DƏRS 1
Maraqlı giriş
Həvarilərin işləri 17:22
İCMAL: Giriş maraq oyatmalı, mövzunu aydın bildirməli və mövzunun dinləyicilər üçün nəyə görə maraqlı olduğunu göstərməlidir.
NECƏ NAİL OLMAQ OLAR?
Maraq oyat. Ya hansısa bir fikri söylə, ya sual ver, ya real həyatdan götürülmüş nümunə çək, yaxud da dinləyicilər üçün maraqlı olacaq aktual xəbərlərdən birini de.
Mövzunu aydın bildir. Girişdə dinləyicilərə mövzunu və məqsədini aydın bildir.
Mövzunun dinləyicilər üçün nəyə görə vacib olduğunu göstər. Dinləyicilərin tələbatlarına uyğun danış. Onlar mövzunun şəxsən onlara hansı faydası olduğunu aydın görməlidirlər.