Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb22 yanvar s. 13
  • İşmuilin həyatından nə öyrənirik?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İşmuilin həyatından nə öyrənirik?
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
  • Oxşar material
  • O, «Yehovanın önündə böyüyürdü»
    İman örnəkləri
  • Məyusluğa baxmayaraq, o, tab gətirə bildi
    Gözətçi qülləsi 2011
  • Yehova İşmuillə danışır
    Müqəddəs Kitab dünyasına səyahət
  • O, məyusluğa qapılmadı
    İman örnəkləri
Əlavə
Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
mwb22 yanvar s. 13
Şəkillər: «Onlardan nümunə götürək. İşmuil peyğəmbər» videosundan şəkillər. 1) Deni. 2) Balaca İşmuil.

MƏSİHİ HƏYATI

İşmuilin həyatından nə öyrənirik?

İşmuil həyatı boyu Yehovaya sadiq qaldı. Balaca olanda Əlinin oğulları Hüfni və Fənhasın yolu ilə getmədi (1İş 2:22—26). «İşmuil böyüyürdü. Yehova onunla idi» (1İş 3:19). Qocalıb yaşa dolanda da, hətta oğlanları Yehovanın yolu ilə getməsələr də, o, Yehovaya sədaqətlə xidmət edirdi (1İş 8:1—5).

İşmuilin həyatından nə öyrənirik? Əgər siz gəncsinizsə, əmin olun ki, Yehova üzləşdiyiniz çətinliklərdən agahdır və nələr keçirdiyinizi yaxşı başa düşür. O sizə cəsarətli olmağa kömək edəcək (Əş 41:10, 13). Əgər övladınız Yehovanın yolundan dönübsə, İşmuildən təsəlli tapın. O da oğullarını Yehovaya sadiq qalmağa məcbur edə bilməmişdi. Məsələni Yehovanın öhdəsinə buraxmışdı. Diqqətini özünün Allahla münasibətinə, Onu razı salmağa cəmləmişdi. Ola bilsin, sizin yaxşı nümunəniz övladınızı Yehovaya geri dönməyə təşviq edəcək.

«ONLARDAN NÜMUNƏ GÖTÜRƏK. İŞMUİL PEYĞƏMBƏR» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • «Onlardan nümunə götürək. İşmuil peyğəmbər» videosundan səhnə. Balaca İşmuil məbədin həyətində odunları daşıyır.

    İşmuil balaca olanda necə cəsarətlə davranmışdı?

  • «Onlardan nümunə götürək. İşmuil peyğəmbər» videosundan səhnə. Deni böyük qardaşına yaxınlaşıb ona ikili həyat sürdüyünü deyir.

    Deni necə cəsarətlə davrandı?

  • «Onlardan nümunə götürək. İşmuil peyğəmbər» videosundan səhnə. Peyğəmbər İşmuil qoca yaşında.

    İşmuil yaşlı insanlar üçün hansı gözəl nümunəni qoyub?

  • «Onlardan nümunə götürək. İşmuil peyğəmbər» videosundan səhnə. Deni təbliğdən sonra valideynləri ilə birgə.

    Yehova düzgünlüyün tərəfində olan insanlara dayaq olur

    Deninin valideynləri hansı gözəl nümunəni qoydular?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş