DƏRS 4
Ayələrə keçid
Mətta 22:41—45
İCMAL: Ayəni oxumazdan əvvəl dinləyiciləri hazırla.
NECƏ NAİL OLMAQ OLAR?
Ayəni nəyə görə oxuduğun barədə düşün. Hər ayəni elə təqdim et ki, dinləyicilər ayədə vurğulamaq istədiyin fikri tuta bilsinlər.
Sözlərini Müqəddəs Kitaba əsaslandır. Allaha inanan insanlara müraciət edəndə diqqəti Allahın Kəlamı olan Müqəddəs Kitaba yönəlt. Bununla kitabın ən ali hikmət mənbəyi olduğunu qeyd etmiş olacaqsan.
Ayəyə maraq oyat. Elə sual ver ki, ayədə cavabı olsun. Elə problemə toxun ki, ayədə həlli göstərilsin. Yaxud Müqəddəs Kitab parçasında əks olunan prinsipi vurğula.