sualı verəndən sonra cavabı heç gözləmədi, bayıra çıxıb yəhudilərin yanına getdi.

Hikmət xəzinəsindən incilər

nwtsty-E Yh 19:30 ayəsi üçün şərh

Canını tapşırdı: Hərfən «ruhunu verdi». Burada ruh (yunanca pnevma) sözü «nəfəs» yaxud «həyat qüvvəsi» kimi başa düşülə bilər. Bu fikri Mr 15:37 və Lk 23:46 ayələrində ekpneo («nəfəsini vermək») sözünün işlənməsi də təsdiq edir. Bəzilərinin fikrincə, bu ayədə işlənən yunan sözü o mənanı verir ki, İsa sağ qalmaq üçün bilərəkdən mübarizə aparmadı, çünki artıq hər şey tamam olmuşdu. O, könüllü şəkildə canını ölümə verdi (Əş 53:12; Yh 10:11).

nwtsty-E Yh 19:31 ayəsi üçün şərh

O şənbə böyük şənbə idi: Nisanın on beşi, Pasxadan sonrakı gün həftənin hansı gününə düşürdüsə-düşsün, həmişə şənbə sayılırdı (Lv 23:5—7). Bu xüsusi şənbə adi şənbə ilə (yəhudilərdə həftənin yeddinci günü, cümə günü gün batandan şənbə günü gün batana kimi davam edən gün) üst-üstə düşəndə «böyük» şənbə adlanırdı. İsa cümə günü ölmüşdü və o günün sabahısı gün belə şənbə idi. Eramızın 29-cu ilindən 35-ci ilinə kimi 14 nisan təkcə 33-cü ildə cümə gününə düşmüşdü. Beləliklə, bu, İsanın eramızın 33-cü ilinin nisan ayının 14-ü öldüyünü təsdiq edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş