Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr19 noyabr s. 1—10
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2019
  • Başlıqlar
  • 4—10 NOYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 YƏHYA 1—5
  • «Dünyanı və dünyadakı şeyləri sevməyin»
  • w05 1/1 s. 10, abz. 13
  • Məsihin nümunəsinə riayət edin
  • w13 15/8 s. 27, abz. 18
  • Görün necə insan olmalısınız
  • Hikmət xəzinəsindən incilər
  • w13 15/9 s. 10, abz. 14
  • Yehovanın öyüdləri etibarlıdır
  • it-1-E s. 862, abz. 5
  • Əfv
  • Müqəddəs Kitab qiraəti
  • SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN
  • 11—17 NOYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 YƏHYA 1 — YƏHUDA
  • «Həqiqətdə qalmaq üçün ciddi mübarizə aparmalıyıq»
  • w04 1/12 s. 9—10, abz. 8, 9
  • ‘Rəbdə qüvvətlənin’
  • Hikmət xəzinəsindən incilər
  • it-2-E s. 279
  • Dostluq məclisləri
  • it-2-E s. 816
  • Qaya
  • wp17.1 s. 12, abz. 1
  • O, Allahın razılığını qazandı
  • wp17.1 s. 12, abz. 3
  • O, Allahın razılığını qazandı
  • Müqəddəs Kitab qiraəti
  • 18—24 NOYABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | VƏHY 1—3
  • «Sənin işlərindən... xəbərdaram»
  • w12 15/10 s. 14, abz. 8
  • Sən necə ruh təzahür etdirirsən?
  • w12 15/4 s. 29, abz. 11
  • Yehova bizi xilas etmək üçün qoruyur
  • w01 1/4 s. 16—17, abz. 20
  • Yeqovanın təşkilatı ilə ayaq-ayağa yeriyirik
  • Hikmət xəzinəsindən incilər
  • kr s. 226, abz. 10
  • Allahın Padşahlığı düşmənlərin kökünü kəsir
  • w09 15/1 s. 31, abz. 1
  • «Vəhy» kitabından diqqətəlayiq fikirlər — I hissə
  • Müqəddəs Kitab qiraəti
  • 25 NOYABR —1 DEKABR
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | VƏHY 4—6
  • «Dörd atlı»
  • wp17.3 s. 4, abz. 3
  • Axırzaman carçıları və gələcəyiniz
  • wp17.3 s. 4, abz. 5
  • Axırzaman carçıları və gələcəyiniz
  • wp17.3 s. 4, abz. 8
  • Axırzaman carçıları və gələcəyiniz
  • wp17.3 s. 4, abz. 11, 12
  • Axırzaman carçıları və gələcəyiniz
  • wp17.3 s. 4, abz. 15—17
  • Axırzaman carçıları və gələcəyiniz
  • Hikmət xəzinəsindən incilər
  • re-E s. 76—77, abz. 8
  • Yehovanın əzəmətli səmavi taxtı
  • re-E s. 80, abz. 19 Yehovanın əzəmətli səmavi taxtı
  • cf-E s. 36, abz. 5, 6
  • «Yəhuda qəbiləsindən olan Şir»
  • Müqəddəs Kitab qiraəti
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2019
mwbr19 noyabr s. 1—10

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

4—10 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 YƏHYA 1—5

«Dünyanı və dünyadakı şeyləri sevməyin»

(1 Yəhya 2:15, 16) Dünyanı və dünyadakı şeyləri sevməyin. Dünyanı sevən adamın qəlbində Ataya məhəbbət yoxdur, 16 çünki dünyadakı hər şey — cismin istəyi, gözlərin istəyi və varın nümayişə qoyulması Atadan deyil, dünyadandır.

w05 1/1 s. 10, abz. 13

Məsihin nümunəsinə riayət edin

13 Kimsə e’tiraz edə bilər ki, dünyada olan şeylərin hamısı pis deyil. Bəlkə də bu belədir, lakin dünya və onun şirnikdirici şeyləri bizi Yehovaya xidmətdən asanlıqla yayındıra bilər. Dünyanın təklif etdiyi heç bir şey bizi Yehovaya yaxınlaşdırmaq məqsədini güdmür. Buna görə də, dünyada olan şeyləri, hətta öz-özlüyündə pis olmayan işləri də sevməyə başlayarıqsa, onda təhlükəli yoldayıq (1 Timoteyə 6:9, 10). Bundan əlavə, dünyada həqiqətən də insanı pozmağa qadir olan çox pisliklər var. Əgər biz zorakılığı, var-dövlətə hərisliyi və cinsi əxlaqsızlığı vurğulayan kinofilmlərə və ya televiziya verilişlərinə baxırıqsa, onda pislik bizim üçün məqbul, sonra isə, hətta şirnikdirici ola bilər. Əgər maddi tə’minatlı həyat sürməyi və ya biznesdə müvəffəqiyyətə nail olmağı həyatlarında əsas yerə qoyan insanlarla ünsiyyətdə oluruqsa, bu cür şeylər bizim üçün də vacib məsələyə çevrilə bilər (Matta 6:24; 1 Korinflilərə 15:33).

(1 Yəhya 2:17) Dünya öz istəkləri ilə bərabər keçib gedir, Allahın istəyini yerinə yetirən isə əbədi yaşayır.

w13 15/8 s. 27, abz. 18

Görün necə insan olmalısınız

18 Dünyadakı şeylərə qarşı dura bilmək üçün həmçinin Yəhyanın ilhamlanmış sözlərini yadda saxlamalıyıq. O demişdi: «Dünya öz istəkləri ilə bərabər keçib gedir, Allahın iradəsini yerinə yetirən isə əbədi yaşayır» (1 Yəh. 2:17). Şeytanın sistemi daimi və real görünür. Buna baxmayaraq, bir gün onun sonu gələcək. Şeytan dünyasındakı hər şeyin tezliklə məhv olacağını yadda saxlamaq bizə onun tələlərinə düşməməyə kömək edəcək.

Hikmət xəzinəsindən incilər

(1 Yəhya 2:7, 8) Əziz qardaşlarım, mən sizə yeni yox, lap əvvəldən aldığınız köhnə əmri yazıram. Bu köhnə əmr eşitdiyiniz sözdür. 8 Bununla belə, sizə yeni əmr — həm onun riayət etdiyi, həm də sizin riayət etdiyiniz əmri yazıram, çünki qaranlıq keçib gedir, həqiqi nur isə artıq şəfəq saçır.

w13 15/9 s. 10, abz. 14

Yehovanın öyüdləri etibarlıdır

14 Yunanca Müqəddəs Yazılarda bir-birimizə məhəbbət göstərməklə bağlı çoxlu öyüdlər var. İsa demişdi ki, ikinci ən böyük əmr «yaxınını özünü sevdiyin kimi sev» əmridir (Mat. 22:39). Eynilə, İsanın ögey qardaşı Yaqub məhəbbəti «qanunların şahı» adlandırmışdı (Yaq. 2:8). Həvari Yəhya isə yazmışdı: «Əziz qardaşlarım, mən sizə yeni yox, lap əvvəldən bildiyiniz köhnə əmri yazıram» (1 Yəh. 2:7, 8). Yəhya «köhnə əmr» dedikdə nəyi nəzərdə tuturdu? O, sevmək əmrini nəzərdə tuturdu. Bu, o mənada «köhnə» idi ki, İsa bu əmri onilliklər əvvəl, «lap əvvəldən» vermişdi. Amma bu əmr həmçinin «yeni» idi, ona görə ki, şagirdləri üzləşəcəkləri yeni şəraitlərdə fədakar məhəbbət təzahür etdirməyə səsləyirdi. Bəs Məsihin şagirdləri olan bizlər yaxınlarımıza məhəbbətimizi soyuda bilən və bu dünyaya xas olan xudbinlik ruhuna qarşı dura bilməyimiz üçün verilən xəbərdarlıqlara görə minnətdar olmalı deyilikmi?

(1 Yəhya 5:16, 17) Əgər kimsə qardaşının ölümə aparmayan bir günah iş tutduğunu görürsə, ondan ötrü Allaha dua etsin və Allah ölümə aparmayan günah iş tutmuş o adama həyat verəcək. Ölümə aparan günah da var. Belə günah haqqında dua etməyi demirəm. 17 Salehliyə zidd hər cür hərəkət günahdır, bununla belə, ölümə aparmayan günah var.

it-1-E s. 862, abz. 5

Əfv

Başqası üçün, hətta bütün yığıncaq üçün Allaha dua edib, əfv diləmək düzgündür. Musa İsrail xalqı üçün dua etmiş, xalqın günahını etiraf etmiş və əfv diləmişdi, Yehova da onun duasını qəbul etmişdi (Sy 14:19, 20). Süleyman da məbədin həsr olunması zamanı dua etmişdi ki, xalq günah edəndən sonra pis yolundan dönəndə Yehova onları bağışlasın (1Pd 8:30, 33—40, 46—52). Üzeyir vətənə dönmüş yəhudilərin adından çıxış edərək onların günahlarını etiraf etmişdi. Onun səmimi duası və nəsihəti öz bəhrəsini verdi, xalq Yehovanın əfvinə yetişmək üçün addımlar atdı (Üz 9:13—10:4, 10—19, 44). Yaqub məsləhət vermişdi ki, ruhani cəhətdən naxoş olan məsihi yığıncağın ağsaqqallarını çağırsın, onlar da onun üçün dua etsinlər. Əgər o günah işləyibsə, təqsiri bağışlansın (Yq 5:14—16). Lakin ölümə aparan günah da var. Bu, müqəddəs ruha qarşı edilən günahdır, yəni bilərəkdən günah əməldən əl çəkməməkdir. Belə günah bağışlanmır. Məsihi bu cür günah edənlərdən ötrü dua etməməlidir (Əy 5:16; Mt 12:31; İb 10:26, 27).

Müqəddəs Kitab qiraəti

(1 Yəhya 1:1—2:6) O, əzəldən var idi, biz onu eşitmişik, gözlərimizlə görmüşük, onu müşahidə etmişik və ona əllərimizlə toxunmuşuq. O, həyat kəlamıdır. 2 Bəli, həyat açıq-aşkar zühur etdi, biz Atanın yanında olmuş və bizə açıq-aşkar göstərilmiş əbədi həyatı gördük. Biz onun haqqında şəhadət edir və sizə ondan danışırıq. 3 Görüb-eşitdiyimiz şeyləri sizə çatdırırıq ki, siz də bizimlə vəhdətdə olasınız. Bu vəhdətimiz həm də Ata və Onun Oğlu İsa Məsihlədir. 4 Bütün bunları sevincimiz tam olsun deyə, yazırıq. 5 Ondan eşidib sizə bildirdiyimiz xəbər budur: Allah nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur. 6 Əgər biz: «Onunla vəhdətdəyik», — deyib qaranlıqda yeriyiriksə, onda yalan danışır və həqiqət yolunda yerimirik. 7 O, nurda olduğu kimi, biz də nurda yeriyiriksə, deməli, bir-birimizlə vəhdətdəyik və Onun Oğlu İsanın qanı bizi bütün günahlardan təmizləyir. 8 Əgər: «Bizdə günah yoxdur», — deyiriksə, onda özümüzü aldadırıq və qəlbimizdə həqiqət yoxdur. 9 Əgər günahlarımızı etiraf ediriksə, O, sədaqətli və adil olduğundan günahlarımızı bağışlayacaq və bizi hər cür əyrilikdən təmizləyəcək. 10 Əgər: «Günah işləməmişik», — deyiriksə, Onu yalançı edirik və Onun sözü qəlbimizdə yoxdur.

2 Əziz balalarım! Bunları sizə yazıram ki, heç bir günah iş tutmayasınız. Əgər kimsə bir günah iş tutsa, Atanın yanında saleh olan İsa Məsih kimi yardımçımız var. 2 O, təkcə bizim günahlarımızı deyil, bütün dünyanın günahlarını örtən kəffarə qurbanıdır. 3 Əgər onun əmrlərinə riayət ediriksə, deməli, onu tanıyırıq. 4 «Mən onu tanıyıram» deyib onun əmrlərinə riayət etməyən adam yalançıdır və belə adamda həqiqət yoxdur. 5 Amma onun sözünə əməl edən adamda Allah məhəbbəti, doğrudan da, kamilliyə çatmışdır. Bunun sayəsində onunla vəhdətdə olduğumuzu bilirik. 6 Onunla vəhdətdə olduğunu deyən onun getdiyi yolla yeriməlidir.

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

w04-E 1/10 s. 29

Oxucuların sualları

Həvari Yəhya deyirdi ki, «kamil məhəbbət qorxunu qovur». O, «kamil məhəbbət» deyəndə nəyi nəzərdə tuturdu və onun qovduğu qorxu nə qorxudur?

Həvari Yəhya yazmışdı: «Məhəbbətdə qorxu yoxdur. Kamil məhəbbət qorxunu qovur. Qorxu insanı buxovlayır, buna görə də qorxan adamın məhəbbəti kamilliyə çatmamışdır» (1 Yəh. 4:18).

Kontekstdən görünür ki, Yəhya alnıaçıqlıqdan, xüsusən də Allah sevgisi ilə Allah qarşısında alnıaçıq olmaq arasındakı əlaqədən danışır. Bunu 17-ci ayədən görmək olar: «Beləcə, məhəbbət ürəyimizdə kamilliyə yetişir ki, hökm günündə alnıaçıq olaq». Məsihinin dua edərkən alnıaçıq olması və ya olmaması Allahı nə dərəcədə sevməsindən və Allahdan özünə qarşı nə dərəcədə sevgi duymasından bilavasitə asılıdır.

«Kamil məhəbbət» ifadəsi diqqətə layiqdir. Müqəddəs Kitabda kamil sözü həmişə mütləq mənada, yəni, sonsuz kamilliyi bildirmir, çox vaxt nisbi mənada işlənir. Məsələn, İsa Məsih dağda vəz edərkən demişdi: «Göydəki Atanız kamil olduğu kimi, siz də kamil olmalısınız». İsa davamçılarına deyirdi ki, əgər onlar yalnız onları sevənləri sevirlərsə, onların məhəbbəti natamam, qüsurlu olacaq. Onlar isə düşmənlərini də sevərək məhəbbətlərini mükəmməl, yəni tam etməlidirlər. Buna bənzər tərzdə, Yəhya «kamil məhəbbət» barədə yazanda ürəkdən gələn, tam dolğunluğa çatan və həyatın hər sahəsini əhatə edən Allah sevgisindən danışırdı (Mətta 5:46—48; 19:20, 21)

Allaha duada yaxınlaşanda məsihi günahlı və qeyri-kamil olduğunu dərk edir. Lakin onun Allaha məhəbbəti tam dolğunluğa çatıbsa və o, Allah tərəfindən sevildiyini tam hiss edirsə, onda məhkum edilməkdən və ya rədd edilməkdən qorxmur. Əksinə, alnıaçıqlıqla ürəyindəkiləri ifadə edir və Allahın İsa Məsih vasitəsilə verdiyi fidyə qurbanlığı əsasında əfv diləyir. O əmindir ki, Allah onun xahişlərini qəbul edir.

İnsanın məhəbbəti necə kamilliyə çatıb, məhkum olunmaq və rədd edilmək qorxusunu qova bilər? Həvari Yəhya yazmışdı: «Onun [Allahın] sözünə əməl edən adamda Allah məhəbbəti, doğrudan da, kamilliyə çatmışdır» (1 Yəhya 2:5). Düşünün: əgər biz hələ günahlı ikən Allah bizi sevmişdisə, sidqi-ürəkdən tövbə edib, cidd-cəhdlə Onun sözünə əməl etdiyimiz halda, bizi daha çox sevməyəcək? (Romalılara 5:8; 1 Yəhya 4:10). Bəli, nə qədər ki sadiqik, həvari Bulus kimi arxayın ola bilərik. O, Allah haqqında demişdi: «Oğlunu əsirgəməyib hamımızın uğrunda fəda edən Allah məgər onunla birlikdə yerdə qalan hər şeyi də bizə bəxş etməyəcək?» (Romalılara 8:32).

11—17 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 YƏHYA 1 — YƏHUDA

«Həqiqətdə qalmaq üçün ciddi mübarizə aparmalıyıq»

(Yəhuda 3) Əzizlərim, çox istəyirdim ki, sizə ümumi xilasımız barəsində yazım, amma bu məktubumda sizi müqəddəslərə həmişəlik verilmiş iman uğrunda ciddi mübarizə aparmağa təşviq etməyi lazım bildim.

w04 1/12 s. 9—10, abz. 8, 9

‘Rəbdə qüvvətlənin’

8 Şeytanın əməlləri bizə mə’lumdur, çünki Müqəddəs Yazılar onun əsas tələlərini bizə açıqlayır (2 Korinflilərə 2:11). Məsələn, İblis saleh Eyubun başına çox bəlalar gətirdi. Eyub böyük maddi ziyana düşdü, yaxınlarını itirdi, ailəsi tərəfindən müqavimətlərə mə’ruz qaldı, ağır xəstəliyə düçar oldu, habelə ikiüzlü dostlarının əsassız ittihamlarını da dinləməli oldu. O, çox mə’yus olmuşdu və ona elə gəlirdi ki, Allah onu tərk edib (Eyub 10:1, 2). Hərçənd demək olmaz ki, bu gün belə problemlər birbaşa İblis tərəfindən törədilir, lakin məsihçilər bu kimi problemlərlə qarşılaşırlar, İblis isə bundan istifadə edir.

9 Bu son günlərdə hər yerdə ruhani təhlükə ilə üzləşirik. Biz elə bir dünyada yaşayırıq ki, insanların maddi şeylərin qayğısını çəkməkdən ruhani işlərə vaxtları qalmır. Televiziya və jurnallarda cinsi əxlaqsızlıq mə’yusluq və qəlb ağrıdan bir şey kimi deyil, xoşbəxtlik gətirən bir şey kimi təsvir edilir. Və insanların əksəriyyəti ‘zövqü Allahdan çox sevirlər’ (2 Timoteyə 3:1—5). Bu cür əhval-ruhiyyənin bizi ruhani müvazinətdən çıxarmaması üçün iman uğrunda güclü mübarizə aparmağımız gərəkdir (Yəhuda 3).

Hikmət xəzinəsindən incilər

(Yəhuda 4) Çünki aranıza Müqəddəs Yazılar tərəfindən hökmü çoxdan kəsilmiş bəzi adamlar giriblər. Bunlar azğınlıq etmək üçün Allahımızın lütfünü bəhanəyə çevirən, həmçinin yeganə sahibimiz və Ağamız İsa Məsihə qarşı xəyanət edən allahsız adamlardır.

(Yəhuda 12) Onlar dostluq məclislərinizdə sizinlə yeyib-içərkən sualtı qayalar kimidirlər. Onlar qorxu bilmədən qarın otaran çobanlar, küləyin ora-bura apardığı boş buludlar, barsız, qup-quru qurumuş, kökündən qoparılmış payız ağaclarıdırlar.

it-2-E s. 279

Dostluq məclisləri

Müqəddəs Kitabda bu dostluq məclislərinin necə və nə qədər keçirildiyi yazılmayıb (Yəhuda 12). Bu məclislərin keçirilməsini İsa Məsih, yaxud həvarilər buyurmamışdı. Aydındır ki, onları keçirmək məcburi deyil. Bəzilərinin fikrincə, bu məclisləri imkanlı məsihilər təşkil edir və kasıb dindaşlarını qonaq çağırırdılar. Yetimlər, dullar, varlılar və imkansızlar birlikdə mehribançılıq içində bol süfrə arxasında yeyib-içirdilər.

it-2-E s. 816

Qaya

Digər yunan sözü spilas, görünür, sualtı qaya və ya rif deməkdir. Yəhuda bu sözlə pis niyyətlə məsihi yığıncağına girən adamları təsvir etmişdi. Sualtı qayalar gəmilər üçün təhlükə yaratdığı kimi, bu adamlar da yığıncağın üzvləri üçün çox təhlükəli idilər. Yəhuda bu adamlar haqqında demişdi: «Onlar dostluq məclislərinizdə sizinlə yeyib-içərkən sualtı qayalar kimidirlər» (Yd 12).

(Yəhuda 14, 15) Adəmdən sonra yeddinci nəsildə doğulmuş Hənuq onlar haqqında peyğəmbərlik etmişdi: «Budur, Yehova on minlərlə müqəddəs mələyi ilə gəldi ki, 15 hamı üzərində hökmünü icra etsin və bütün allahsızları qorxub-çəkinmədən gördükləri pis işlərinə görə, Allah qorxusu olmayan günah sahiblərini Ona qarşı dedikləri bütün biabırçı sözlərə görə ittiham etsin».

wp17.1 s. 12, abz. 1

O, Allahın razılığını qazandı

Hənuq nə haqda peyğəmbərlik etmişdi? O demişdi: «Budur, Yehova on minlərlə müqəddəs mələyi ilə gəldi ki, hamı üzərində hökmünü icra etsin və bütün allahsızları qorxub-çəkinmədən gördükləri pis işlərinə görə, Allah qorxusu olmayan günah sahiblərini Ona qarşı dedikləri bütün biabırçı sözlərə görə ittiham etsin» (Yəhuda 14, 15). Fikir verdinizsə, Hənuq peyğəmbər hadisələri keçmiş zamanda nəql edir, sanki, Allah bu peyğəmbərlikdə deyilənləri artıq yerinə yetirib. Müqəddəs Kitabda yazılan digər peyğəmbərliklərin çoxu da bu üslubda yazılıb. Peyğəmbərin dediklərinin həyata keçəcəyi o qədər dəqiqdir ki, onlar artıq olmuş bir şey kimi təsvir olunub! (Əşiya 46:10).

wp17.1 s. 12, abz. 3

O, Allahın razılığını qazandı

Hənuq peyğəmbərin imanı üzərində düşünərək özümüzdən soruşa bilərik: yaşadığımız bu dünyaya Allahın yanaşdığı kimi yanaşırıq? Peyğəmbərin cəsarətlə bəyan etdiyi peyğəmbərlik bizim dövrümüzə də aiddir: orada deyilmiş sözlər Hənuq peyğəmbərin dövründə yerinə yetdiyi kimi, bizim dövrdə də yerinə yetəcək. Onun dediyi kimi, Yehova Allah Nuh peyğəmbərin dövründə allahsızların üzərinə böyük Daşqın gətirdi. Bu müsibət bizim dövrümüzdə olacaq daha böyük müsibətə bir nümunə idi (Mətta 24:38, 39; 2 Butrus 2:4—6). Bu gün də Allah on minlərlə müqəddəs mələyi ilə birgə allahsız insanları ədalətlə mühakimə etmək üçün hazır dayanıb. Hər birimiz Hənuq peyğəmbərin çatdırdığı bu xəbərin vacibliyini dərk etməli və bunu başqalarına deməliyik. Ola bilsin, ailə üzvlərimiz və dostlarımız bizdən yan gəzir. Bəlkə də, bəzən özümüzü tənha hiss edirik. Yehova Allah Hənuq peyğəmbəri heç vaxt tərk etmədi. Bu gün də öz sadiq bəndələrini tərk etməyəcək!

Müqəddəs Kitab qiraəti

(2 Yəhya 1—13) Mən ağsaqqaldan, ürəkdən sevdiyim və təkcə mənim yox, həqiqəti bilənlərin hamısının sevdiyi seçilmiş xanıma və onun uşaqlarına məktub. 2 Bu məhəbbət hamımızda yaşayan və əbədiyyən bizimlə qalacaq həqiqətdən doğur. 3 Həqiqət və məhəbbətlə yanaşı, Atamız Allahdan və Onun Oğlu İsa Məsihdən gələn lütf, mərhəmət və sülh də bizimlə olacaq. 4 Sənin uşaqlarından bəzilərinin Atamızdan aldığımız əmrə uyğun olaraq, həqiqət yolunda yeridiklərini bilmək məni çox sevindirir. 5 İndi isə, xanım, səndən xahiş edirəm ki, bir-birimizi sevək. (Sənə yazdığım əmr yeni deyil, əvvəldən aldığımız əmrdir.) 6 Məhəbbət isə Onun əmrlərinə uyğun yaşamaq deməkdir. Bu, sizin əvvəldən eşitdiyiniz həmin o əmrdir. Məhəbbətlə yaşamağa davam edin. 7 Çünki dünyada İsa Məsihin cisimdə gəldiyini qəbul etməyən çoxlu yalançı peyda olub. Bu cür fikirləşən yalançıdır, Məsih əleyhdarıdır. 8 Diqqətli olun ki, çəkdiyimiz zəhmətin bəhrəsini itirməyib mükafatınızı bütöv alasınız. 9 Məsihin təlimlərindən kənara çıxıb onlara riayət etməyən adamın Allahla münasibəti yoxdur. Bu təlimlərə riayət edənin isə həm Ata, həm də Oğulla münasibəti var. 10 Əgər kimsə sizə bu təlimlə gəlmirsə, onu evinizə buraxmayın və salamlamayın. 11 Çünki onu salamlayan onun pis əməllərinə şərik olur. 12 Sizə deyiləsi hələ çox sözüm var, lakin bunları sizə kağız və mürəkkəblə çatdırmaq istəmirəm. Sevinciniz dolğun olsun deyə, yanınıza gəlib sizinlə üz-üzə danışacağıma ümid edirəm. 13 Seçilmiş bacının uşaqları sənə salam göndərir.

18—24 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | VƏHY 1—3

«Sənin işlərindən... xəbərdaram»

(Vəhy 1:20) Yeddi qızıl çıraqdanın və sağ əlimdə gördüyün yeddi ulduzun müqəddəs sirrinin açması isə budur: yeddi çıraqdan yeddi yığıncağı, yeddi ulduz isə yeddi yığıncağın mələklərini təmsil edir.

w12 15/10 s. 14, abz. 8

Sən necə ruh təzahür etdirirsən?

8 Bu cür ruha yoluxmamaq üçün nə etməliyik? Biz yadda saxlamalıyıq ki, Müqəddəs Kitaba əsasən, İsa «sağ əlində yeddi ulduz» saxlayır. «Ulduz»lar məsh olunmuş nəzarətçiləri, geniş mənada isə yığıncaqdakı bütün nəzarətçiləri təmsil edir. İsa əlindəki «ulduz»ları münasib bildiyi səmtə yönəltmək iqtidarındadır (Vəhy 1:16, 20). Deməli, məsihçi yığıncağının Başı kimi, İsa bütün ağsaqqallar şuralarına tam nəzarət edir. Əgər onlardan kiminsə düzəlişə, həqiqətən də, ehtiyacı varsa, «gözləri alov [saçan]» İsa bunun öz vaxtında və münasib bildiyi tərzdə yoluna qoyulmasının qayğısına qalacaq (Vəhy 1:14). Bizdən isə müqəddəs ruhla təyin edilənlərə ehtiram bəsləmək tələb olunur, çünki Pavel yazmışdı: «Sizə rəhbərlik edənlərə itaət edin və tabe olun, axı onlar hesabat verəcək adamlar kimi gecə-gündüz sizin rifahınızı düşünürlər. Qoyun onlar bunu ah-zarla yox, sevinclə etsinlər ki, sizə zərər dəyməsin» (İbr. 13:17).

(Vəhy 2:1, 2) Efesdəki yığıncağın mələyinə yaz: «Sağ əlində yeddi ulduz tutan, yeddi qızıl çıraqdanın arasında gəzən belə deyir: 2 “Sənin işlərindən, zəhmətindən, dözümündən xəbərdaram. Bilirəm ki, sən pis adamlara dözmürsən və həvari olmadıqları halda, özlərini həvari adlandıranları sınaqdan keçirib onların yalançı olduqlarını üzə çıxarmısan”».

w12 15/4 s. 29, abz. 11

Yehova bizi xilas etmək üçün qoruyur

11 «Vəhy» kitabının 2-ci və 3-cü fəslində qələmə alınan görüntüdə izzətə qovuşmuş İsa Məsihin Kiçik Asiyada yerləşən yeddi yığıncağa baxış keçirməsindən bəhs olunur. Görüntüdən bəlli olur ki, Məsih yığıncaqlarda nəinki ümumi, hətta oradakı ayrı-ayrı vəziyyətləri də görür. Bəzi hallarda o hətta konkret insanların adlarını çəkir və hər yığıncağı nəyəsə görə tərifləyir və ya məsləhət verir. Bu, nəyə işarə edir? Yeddi yığıncaq 1914-cü ildən sonrakı məsh olunmuşları təmsil edir və yeddi yığıncağa verilən məsləhətlər, mahiyyət etibarilə, Allahın xalqının bu gün bütün dünyadakı yığıncaqlarına aiddir. Deməli, bundan belə bir nəticəyə gəlirik ki, Yehova Oğlu vasitəsilə xalqına fəal şəkildə rəhbərlik edir. Biz Onun rəhbərliyindən necə faydalana bilərik?

w01 1/4 s. 16—17, abz. 20

Yeqovanın təşkilatı ilə ayaq-ayağa yeriyirik

20 Yeqovanın irəliləyən təşkilatı ilə ayaq-ayağa yerimək üçün, Allah tərəfindən “cəmiyyətin Başı” tə’yin edilən İsa Məsihin rolunu qəbul etməliyik (Efeslilərə 5:22, 23). İşaya 55:4-cü ayəsində bizə deyilənlərə diqqət yetirməyə dəyər: “Budur, Mən [Yeqova] onu şahid olaraq millətlərə, rəis və əmir olaraq millətlərə verdim”. Şübhəsiz, İsa necə rəhbərlik etməyi bilir. Qoyunlarını tanıyır və onların işlərindən xəbərdardır. O, Kiçik Asiyadakı yeddi yığıncağı yoxladığı zaman beş dəfə: “Sənin işlərindən xəbərdaram” dedi (Vəhy 2:2, 19; 3:1, 8, 15, İ—93). Atası Yeqova kimi, İsa da bizim ehtiyaclarımızdan xəbərdardır. Nümunəvi duanı söyləməzdən əvvəl, İsa dedi: “Atanız sizin nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir” (Matta 6:8—13).

Hikmət xəzinəsindən incilər

(Vəhy 1:7) O, buludlarla gələcək. Onu hamı, o cümlədən onun bədənini deşənlər öz gözü ilə görəcək. Dünyanın bütün tayfaları kədərlənəcək və ondan ötrü başlarına döyəcəklər. Bəli, bu, belə də olacaq. Amin.

kr s. 226, abz. 10

Allahın Padşahlığı düşmənlərin kökünü kəsir

10 Hökmün elan olunması. Sonra Allahın Padşahlığının bütün düşmənləri əzab-əziyyətlərini artıran hadisənin şahidi olmaq məcburiyyətində qalacaqlar. İsa deyir: «İnsan Oğlunun qüdrətlə, calal içində buludların üzərində gəldiyini görəcəklər» (Mark 13:26). Gücünü bu cür fövqəltəbii nümayiş etdirməsi İsanın hökm çıxarmaq üçün gəldiyinə əlamət olacaq. İsa bu haqda təfərrüatlı məlumatı son günlərlə bağlı həmin peyğəmbərlikdə — qoyunlar və keçilər məsəlində verir. (Mətta 25:31—33, 46 ayələrini oxuyun.) Allahın Padşahlığının sadiq tərəfdarları «qoyun»lar adlanacaqlar və qurtuluşlarının yaxın olduqlarını anladıqları üçün başlarını dikəldəcəklər (Luka 21:28). Padşahlığın düşmənləri isə «keçi»lərin sırasına daxil olacaq və əbədilik məhv ediləcəklərini başa düşərək başlarına döyəcəklər (Mət. 24:30; Vəhy 1:7).

(Vəhy 2:7) Qulağı olan qoy ruhun yığıncaqlara nə dediyini eşitsin: mən qalib gələnə Allahın cənnətindəki həyat ağacının meyvələrindən yeməyə izin verəcəyəm.

w09 15/1 s. 31, abz. 1

«Vəhy» kitabından diqqətəlayiq fikirlər — I hissə

2:7 — ‘Allahın cənnəti’ nədir? Bu sözlər məsh olunmuşlara ünvanlandığı üçün bu ayədəki cənnət sözü cənnətəbənzər səmavi aləmə — Yehovanın olduğu yerə aiddir. Sadiq məsh olunmuşlara «həyat ağacından» yemək mükafatı veriləcək. Onlar ölməzliyi alacaqlar (1 Kor. 15:53).

Müqəddəs Kitab qiraəti

(Vəhy 1:1—11) İsa Məsihdən gələn vəhy. Allah tezliklə baş verəcək hadisələri qullarına göstərmək üçün bu vəhyi İsaya verdi. O, mələyini göndərib onun vasitəsilə bu vəhyi rəmzlərlə qulu Yəhyaya verdi. 2 Yəhya da bütün gördüklərinə — Allahın sözünə və İsa Məsihin şəhadətinə şəhadət etdi. 3 Bu peyğəmbərlik sözlərini ucadan oxuyan, onları eşidən və orada yazılanlara əməl edən adam xoşbəxtdir, çünki vaxt yaxındır. 4 Yəhyadan Asiya əyalətindəki yeddi yığıncağa: Var Olan, Var Olmuş və Zühur Edəcəkdən, Onun taxtı qarşısındakı yeddi ruhdan və 5 Sadiq şahid, İlkin dirilən, dünya şahlarının Şahı olan İsa Məsihdən gələn lütf və sülh sizinlə olsun. Bizi sevənə, öz qanı bahasına günahlarımızdan azad edənə, 6 bizi öz Allahı və Atasına məxsus padşah və kahin edənə əbədiyyət boyu şöhrət və qüdrət nəsib olsun! Amin. 7 O, buludlarla gələcək. Onu hamı, o cümlədən onun bədənini deşənlər öz gözü ilə görəcək. Dünyanın bütün tayfaları kədərlənəcək və ondan ötrü başlarına döyəcəklər. Bəli, bu, belə də olacaq. Amin. 8 Yehova Allah belə deyir: «Mən Alfa və Omeqayam, Var Olan, Var Olmuş və Zühur Edəcək, Qüdrət Sahibi Mənəm». 9 İsanın yolunda sizinlə padşahlığa şərik olan və hər cür əziyyətə dözməyə hazır olan mən, qardaşınız Yəhya, Allah haqqında danışdığıma və İsa haqqında şahidlik etdiyimə görə Patmos deyilən bir adada idim. 10 Mən müqəddəs ruhun təsiri ilə Ağanın gününə aparıldım və arxamda kərənay səsinə bənzər güclü bir səs eşitdim. 11 O səs deyirdi: «Gördüklərini tumara yaz və Efes, Smirna, Perqam, Tiatira, Sard, Filadelfiya və Laodikiyadakı yeddi yığıncağa göndər».

25 NOYABR —1 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | VƏHY 4—6

«Dörd atlı»

(Vəhy 6:2) Sonra baxdım və budur: bir ağ at. Atın belində oturanın əlində bir yay vardı. Ona tac verildi və o, zəfər çala-çala qələbəsini başa vurmaq üçün irəlilədi.

wp17.3 s. 4, abz. 3

Axırzaman carçıları və gələcəyiniz

Ağ atlı kimdir? Bu, Həzrəti İsadır. Nəyə əsasən belə demək olar? İncilin «Vəhy» bölməsinin digər yerində həmin atlı «Allahın sözü» adlanır (Vəhy 19:11—13). Müqəddəs Kitabda «Allahın sözü» titulu İsa Məsihə aid edilir, çünki o, Allahın adından danışan nümayəndədir (Yəhya 1:1, 14). Sözügedən atlı «Vəhy»də həmçinin Sadiq və Həqiqi, eləcə də padşahlar Padşahı və ağalar Ağası adlanır (Vəhy 19:11, 16). Bu atlı haqda yazılanlardan belə nəticəyə gəlmək olar ki, Hz. İsanın fateh hökmdar olmaq səlahiyyəti var və o, bu səlahiyyətindən ancaq yaxşı məqsədlər üçün istifadə edir.

wp17.3 s. 4, abz. 5

Axırzaman carçıları və gələcəyiniz

Atlılar haqdakı vəhy hansı dövrə aiddir? Birinci atlı, İsa Məsih ona tac veriləndə çapmağa başladı (Vəhy 6:2). Bəs ona tac nə vaxt verilib, Allahın dərgahına aparılan kimi? Xeyr. Müqəddəs Kitabda deyilir ki, bunun üçün müəyyən vaxt keçməli idi (İbranilərə 10:12, 13). İsa Məsih yer üzündə yaşayarkən davamçılarına taxta çıxacağı vaxtı bildirən əlamətlərdən danışmışdı. O demişdi ki, həmin vaxt yer üzündə vəziyyət gözlənilmədən pisliyə doğru dəyişəcək: müharibə, qıtlıq və xəstəliklər baş alıb gedəcək (Mətta 24:3, 7; Luka 21:10, 11). 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması ilə bəşəriyyət həmin bu acınacaqlı dövrə qədəm qoydu. Allahın Kəlamında bu dövr axırzaman adlanır (2 Timutiyə 3:1—5).

(Vəhy 6:4—6) Meydana kürən at çıxdı. Onun belində oturana insanların bir-birini qırması üçün yer üzündən sülhü götürmək izni verilmişdi. Atlıya böyük bir qılınc verildi. Quzu üçüncü möhürü açanda mən üçüncü məxluqun: «Gəl!» — dediyini eşitdim. Mən baxdım və budur: meydana qara at çıxdı. Onun belində oturanın əlində tərəzi vardı. Bu vaxt, sanki, dörd məxluqun arasından bir səs gəldi: «Bir kilo buğda bir dinara, üç kilo arpa bir dinara; zeytun yağını və şərabı zay etmə».

wp17.3 s. 4, abz. 8

Axırzaman carçıları və gələcəyiniz

Bu atlı müharibəni simvolizə edir. O, təkcə bir neçə ölkədən yox, bütün dünyadan sülhü götürür. 1914-cü ildə dünya tarixində ilk qlobal müharibə başladı. Onun ardınca ondan da dəhşətli İkinci Dünya müharibəsi baş verdi. Bəzi hesablamalara görə, 1914-cü ildən etibarən müharibə və silahlı iğtişaşlarda 100 milyondan artıq insan həyatını itirib! Hələ xəsarət alanları, şikəst qalanları demirik.

wp17.3 s. 4, abz. 11, 12

Axırzaman carçıları və gələcəyiniz

«Mən baxdım və budur: meydana qara at çıxdı. Onun belində oturanın əlində tərəzi vardı. Bu vaxt, sanki, dörd məxluqun arasından bir səs gəldi: “Bir kilo buğda bir dinara, üç kilo arpa bir dinara; zeytun yağını və şərabı zay etmə”» (Vəhy 6:5, 6).

Bu atlı qıtlığı təmsil edir. Ayələrdə deyilir ki, yer üzündə qıtlıq tüğyan edəcək. Hətta bir kilo buğda bir dinara (vəhyin verildiyi dövrdə birgünlük əmək haqqı) satılacaq (Mətta 20:2). Adi arpa nədir ki, onun üç kilosu birgünlük əmək haqqına bərabər olacaq. Sözsüz ki, bununla böyük külfəti doyuzdurmaq müşkül məsələdir. Bəs «zeytun yağını və şərabı zay etmə» nə deməkdir? Zeytun yağı və şərab birinci əsrdə gündəlik istifadə olunan qidalar idi. Bu isə o deməkdir ki, adi qidalara belə qənaət etmək lazım gələcək.

(Vəhy 6:8) Mən baxdım və budur: meydana solğun rəngli at çıxdı. Onun belində oturanın adı Ölüm idi və Məzar addımbaaddım onun dalınca gəlirdi. Onlara yer üzünün dörddə bir hissəsi üzərində ixtiyar verildi. Onlar əhalini uzun qılınc, ərzaq qıtlığı, ölümcül xəstəliklər və yerin vəhşi heyvanları vasitəsilə qırmalı idilər.

wp17.3 s. 4, abz. 15—17

Axırzaman carçıları və gələcəyiniz

Dördüncü atlı xəstəlik və digər faktorların səbəb olduğu vaxtsız ölümün rəmzidir. Məsələn, 1914-cü ildən qısa müddət sonra ispan qripi on milyonlarla insanın həyatına son qoyub. Ehtimal edilir ki, həmin vaxt bu xəstəliyə 500 milyon insan yoluxmuşdu, bu isə dünya əhalisinin hər üç nəfərindən biri deməkdir!

İspan qripi hələ başlanğıc idi. Mütəxəssislərin hesablamalarına əsasən, 20-ci əsrdə çiçək xəstəliyindən yüz milyonlarla insan həlak olub! Tibbi nailiyyətlərə baxmayaraq, QİÇS, vərəm və malyariya hələ də saysız-hesabsız insanın həyatına son qoymağa davam edir.

İstər müharibə, istər aclıq, istərsə də xəstəlik olsun, nəticə eynidir — ölüm. Ölümün dalınca gələn Məzar isə amansızcasına tələf olanları udur.

Hikmət xəzinəsindən incilər

(Vəhy 4:4) Həmin taxtın ətrafında iyirmi dörd taxt dururdu. Bu taxtlarda iyirmi dörd ağsaqqal əyləşmişdi. Onların əynində ağ libas, başlarında qızıl tac var idi.

