DƏRS 20
Yaxşı sonluq
Vaiz 12:13, 14
İCMAL: Son cümlələrlə dinləyiciləri çıxış zamanı eşitdikləri məlumatı qəbul etməyə və tətbiq etməyə təşviq et.
NECƏ NAİL OLMAQ OLAR?
Yekun hissəni ümumi mövzu ilə əlaqələndir. Əsas fikirləri və mövzunu təkrarla, yaxud başqa sözlərlə ifadə et.
Dinləyiciləri hərəkətə təşviq et. Dinləyicilərə nə etməli olduqlarını göstər və bunun üçün tutarlı səbəblər gətir. Şövqlə və inandırıcı danış.
Sonluq sadə və qısa olsun. Yeni əsas fikir söyləmə. Bir neçə sözlə dinləyiciləri bir daha hərəkətə təşviq et.