DƏRS 2
Danışıq üslubu
2 Korinflilərə 2:17
İCMAL: Təbii və səmimi danış.
NECƏ NAİL OLMAQ OLAR?
Dua et və ciddi hazırlaş. Fikrini özünə yox, mövzuya cəmləmək üçün dua et. Dinləyicilərə çatdırmaq istədiyin əsas fikirləri müəyyən et. Fikirləri öz sözlərinlə ifadə et, nəşrdə yazıldığı kimi sözbəsöz söyləmə.
Ürəkdən danış. Mövzunun dinləyicilər üçün nəyə görə vacib olduğu barədə düşün. Diqqətini dinləyicilərə cəmlə. Onda duruşundan, jestlərindən, üzündən səmimiyyət və mehribanlıq duyulacaq.
Dinləyicilərə bax. Əgər ədəbsizlik sayılmırsa, dinləyicilərlə göz təması yarat. Çıxış edərkən auditoriyaya ümumi göz gəzdirməkdənsə, çıxış boyu müxtəlif insanlarla göz təması qur.