(Vəhy 4:6) Taxtın önündə, sanki, büllura bənzər şüşə dəniz var idi. Ortada, taxt duran yerdə, taxtın dörd tərəfində dörd məxluq durmuşdu. Onlar qabaqdan və arxadan gözlərlə örtülmüşdü.

re-E s. 76—77, abz. 8

Yehovanın əzəmətli səmavi taxtı

8 Yəhya bilirdi ki, qədimdə müqəddəs çadırda xidmət etmək üçün kahinlər təyin olunurdular. Ona görə də gördükləri onu təəccübləndirməyə bilməzdi. O yazırdı: «Həmin taxtın ətrafında iyirmi dörd taxt dururdu. Bu taxtlarda iyirmi dörd ağsaqqal əyləşmişdi. Onların əynində ağ libas, başlarında qızıl tac var idi» (Vəhy 4:4). Bəli, kahinlərin əvəzinə, taxtda 24 ağsaqqal oturub, başlarına da padşah kimi tac qoyulub. Bu ağsaqqallar kimdir? Onlar məsihi yığıncağındakı məsh olunmuşlardır. Onlar dirilib Yehovanın vəd etdiyi səmavi mövqelərini tutublar. Bunu haradan bilirik?

re-E s. 80, abz. 19 Yehovanın əzəmətli səmavi taxtı

19 Bu məxluqlar kimi təmsil edir? Digər bir peyğəmbərin, Hizqiyal peyğəmbərin gördüyü görüntü bu sualın cavabını tapmağa kömək edir. Hizqiyal görmüşdü ki, Yehova səmavi arabada taxtda oturub. Arabanı məxluqlar müşayiət edirdi. Bu məxluqlar Yəhyanın təsvir etdiyi məxluqlara bənzəyirdi (Hizqiyal 1:5—11, 22—28). Sonra Hizqiyal yenə də həmin araba-taxtı və yanındakı məxluqları görmüşdü. Amma bu dəfə o, məxluqları kərrub adlandırmışdı (Hizqiyal 10:9—15). Yəhyanın gördüyü dörd məxluq, sözsüz ki, Allahın kərrublarını — ruhani varlıqlardan ibarət təşkilatındakı yüksək rütbəli varlıqları təmsil edir. Kərrubların Yehovaya belə yaxın olması Yəhyaya qəribə gəlməmişdi, çünki qədim dövrdə müqəddəs çadırda da Yehovanın taxtını təmsil edən əhd sandığının qapağı üstündə iki qızıl kərrub qoyulmuşdu. Bu kərrubların arasından Yehovanın səsi xalqa əmrlər verirdi (Çıxış 25:22; Zəbur 80:1).

(Vəhy 5:5) Onda ağsaqqallardan biri mənə dedi: «Bəsdir, daha ağlama. Yəhuda qəbiləsindən olan Şir, Davudun kökü qalib gəldi. O, tumarı və yeddi möhürü açmağa layiqdir».

cf-E s. 36, abz. 5, 6

«Yəhuda qəbiləsindən olan Şir»

5 Şir çox vaxt cəsarətlə əlaqələndirilir. Heç nə vaxtsa, məsələn, zooparkda böyük erkək şirlə üz-üzə durmusunuz? Çox yəqin ki, heyvanla aranızda sizi qoruyan çəpər olub. Buna baxmayaraq, hətta belə vəziyyətdə də insanı vahimə bürüyür. Bu nəhəng, qüdrətli heyvanın üzünə baxanda, onun sərt baxışlarını öz üzərində hiss edəndə heç təsəvvür etmək olmaz ki, şir qorxu içində nədənsə qaçır. Müqəddəs Kitabda deyilir ki, aslan heyvanlar arasında ən güclüsü, heç nəyin qarşısından geri çəkilməyən heyvandır (Məsəllər 30:30). Məsih də məhz bu cür cəsarətlidir.

6 Gəlin görək İsa üç sahədə aslan kimi necə cəsarət göstərmişdi. Bu, həqiqəti müdafiə etmək, ədalətin tərəfində olmaq və təqiblərə sinə gərməkdir. Həmçinin görəcəyik ki, təbiətən cəsarətli olub-olmamağımızdan asılı olmayaraq, hamımız İsa kimi cəsarət göstərə bilərik.

Müqəddəs Kitab qiraəti

(Vəhy 4:1—11) Bundan sonra mən göydə bir açıq qapı gördüm. Eşitdiyim səs, mənimlə danışan birinci səs kərənay səsinə bənzəyirdi. O, mənə dedi: «Bura qalx, mən sənə baş verəcək hadisələri göstərəcəyəm». 2 Bundan dərhal sonra müqəddəs ruhun gücü məni bürüdü və budur: göydə bir taxt durub. Taxtda bir nəfər əyləşmişdi. 3 Onun görkəmi yəşəm daşına və sard daşına bənzəyirdi. Taxt zümrüdə bənzər göy qurşağı ilə dövrələnmişdi. 4 Həmin taxtın ətrafında iyirmi dörd taxt dururdu. Bu taxtlarda iyirmi dörd ağsaqqal əyləşmişdi. Onların əynində ağ libas, başlarında qızıl tac var idi. 5 Taxtdan ildırımlar və şimşəklər çaxır, səslər gəlirdi. Onun qarşısında yeddi məşəl yanırdı. Bu məşəllər Allahın yeddi ruhunu təmsil edir. 6 Taxtın önündə, sanki, büllura bənzər şüşə dəniz var idi. Ortada, taxt duran yerdə, taxtın dörd tərəfində dörd məxluq durmuşdu. Onlar qabaqdan və arxadan gözlərlə örtülmüşdü. 7 Birinci məxluq şirə, ikinci məxluq buğaya, üçüncü məxluq sifətdən insana, dördüncü məxluq uçan qartala bənzəyirdi. 8 Bu dörd məxluqun hər birinin altı qanadı vardı. Qanadların içi də, çölü də gözlərlə örtülmüşdü. Məxluqlar gecə-gündüz yorulmadan: «Var Olan, Var Olmuş və Zühur Edəcək, Qadir Allah Yehova müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!» — deyirdilər. 9 Bu məxluqlar hər dəfə taxtda oturanı, əbədi yaşayanı şan, şərəf və şükranla alqışlayanda 10 iyirmi dörd ağsaqqal taxtda oturanın qarşısında diz çöküb əbədi yaşayana səcdə qılır, başlarındakı tacları taxtın qarşısına atıb deyirdilər: 11 «Allahımız Yehova, Sən şana, şərəfə, qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcud oldu və yaradıldı».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş