Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr18 dekabr s. 1—2
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2018
  • Başlıqlar
  • 3—9 DEKABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HƏVARİLƏRİN İŞLƏRİ 9—11
  • «Amansız əleyhdar şövqlü təbliğçi olur»
  • nwtsty-E Həv. 10:6 ayəsi üçün şərh
  • 10—16 DEKABR
  • Hikmət xəzinəsindən incilər
  • nwtsty-E Həv. 13:9 ayəsi üçün şərh
  • 17—23 DEKABR
  • Hikmət xəzinəsindən incilər
  • nwtsty-E Həv. 16:37 ayəsi üçün şərh
  • 24—30 DEKABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HƏVARİLƏRİN İŞLƏRİ 17, 18
  • «Həvari Bulusun təbliğ və təlim üsulunu örnək alın»
  • nwtsty-E Həv. 17:2, 3 ayələri üçün şərh
  • nwtsty-E Həv. 17:17 ayələri üçün şərh
  • nwtsty-E Həv. 17:22, 23 ayələri üçün şərh
  • Hikmət xəzinəsindən incilər
  • nwtsty-E Həv. 18:21 ayəsi üçün şərh
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2018
mwbr18 dekabr s. 1—2

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

3—9 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HƏVARİLƏRİN İŞLƏRİ 9—11

«Amansız əleyhdar şövqlü təbliğçi olur»

nwtsty-E Həv. 10:6 ayəsi üçün şərh

Şimon adlı bir dabbağın: Dabbağ heyvan dərisi ilə işləyir, əhəng məhlulu ilə dərini tükdən, ət və piydən təmizləyirdi. Sonra dərini tünd məhlulda isladırdılar ki, ondan dəri məmulatları düzəltsinlər. Aşılama prosesində havada pis qoxu olurdu və çoxlu su tələb olunurdu. Yəqin elə buna görə Şimon dəniz qırağında, ehtimal ki, Yaffadan kənarda yaşayırdı. Tövrata əsasən, heyvan leşi ilə işləyən adam murdar idi (Lv 5:2; 11:39). Buna görə də yəhudilərin çoxu dabbağa yuxarıdan aşağı baxırdı. Onlar dabbağın evində qalmazdılar. Sonralar Talmudda dabbağ sənəti peyin yığandan da aşağı iş kimi qiymətləndirilmişdi. Lakin Butrus bu fikirlərə əhəmiyyət verməyib Şimonun evində qaldı. Butrusun bu halda belə geniş düşüncəli olması növbəti təyinata yol açdı. Ona başqa xalqdan olan adamın evinə getmək tapşırıldı. Bəzi alimlər dabbağ sözünün yunan ekvivalentinin (birsevs) Şimonun ləqəbi olduğunu hesab edirlər.

10—16 DEKABR

Hikmət xəzinəsindən incilər

nwtsty-E Həv. 13:9 ayəsi üçün şərh

Bulus adlanan Şaul: Bu andan etibarən Şaul Bulus adlanır. Milliyyətcə yəhudi olan həvari doğulandan Roma vətəndaşı idi (Hv 22:27, 28; Fp 3:5). Buna görə də ehtimal ki, uşaqlıqdan ona həm ibrani adı Şaul, həm də Roma adı Bulus (Paulus) adlarını vermişlər. O dövrdə yəhudilərin, xüsusən də İsraildən kənarda yaşayan yəhudilərin iki adının olması adi hal idi (Hv 12:12; 13:1). Bulusun qohumlarından bəzilərinin də Roma, yaxud yunan adı var idi (Rm 16:7, 21). «Digər xalqlara göndərilmiş bir həvari» kimi Bulusa müjdəni qeyri-yəhudilərə təbliğ etmək buyurulmuşdu (Rm 11:13). Görünür, o özünü Roma adı ilə təqdim etməyi qərara almışdı. Ola bilsin, düşünmüşdü ki, başqa xalqlardan olanlara bu adı qəbul etmək daha asan olar (Hv 9:15; Qt 2:7, 8). Bəziləri belə fikir irəli sürür ki, Bulus Sergi Paulusun şərəfinə özünə Roma adını götürmüşdü. Ancaq bu çətin ki, belə olsun, çünki Bulusu Kiprdən gedəndən sonra da bu adla çağırırdılar. Bir başqaları belə fikir irəli sürürlər ki, Bulus ibrani adı ilə adlanmağı özü istəmirdi, çünki bu adın yunan dilində tələffüzü şəstlə yeriyən insanı (yaxud heyvanı) bildirən sözə bənzəyirdi.

Paulus: Mənası «kiçik, balaca» olan, yunanca Paulos kimi tələffüz olunan bu latın adına Azərbaycanca İncildə Bulus formasında (həvari Bulusa istinadən) 214 dəfə, Kiprin prokonsulu Sergi Paulusa istinadən isə 2 dəfə rast gəlinir (Hv 13:7).

17—23 DEKABR

Hikmət xəzinəsindən incilər

nwtsty-E Həv. 16:37 ayəsi üçün şərh

Bizi, Roma vətəndaşlarını: Bulus və görünür, Sila Roma vətəndaşları idilər. Roma qanununa əsasən, hər vətəndaş işinin məhkəmədə araşdırılması hüququna malik idi və onu məhkəmə hökmü olmadan camaat qarşısında cəzalandırmaq olmazdı. İmperiyanın harasına gedirsə-getsin, Roma vətəndaşlığı insana müəyyən hüquq və imtiyazlar bəxş edirdi. Roma vətəndaşı əyalətdəki şəhərlərin qanununa yox, Roma qanununa tabe olurdu. İttiham olunanda istəyərdisə, yerli qanuna görə hökm kəsilməsinə razılıq verə bilərdi. Bununla belə, Roma məhkəməsində də dinlənilmə hüququnu qoruyub saxlayırdı. Ölüm layiq cinayətdə ittiham olunanda isə onun imperator məhkəməsini tələb etməyə ixtiyarı var idi. Həvari Bulus Roma imperiyasının hər yerində təbliğ edirdi. Müqəddəs Kitabda onun Roma vətəndaşı kimi malik olduğu hüquqlardan istifadə etdiyi yazılıb. Birinci dəfə bunu burada, Filippidə etdi. O, mülki məmurlara bildirdi ki, onu döyməklə onun hüquqlarını tapdalamışdılar. Digər iki vəziyyət Hv 22:25; 25:11 ayələrində yazılıb.

24—30 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HƏVARİLƏRİN İŞLƏRİ 17, 18

«Həvari Bulusun təbliğ və təlim üsulunu örnək alın»

nwtsty-E Həv. 17:2, 3 ayələri üçün şərh

Söhbət apardı: Bulus onlara sadəcə müjdəni söyləməklə kifayətlənmədi. Onu izah etdi və Müqəddəs Yazılardan, yəni Tövratdan sübutlar gətirdi. O, ayə oxumaqla kifayətlənmədi. Onlarla söhbət apardı, üstəlik, söhbəti auditoriyaya uyğunlaşdırdı. Yunan feili dialeqomay «fikir mübadiləsi etmək, söhbət etmək, müzakirə etmək» deməkdir. Bu söz ünsiyyət etmək mənasını verir. Bu yunan sözü Hv 17:17; 18:4, 19; 19:8, 9; 20:7, 9 ayələrində də işlənir.

Dəlil-sübut gətirərək: Yunan sözü hərfən «yanına qoymaq» mənasını verir. Ola bilsin, Bulus Tövratda Məsihlə bağlı yazılan peyğəmbərlikləri İsanın həyatında baş verən hadisələrlə müqayisə etmiş, İsanın bu peyğəmbərlikləri necə yerinə yetirdiyini göstərmişdi.

nwtsty-E Həv. 17:17 ayələri üçün şərh

Bazar meydanında: Akropoldan şimal-qərbdə yerləşən Afina bazarı (yun. aqora) təxminən 5 hektar sahəni əhatə edirdi. Bazar meydanı sadəcə alış-veriş yeri deyildi. Şəhərin iqtisadi, siyasi və mədəni mərkəzi idi. Afinalılar ictimai həyatın mərkəzi olan bu yerdə yığışıb intellektual söhbətlər etməyi xoşlayırdılar.

nwtsty-E Həv. 17:22, 23 ayələri üçün şərh

«Naməlum Allaha»: Afinada qurbangahın üstündə yunanca yazılmış sözlərin arasında aqnostoy teoy sözləri də var idi. Afinalılar ilahlardan qorxduqlarını çoxlu məbədlər, qurbangahlar tikməklə, hətta «Şərəf», «Təvazökarlıq», «Güc», «İnam» və «Mərhəmət» kimi mücərrəd məfhumlar üçün də qurbangahlar tikməklə göstərirdilər. Yəqin onlar qorxurdular ki, birdən hansısa bir allahı nəzərdən qaçırıb onun qəzəbinə tuş gələrlər, buna görə bir qurbangahı da «Naməlum Allaha» həsr etmişdilər. Bu cür qurbangahın vasitəsilə onlar haqqında heç bir şey bilmədikləri bir Allahın varlığını qəbul edirdilər. Bulus məharətlə bu qurbangahdan istifadə edərək tək olan və o vaxtadək onlara məlum olmayan Allah haqqında təbliğə başladı.

Hikmət xəzinəsindən incilər

nwtsty-E Həv. 18:21 ayəsi üçün şərh

Yehova məsləhət bilsə: Bu ifadə nə isə edəndə yaxud etməyi planlaşdıranda Allahın iradəsini nəzərə almağın vacibliyini vurğulayır. Həvari Bulus bu prinsipi yadından çıxarmırdı (1Kr 4:19; 16:7; İb 6:3). Həvari Yaqub da dindaşlarını belə deməyə təşviq etmişdi: «Əgər Yehova məsləhət bilsə, sağlıq olsun, filan-filan şeyi edərik» (Yq 4:15). Bu cür ifadələri boş-boşuna deməyin faydası yoxdur. Səmimi olaraq «Yehova məsləhət bilsə» deyən adam Yehovanın iradəsinə uyğun davranmağa çalışmalıdır. Bu ifadəni həmişə ucadan deməyə ehtiyac yoxdur, çox vaxt sadəcə ürəkdə deyilir (C əlavəsinə bax).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş